https://sputnik.az/20221217/litvada-rus-icmasinin-fundamental-huquqlari-kobud-formada-pozulub---azerbaycanli-deputat--449746271.html
Litvada rus icmasının fundamental hüquqları kobud formada pozulub - Azərbaycanlı deputat
Litvada rus icmasının fundamental hüquqları kobud formada pozulub - Azərbaycanlı deputat
Sputnik Azərbaycan
Milli Məclisin deputatı Vüqar İskəndərov deyib ki, Litvada rus icmasının hüquqları kobud şəkildə pozulsa da, Azərbaycan heç vaxt həmin ölkənin daxili işlərinə... 17.12.2022, Sputnik Azərbaycan
2022-12-17T19:10+0400
2022-12-17T19:10+0400
2022-12-17T19:16+0400
siyasət
litva
https://cdnn1.img.sputnik.az/img/41490/59/414905913_0:160:3077:1890_1920x0_80_0_0_c8d0313984753bc3374991d0f96e0171.jpg
BAKI, 17 dekabr - Sputnik. Litvada da ciddi problemlər var, ölkədəki rus azlıq onlara olan münasibətdən narazıdır. Onların bütün mədəni dəyərləri əllərindən alınıb, ana dilində təhsil ala bilmirlər, mədəniyyət mərkəzləri bağlanıb. Rus icmasının demək olar ki, fundamental hüquqları kobud formada pozulub. Lakin Azərbaycan heç vaxt bu məsələ ilə bağlı hər hansı bir bəyanat verməyib, həmin ölkənin daxili işlərinə qarışan dövlət siyahısında olmayıb. Bu fikirləri Milli Məclisin Azərbaycan-Litva parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü, deputat Vüqar İskəndərov Litva Xarici İşlər Nazirliyinin Azərbaycan əleyhinə bəyanatına münasibət bildirərkən deyib. “Litva Xarici İşlər Nazirliyinin boş və mənasız bəyənatı ilə tanışam. Litva XİN-in məsələni bilmədən kimlərinsə təsiri altında belə bəyənat verməsi dərin təəssüf doğurur”, - deputat Report-a açıqlamasında bildirib. Onun sözlərinə görə, Litva indiyə qədər Ermənistan-Azərbaycan münasibətləri, keçmiş Qarabağ münaqişəsi ilə bağlı hər hansı ciddi bəyənat verməyib və neytral mövqe nümayiş etdirib: “Litvadan yalnız ara-sıra məsələnin sülh yolu ilə bu həll olunması barəsində bəyanatlar eşitmişik. Düşünürəm ki, Litvanın özünün də kifayət qədər problemləri var. Azərbaycan müstəqilliyini ikinci dəfə bərpa etdikdən sonra nəinki Litva ilə ümumiyyətlə, Baltikyanı ölkələrlə çox normal, strateji əlaqələr qurub".Deputat vurğulayıb ki, Litvada da ciddi problemlər var, ölkədəki rus azlıq onlara olan münasibətdən narazıdır. Lakin Azərbaycan heç vaxt buna qarşı səsini çıxarmayıb: "Çünki onların bütün mədəni dəyərləri əllərindən alınıb, ana dilində təhsil ala bilmirlər, mədəniyyət mərkəzləri bağlanıb. Rus icmasının demək olar ki, fundamental hüquqları kobud formada pozulub. Lakin Azərbaycan heç vaxt bu məsələ ilə bağlı hər hansı bir bəyanat verməyib, həmin ölkənin daxili işlərinə qarışan dövlət siyahısında olmayıb. Əksinə, rəsmi Bakı həmişə Baltikyanı ölkələr - Latviya, Estoniya, Litva ilə strateji dostluğa söykənən müasibətlər qurmaq əzmində olduğunu bildirib və onu əminliklə göstərib".Deputat düşünür ki, Litva hökuməti öz səhvini anlayacaq və məsələnin nə yerdə və haqqın kimin tərəfində olduğunu, həmçinin bölgədə nə baş verdiyini dərindən təhlil edərək məsələyə doğru münasibət bildirəcək.Xatırladaq ki, Litva Xarici İşlər Nazirliyinin Twitter-də dərc olunmuş bəyanatında "Laçın dəhlizinin davam edən blokadasından dərin narahatlıq" ifadə edilib. “Biz Laçın dəhlizinin davam edən blokadasından dərin narahatıq və bu, Dağlıq Qarabağ (?) üçün ağır humanitar nəticələrə gətirib çıxarır. Hadisələrin bu cür inkişafı təkcə sərbəst hərəkətə mane olmur, həm də Cənubi Qafqazda bütün sülh prosesinə təhlükə yaradır", - Litva XİN-in bəyanatında deyilir.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/41490/59/414905913_172:0:2903:2048_1920x0_80_0_0_3662e097fdacf44153a0e851bb109fb5.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
litva
Litvada rus icmasının fundamental hüquqları kobud formada pozulub - Azərbaycanlı deputat
19:10 17.12.2022 (Yenilənib: 19:16 17.12.2022) Milli Məclisin deputatı Vüqar İskəndərov deyib ki, Litvada rus icmasının hüquqları kobud şəkildə pozulsa da, Azərbaycan heç vaxt həmin ölkənin daxili işlərinə qarışaraq siyasi bəyanat verməyib.
