DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Aİ-nin ABŞ qanunlarına cavabı müttəfiqlər arasında ticarət müharibəsi təhlükəsi yaradıb

© AP Photo / Francois MoriAİ bayrağı, arxiv şəkli
Aİ bayrağı, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 18.12.2022
Abunə olmaq
“Die Welt” nəşri Brüsselin cavab tədbirlərini “partlayıcı qarışıq” adlandırıb.
BAKI, 18 dekabr - Sputnik. ABŞ-ın İnflyasiyanın azaldılması barədə qanununa (IRA) Aİ-nin reaksiyası müttəfiqlər arasında “ticarət müharibəsi” təhlükəsi yaradıb. Bu barədə “Die Welt” nəşri xəbər verir.
Nəşrin müəllifləri Brüsselin cavab tədbirlərini “partlayıcı qarışıq” adlandırıblar. Məqalədə qeyd edildiyi kimi, “sərt xətt”in tərəfdarları - ilk növbədə, Fransa qalib gələrsə, subsidiyalar üçün transatlantik yarış təhlükəsi və Avropa proteksionizminin artması təhlükəsi yaranacaq.
“Bu da öz növbəsində Avropa Birliyinin Vaşinqtonla ticarət müharibəsinə çəkilməsinə səbəb ola bilər”, - deyə Almaniya nəşri yazır.
Bundan əvvəl Federasiya Şurasının informasiya siyasəti üzrə komissiyasının rəhbəri Aleksey Puşkov da Avropa iqtisadiyyatının çökməsinin ABŞ-ın xeyrinə olduğuna işarə etmişdi.
Xəbər lenti
0