Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

Şuşada TDT-nin diaspor sahəsinə cavabdeh olan nazirlərinin iclası keçiriləcək

© Sputnik / Murad OrujovŞuşa, arxiv şəkli
Şuşa, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 17.12.2022
Abunə olmaq
Forum çərçivəsində təşkilatın nümayəndə heyətlərinin rəhbərləri üzv dövlətlərin diasporalarının hazırkı vəziyyətini əhatə edən müxtəlif mühüm gündəlik məsələləri müzakirə edəcəklər.
BAKI, 17 dekabr — Sputnik. Şuşa və Bakıda Türk Dövlətləri Təşkilatının diaspora sahəsinə cavabdeh olan nazirlərinin iclası keçiriləcək. Bu barədə TDT məlumat yayıb.
Forum çərçivəsində təşkilatın nümayəndə heyətlərinin rəhbərləri üzv dövlətlərin diasporlarının hazırkı vəziyyətini əhatə edən müxtəlif mühüm gündəlik məsələləri müzakirə edəcəklər.
Həmçinin üzv dövlətlərin diaspor təşkilatları arasında əməkdaşlığın və koordinasiyalı fəaliyyətin gücləndirilməsi məsələsi gündəlikdə olacaq.
Eyni zamanda tərəflər Türk Dövlətləri Təşkilatının "2023-cü il üçün Diaspora Birgə Fəaliyyət Planı"nı işləyib hazırlayacaqlar.
Proqramın ikinci günündə Yüksək Səviyyəli Diaspor Nümayəndələri Şuşaya səfər edəcək və şəhərdə aparılan bərpa və tikinti işləri ilə yerindəcə tanış olacaqlar.
Qeyd olunub ki, beynəlxalq forum dekabrın 20-21-də təşkil olunacaq.
Xatırladaq ki, TDT-yə Azərbaycan, Türkiyə, Özbəkistan, Qırğızıstan, Qazaxıstan daxildir. Macarıstan, Türkmənistan və Şimali Kipr isə qurumun müşahidəçi üzvüdür.
Xəbər lenti
0