NEFT-QAZ
Neft, qaz, bütövlükdə energetika sahəsinə aid xəbərlər və məqalələr

Serbiya Şimali Makedoniya ilə 80 milyon avro dəyərində qaz kəməri çəkəcək

© AFP 2024 / ODD ANDERSENQaz ötürmə stansiyası, arxiv şəkli
Qaz ötürmə stansiyası, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 17.12.2022
Abunə olmaq
Serbiyanın Energetika Nazirliyinin rəhbəri ölkəyə qaz tədarükünün şaxələndirilməsi proqramı çərçivəsində Azərbaycan qazını Avropaya çatdırmaq üçün nəzərdə tutulan TAP Trans Adriatik qaz boru kəmərinə qoşulma planları barədə açıqlama verib.
BAKI, 17 dekabr — Sputnik. Serbiya Şimali Makedoniya ilə 80 milyon avro dəyərində birləşdirici qaz kəməri çəkməyi planlaşdırır. Bunu Serbiya energetika naziri Dubravka Cedoviç-Neqre "Bloomberg"ə müsahibəsində bildirib.
Onun sözlərinə görə, Şimali Makedoniya ilə birləşdirici qaz kəmərinin tikintisi hazırlıq mərhələsindədir.
Bundan əlavə, Serbiya Albaniya ilə birləşdirici qaz kəmərinin inşasını da nəzərdən keçirir, lakin bu variant qonşu ölkənin Adriatik dənizi sahilində planlaşdırılan sıxılmış təbii qaz terminalının inkişafında irəliləyişindən asılıdır.
Ölkəyə qaz tədarükünün şaxələndirilməsindən danışan Neqre Trans-Anadolu qaz boru kəmərinə (TANAP) qoşulan və Azərbaycan qazının Avropaya çatdırılması üçün nəzərdə tutulan TAP Trans-Adriatik qaz boru kəmərinə qoşulma planlarını açıqlayıb.
Serbiyada enerji daşıyıcıları ilə vəziyyət
Bu günə qədər Serbiyada ümumi qaz istehlakı ildə təxminən 3 milyard kubmetr təşkil edir ki, bunun da 2,2 milyardı Rusiya Federasiyasından idxal edilir.
Avropada qiymətin artması və təklifin azalması ilə nəticələnən ümumi enerji böhranı fonunda Serbiyada nisbətən sakit vəziyyət müşahidə olunur.
Belə ki, hökumət əhalinin elektrik enerjisi xərclərini kompensasiya etmək və onun istehsalına subsidiya vermək niyyətindədir. Nəticədə onun tarifləri artmayacaq, əksinə, dünya bazarında qiymətlər MVt/saat üçün 350-600 avro arasında dəyişdiyi halda, vətəndaşlar üçün MVt/saata görə 70 avro, istehsal üçün isə 95 avro səviyyəsində qalacaq.
Hökumət bu sabitliyə ilk növbədə ölkənin ötən ildən qaz almağa başladığı "Türk axını" boru kəməri ilə Rusiya qazının tədarükü sayəsində nail olub.
Xəbər lenti
0