DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Tozlu Tehran: Təhsil ocaqları bağlanacaq, iş saatı qısaldılacaq

© AP Photo / Ebrahim NorooziTehrana mənzərə, arxiv şəkli
Tehrana mənzərə, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 17.12.2022
Abunə olmaq
Çərşənbə axşamı gününə qədər paytaxt Tehranda mərkəz bölgələrə giriş üçün xüsusi trafik kartlarının satışı da qadağan edilib.
BAKI, 17 dekabr - Sputnik. Havanın çirkli olması səbəbindən İranın paytaxtı Tehranda məktəb və universitetlərdə dərslər onlayn keçiriləcək.
Bu haqda Tehran Fövqəladə Hallar Komitəsi qərar verib.
Komitənin qərarına əsasən, Pərdis, Dəmavənd və Firuzkuh şəhərləri istisna olmaqla, Tehran əyalətinin məktəb və universitetləri çərşənbə axşamı gününə qədər bağlanıb.
Çərşənbə axşamı gününə qədər paytaxt Tehranda mərkəz bölgələrə giriş üçün xüsusi trafik kartlarının satışı da qadağan edilib.
Çərşənbə axşamı gecəsinə qədər iş vaxtının 2 saat azaldılması təklifi də bu iclasda təsdiqlənib və bununla bağlı yekun qərarı Daxili İşlər Nazirliyi verəcək (APA).
Bugünkü iclasda Paytaxt-Derbi futbol oyunu da müzakirə edilib. Qərara alınıb ki, çərşənbə axşamı Tehranın hava proqnozu bu oyunla bağlı yekun qərarın verilməsi üçün Futbol Federasiyasına məlumat versin.
Xəbər lenti
0