https://sputnik.az/20221217/daxili-isler-nazirinin-muavini-tutdugu-vezifeden-azad-edilib-ve-onun-yerine-teyinat-olub-449731662.html
Daxili işlər nazirinin müavini tutduğu vəzifədən azad edilib və onun yerinə təyinat olub
Daxili işlər nazirinin müavini tutduğu vəzifədən azad edilib və onun yerinə təyinat olub
Sputnik Azərbaycan
Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin rəisi, polis general-mayoru Oqtay Kərimov Oruc Zalovun yerinə təyinat alıb. 17.12.2022, Sputnik Azərbaycan
2022-12-17T12:34+0400
2022-12-17T12:34+0400
2022-12-17T12:34+0400
azərbaycan xəbərləri
daxili işlər
daxili işlər orqanları
daxili işlər nazirliyi
oruc zalov
https://cdnn1.img.sputnik.az/img/07e5/02/0a/426188398_0:79:1080:687_1920x0_80_0_0_5a3ac26e8bcbef62f7fa2cb9949f2c91.jpg
BAKI, 17 dekabr - Sputnik. Daxili işlər nazirinin müavini, general-leytenant Oruc Zalov vəzifəsindən azad olunub.General xidmətdə olmanın son yaş həddi ilə əlaqədar olaraq təqaüdə göndərilib.Məlumata görə, Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin rəisi, polis general-mayoru Oqtay Kərimov Oruc Zalovun yerinə təyinat alıb.Oruc Zalov 1952-ci il dekabrın 7-də Naxçıvanda anadan olub. 1979-cu ildən daxili işlər orqanlarında xidmət edir. 1994-cü ildə Babək rayon Polis Şöbəsinin rəisi vəzifəsinə irəli çəkilmiş, 1995–1998-ci illər Azərbaycan Respublikası DİN-in Qərargah rəisi vəzifəsində xidmət etmişdir.Azərbaycan Respublikası Prezidentinin 22 fevral 1998-ci il tarixli 757 nömrəli Sərəncamı ilə Azərbaycan Respublikası daxili işlər nazirinin müavini təyin olunmuşdur.Azərbaycan Respublikası Prezidentinin 30 dekabr 1999-cu il tarixli 54 nömrəli Fərmanı ilə polis general-mayoru, 17 yanvar 2002-ci il tarixli 647 nömrəli Fərmanı ilə polis general-leytenantı xüsusi rütbəsi verilmişdir.Cinayətkarlığa qarşı mübarizə işinin təşkilində, dövlətin Konstitusiya və dövlət quruluşunun müdafiəsində, əmin-amanlığın təmin edilməsində uğurlu nəticələrinə görə müxtəlif mükafatlara layiq görülmüşdür.Azərbaycan Respublikası Prezidentinin 26 dekabr 1995-ci il tarixli 424 nömrəli Fərmanı ilə "Azərbaycan Bayrağı" ordeni ilə təltif olunmuşdur.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/02/0a/426188398_38:0:998:720_1920x0_80_0_0_3dde4b14ab4da35aac653293c09a1de1.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
daxili işlər, daxili işlər orqanları, daxili işlər nazirliyi, oruc zalov
daxili işlər, daxili işlər orqanları, daxili işlər nazirliyi, oruc zalov
Daxili işlər nazirinin müavini tutduğu vəzifədən azad edilib və onun yerinə təyinat olub
Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin rəisi, polis general-mayoru Oqtay Kərimov Oruc Zalovun yerinə təyinat alıb.
BAKI, 17 dekabr - Sputnik. Daxili işlər nazirinin müavini, general-leytenant Oruc Zalov vəzifəsindən azad olunub.
General xidmətdə olmanın son yaş həddi ilə əlaqədar olaraq təqaüdə göndərilib.
Məlumata görə, Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin rəisi, polis general-mayoru Oqtay Kərimov Oruc Zalovun yerinə təyinat alıb.
Oruc Zalov 1952-ci il dekabrın 7-də Naxçıvanda anadan olub.
1979-cu ildən daxili işlər orqanlarında xidmət edir. 1994-cü ildə Babək rayon Polis Şöbəsinin rəisi vəzifəsinə irəli çəkilmiş, 1995–1998-ci illər Azərbaycan Respublikası DİN-in Qərargah rəisi vəzifəsində xidmət etmişdir.
Azərbaycan Respublikası Prezidentinin 22 fevral 1998-ci il tarixli 757 nömrəli Sərəncamı ilə Azərbaycan Respublikası daxili işlər nazirinin müavini təyin olunmuşdur.
Azərbaycan Respublikası Prezidentinin 30 dekabr 1999-cu il tarixli 54 nömrəli Fərmanı ilə polis general-mayoru, 17 yanvar 2002-ci il tarixli 647 nömrəli Fərmanı ilə polis general-leytenantı xüsusi rütbəsi verilmişdir.
Cinayətkarlığa qarşı mübarizə işinin təşkilində, dövlətin Konstitusiya və dövlət quruluşunun müdafiəsində, əmin-amanlığın təmin edilməsində uğurlu nəticələrinə görə müxtəlif mükafatlara layiq görülmüşdür.
Azərbaycan Respublikası Prezidentinin 26 dekabr 1995-ci il tarixli 424 nömrəli Fərmanı ilə "Azərbaycan Bayrağı" ordeni ilə təltif olunmuşdur.