Церемония Открытия чемпионата мира по футболу 2022 в Катаре - Sputnik Azərbaycan, 1920
DÇ-2022
Qətərdə keçirilmiş futbol üzrə dünya çempionatı

FIFA DÇ-2022-nin siyasi şouya çevrilməsini istəmir, Zelenski isə israr edir

© REUTERS / UKRAINIAN PRESIDENTIAL PRESS SERVICEUkrayna prezidenti Vladimir Zelenski
Ukrayna prezidenti Vladimir Zelenski - Sputnik Azərbaycan, 1920, 17.12.2022
Abunə olmaq
Ukrayna prezidenti Vladimir Zelenski Qətərdə keçirilən dünya çempionatının final matçında çıxış etmək niyyətindədir.
BAKI, 17 dekabr - Sputnik. Ukrayna prezidenti Vladimir Zelenski Qətərdə keçirilən dünya çempionatının finalında çıxış etmək istəyib. Lakin FIFA rəhbərliyi bu tələbi rədd edib.
BBC-nin yaydığı məlumata görə, Zelenskinin adamları çıxışın baş tutması üçün FIFA rəhbərliyi ilə danışıqları davam etdirir.
Xatırladaq ki, Rusiya müharibəsi başladıqdan sonra Zelenski Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasında, Avropa Parlamentində, ABŞ-ın mühüm universitetlərinin buraxılış mərasimlərində həmçinin G20 Sammitində, Kann Film Festivalından çıxışlar edib.
Xatırladaq ki, Fransa ilə Argentina arasında baş tutacaq DÇ-2022-nin final matçı dekabrın 18-də Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.
Qətərdə keçirilən dünya çempionatının final oyununu 50 000 argentinalı azarkeş izləyəcək. “Lusail” stadionunda baş tutacaq həlledici qarşılaşmada cənubi amerikalı azarkeşlər çoxluq təşkil edəcəklər.
88 969 min tamaşaçı tutumuna malik arenada son dünya çempionu Fransa yığmasını cəmi 6000 fanat dəstəkləyəcək.
Final matçını dünya əhalisinin əhəmiyyətli bir hissəsi izləyəcəyindən, Zelenski fürsətdən istifadə edib orada çıxış etmək niyyətindədir. Lakin FIFA idman matçının siyasi şouya çevrilməsini istəmir.
Xəbər lenti
0