SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Ksaba Korosi Azərbaycanı təqdir edib

© AFP 2024 / YUKI IWAMURAKsaba Korosi
Ksaba Korosi - Sputnik Azərbaycan, 1920, 17.12.2022
Abunə olmaq
BMT Baş Assambleyasının Prezidenti Azərbaycanın COVID-19 pandemiyasına qarşı irəli sürdüyü qlobal əhəmiyyətli təşəbbüsləri yüksək qiymətləndirdiyini bildirib.
BAKI, 17 dekabr-Sputnik. Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini Fariz Rzayev Nyu Yorka səfəri çərçivəsində BMT Baş Assambleyasının 77-ci sessiyasının Prezidenti Ksaba Korosi ilə görüşüb.
Xarici İşlər Nazirliyinin məlumatına görə, görüşdə Azərbaycanın BMT çərçivəsində fəaliyyəti, BMT-nin ixtisaslaşmış qurumları ilə əməkdaşlıq əlaqələri, gələcək fəaliyyət istiqamətləri və gündəlikdə duran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Nazir müavini BA Prezidentinə bölgədə son vəziyyət, o cümlədən işğaldan azad olunmuş ərazilərdə aparılan bərpa və quruculuq işləri, mina təhdidləri, habelə Ermənistanla münasibətlərin normallaşdırılması istiqamətində Azərbaycan tərəfindən atılan addımlar barədə məlumat verib. O, Ermənistanın təxribatlarına baxmayaraq, bölgədə sülh və sabitliyin təmin edilməsi üçün bütün vacib istiqamətlər üzrə Azərbaycanın səylərini davam etdirəcəyini bildirib.
BMT Baş Assambleyasının Prezidenti Ksaba Korosi Azərbaycanın BMT-nin ən fəal üzv ölkələrindən biri olduğunu qeyd edib. Ksaba Korosi, Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyinin uğurla icrasını təqdir edib. O, Azərbaycanın COVID-19 pandemiyasına qarşı irəli sürdüyü qlobal əhəmiyyətli təşəbbüsləri yüksək qiymətləndirdiyini bildirib.
Tərəflər, həmçinin BMT gündəliyində duran qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.
Xəbər lenti
0