Церемония Открытия чемпионата мира по футболу 2022 в Катаре - Sputnik Azərbaycan, 1920
DÇ-2022
Qətərdə keçirilmiş futbol üzrə dünya çempionatı

Argentina millisi üçqat dünya çempionudur!

© AFP 2023 / ANTONIN THUILLIERArgentina futbolçuları
Argentina futbolçuları - Sputnik Azərbaycan, 1920, 18.12.2022
Abunə olmaq
Dünya kubokunu Argentina millisi qazanıb. Futbol üzrə 2022-ci il Dünya Çempionatı başa çatıb.
BAKI, 18 dekabr - Sputnik. Qətərdə keçirilən futbol üzrə dünya çempionatında final görüşü baş tutub.
"Lusail Aykonik" stadionunda keçirilən oyunda Fransa və Argentina milliləri qarşılaşıblar.
Qarşılaşmanı polşalı FIFA referisi Şimon Marçinyak idarə edib.
Ona yan xətt hakimləri Pavel Sokolnitski və Tomaş Listkeviç kömək ediblər. Dördüncü hakim funksiyasını ABŞ-dan olan İsmail Elfat yerinə yetirib.
Görüşün VAR hakimi isə Tomaş Kvyatkovski olub.
Bu oyundan əvvəl hər iki yığma ikiqat dünya çempionu titulunu daşıyırdı.
Görüşün birinci hissəsi
Argentina və Fransa yığmaları arasında keçirilən final oyununda hesab 23-cü dəqiqədə açılıb. Penaltini dəqiq yerinə yetirən Lionel Messi Cənubi Amerika təmsilçisini önə çıxarıb.
Cənubi Amerika təmsilçisindən Anxel Di Mariya 36-cı dəqiqədə 2-ci topu rəqibin qapısından keçirib.
Beləliklə, Argentina fasiləyə 2:0 hesablı üstünlüklə yollanıb.
İkinci hissədə
İkinci hissədə Fransa millisi hesab arasındakı fərqi azaltmağa çalışıb. Oyunun 80 və 82-ci dəqiqələrində fransalı hücumçu Kilian Mbappé rəqib qapıya 2 qol vuraraq hesabı bərabərləşdirib.
Oyunun əsas vaxtına 8 dəqiqə əlavə edilib. Əsas vaxt 2:2 bitdiyindən tərəflər 30 dəqiqəlik əlavə vaxta getməli olublar.
Əlavə vaxtın ilk dəqiqələrində 5-ci qol vurulub.
109-cu dəqiqədə Lionel Messi "tanqoçular"ı yenidən hesabda önə keçirib - 3:2.
116-cı dəqiqədə isə Mbappe yenidən komandasının bərabərlik qolunu vurub: 3:3.
Penaltilər
126 dəqiqəlik oyun nəticəsində qalib müəyyən edilmədiyi üçün penaltilər seriyasına müraciət edilib.
Penaltilər seriyasında Argentina 4:2 hesabı ilə irəli çıxaraq DÇ-2022-nin qalibi olub.
Beləliklə, Argentina yığması üçqat dünya çempionu adını qazanıb.
Qeyd edək ki, mundialın bürünc medalçısı Mərakeş yığmasına qalib gələn Xorvatiya olub.
***
Qətərdə keçirilən dünya çempionatının final oyununda üz-üzə gələcək Argentina və Fransa yığmalarının start heyətləri bəlli olub.
Komandalar meydana aşağıdakı "11-lik"lərlə çıxıblar:
Argentina: Emiliano Martines, Nauel Molina, Kristian Romero, Nikolas Otamendi, Markos Akunya, Anxel Di Mariya, Rodriqo De Paul, Entso Fernandes, Aleksis Makkallister, Lionel Messi, Xulian Alvares
Fransa: Uqo Lyoris (K), Jül Kunde, Rafael Varan, Dayo Upamekano, Teo Ernandes, Adrian Rabyo, Orelyen Çuameni, Antuan Qrizmann, Kilian Mbappe, Usman Dembele, Olivye Jiru
Qarşılaşma Bakı vaxtı ilə saat 19:00-da başlayıb.
Xəbər lenti
0