BAKI, 17 dekabr - Sputnik. Litvada da ciddi problemlər var, ölkədəki rus azlıq onlara olan münasibətdən narazıdır. Onların bütün mədəni dəyərləri əllərindən alınıb, ana dilində təhsil ala bilmirlər, mədəniyyət mərkəzləri bağlanıb. Rus icmasının demək olar ki, fundamental hüquqları kobud formada pozulub. Lakin Azərbaycan heç vaxt bu məsələ ilə bağlı hər hansı bir bəyanat verməyib, həmin ölkənin daxili işlərinə qarışan dövlət siyahısında olmayıb.
Bu fikirləri Milli Məclisin Azərbaycan-Litva parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü, deputat Vüqar İskəndərov Litva Xarici İşlər Nazirliyinin Azərbaycan əleyhinə bəyanatına münasibət bildirərkən deyib.
“Litva Xarici İşlər Nazirliyinin boş və mənasız bəyənatı ilə tanışam. Litva XİN-in məsələni bilmədən kimlərinsə təsiri altında belə bəyənat verməsi dərin təəssüf doğurur”, - deputat Report-a açıqlamasında bildirib.
Onun sözlərinə görə, Litva indiyə qədər Ermənistan-Azərbaycan münasibətləri, keçmiş Qarabağ münaqişəsi ilə bağlı hər hansı ciddi bəyənat verməyib və neytral mövqe nümayiş etdirib:
“Litvadan yalnız ara-sıra məsələnin sülh yolu ilə bu həll olunması barəsində bəyanatlar eşitmişik. Düşünürəm ki, Litvanın özünün də kifayət qədər problemləri var. Azərbaycan müstəqilliyini ikinci dəfə bərpa etdikdən sonra nəinki Litva ilə ümumiyyətlə, Baltikyanı ölkələrlə çox normal, strateji əlaqələr qurub".
Deputat vurğulayıb ki, Litvada da ciddi problemlər var, ölkədəki rus azlıq onlara olan münasibətdən narazıdır. Lakin Azərbaycan heç vaxt buna qarşı səsini çıxarmayıb:
"Çünki onların bütün mədəni dəyərləri əllərindən alınıb, ana dilində təhsil ala bilmirlər, mədəniyyət mərkəzləri bağlanıb. Rus icmasının demək olar ki, fundamental hüquqları kobud formada pozulub. Lakin Azərbaycan heç vaxt bu məsələ ilə bağlı hər hansı bir bəyanat verməyib, həmin ölkənin daxili işlərinə qarışan dövlət siyahısında olmayıb. Əksinə, rəsmi Bakı həmişə Baltikyanı ölkələr - Latviya, Estoniya, Litva ilə strateji dostluğa söykənən müasibətlər qurmaq əzmində olduğunu bildirib və onu əminliklə göstərib".
Deputat düşünür ki, Litva hökuməti öz səhvini anlayacaq və məsələnin nə yerdə və haqqın kimin tərəfində olduğunu, həmçinin bölgədə nə baş verdiyini dərindən təhlil edərək məsələyə doğru münasibət bildirəcək.
Xatırladaq ki, Litva Xarici İşlər Nazirliyinin Twitter-də dərc olunmuş bəyanatında "Laçın dəhlizinin davam edən blokadasından dərin narahatlıq" ifadə edilib.
“Biz Laçın dəhlizinin davam edən blokadasından dərin narahatıq və bu, Dağlıq Qarabağ (?) üçün ağır humanitar nəticələrə gətirib çıxarır. Hadisələrin bu cür inkişafı təkcə sərbəst hərəkətə mane olmur, həm də Cənubi Qafqazda bütün sülh prosesinə təhlükə yaradır", - Litva XİN-in bəyanatında deyilir.