Кабинет химии в школе, фото из архива - Sputnik Azərbaycan, 1920
TƏHSİL
Təhsilə dair xəbərlər və məqalələr

Birnövbəli sistemə keçid üçün altı min beş yüz yeni məktəb tikilməlidir

© Sputnik / Murad OrujovBakıda məktəbdə dərs prosesi
Bakıda məktəbdə dərs prosesi - Sputnik Azərbaycan, 1920, 17.12.2022
Abunə olmaq
Ölkədə 2022/2023-cü tədris ilində II növbədə təhsil alan şagirdlərin sayı 309560 nəfər olduğu bildirilir.
BAKI, 17 dekabr — Sputnik. "Azərbaycan məktəblərinin əksəriyyətində dərslər ikinövbəli sistem əsasında keçilir. Bəzi məktəblərdə isə tədris hətta üçnövbəlidir. Bunun da əsas səbəbi həmin məktəblərdə şagird sayının çox olmasıdır". Təhsil üzrə ekspert Elçin Əfəndi Sputnik Azərbaycan-a açıqlamasında belə deyib.
Onun sözlərinə görə, ümumi olaraq dünya təcrübəsinə, aparılan araşdırmaların nəticəsinə əsaslansaq, səhər növbəsi bütün şagirdlər üçün daha əlverişli sayılır:

"Çünki erkən saatlarda uşağın beyni informasiyanı daha rahat qavrayır. Bu səbəbdən də bir çox ölkələr yalnız birnövbəli sistemə üstünlük verirlər", - deyə o bildirib.

Bəs Azərbaycanda nə üçün tamamilə birnövbəli sistemə keçilmir?
Ekspert bildirir ki, hazırda ölkədə 4447 orta ümumtəhsil müəssisəsində təhsil alan şagirdlərin sayı təxminən bir milyon doqquz yüz minə yaxındır:
"Yəni şagird sayı məktəb sayına görə çoxdur. Bəzi məktəblərdə şagird sayı siniflərdə 50 nəfərə yaxın olur. Birnövbəli təhsil sisteminə keçilməsi daha düzgündür. Bunun üçün yeni məktəblər tikilməlidir ki, şagird sıxlığı olmasın”, - deyə o bildirib.
Həmsöhbətimiz deyir ki, yeni məktəblər tikilsə də, bu rəqəm çox azdır:
“Hazırda daha çox modul tipli məktəblərin tikintisi həyata keçirilir".
Bölgələrdə şagird sıxlığının çox olduğunu deyən həmsöhbətimiz bildirir ki, belə ərazilərdə bir neçə məktəb tikməklə sıxlığı kifayət qədər azaltmaq mümkündür:
"Təbii ki, belə olan halda bölgələrdə də birnövbəli təhsildən söhbət gedə bilər".
Ekspert onu da qeyd edib ki, ikinövbəli təhsil işləyən valideynlər üçün də çətinlik yaradır. Xüsusən də övladlarının biri birinci, digəri ikinci növbədə oxuduqda, valideyn üçün çətinlik yaranır:
"Digər növbələrlə müqayisədə birinci növbədə təhsil alan şagirdlər dərslərini daha yaxşı mənimsəyirlər. Birinci növbədə təhsil alan uşaqların məşğələlərə, istirahətə də vaxtı qalır. Bu səbəbdən də birinci növbədə təhsil alanların nəticələri daha yüksək olur".
Çıxış yolu nədir?
Ekspert bildirir ki, vəziyyətdən çıxış yolu məktəblərin sayının artırılmasıdır:

"Məktəb sayını 4447-dən 6000-6500 həddinə çatdırmalıyıq. Yalnız belə olan halda birnövbəli təhsil sisteminə keçmək olar. Birnövbəli təhsil müəllimlər üçün də əlverişlidir. Çünki elə müəllimlər var ki, hər iki növbədə çalışırlar. Bu da keyfiyyət göstəricilərinə istər-istəməz təsir edir”.

Təhsil üzrə digər ekspert Kamran Əsədov isə bildirir ki, məktəb sayının şagird sayı ilə müqayisədə çox olması ikinövbəli təhsili zəruri edir:

"Lakin dünya təcrübəsinə əsaslanaraq deyə bilərəm ki, birinci növbədə təhsil almaq uşaqlar üçün daha faydalıdır. Pedaqoji araşdırmalara görə səhər dərsə gedən uşaqlar dərs proqramını daha tez qavrayır. Statistik göstəricilər əsasən də deyə bilərəm ki, validyenlər işdə olduqları üçün məktəbdən yayınma halları əsasən ikinci növbədə təhsil alan şagirdlər arasında olur".

© Sputnik / Murad OrujovKamran Əsədov
Эксперт по образованию Кямран Асадов - Sputnik Azərbaycan, 1920, 16.12.2022
Kamran Əsədov
Həmkarı Elçin Əfəndi kimi K.Əsədov da belə hesab edir ki, yeni məktəblərin tikilməsi hesabına ikinövbəli təhsil sistemindən imtina etmək lazımdır:
"Ümumiyyətlə, düşünürəm ki, respublikanın bütün məktəbləri üzrə birnövbəli sistemə və beşgünlük təhsil həftəsinə keçmək lazımdır. Bu həm şagirdlərin asudə vaxtlarının yaranmasına, həm də vahid tədris müddətinin formalaşmasına gətirib çıxaracaq".
K.Əsədovun sözlərinə görə, 6500 yeni məktəb, 730 məktəb üçün yeni korpus, 2000 məktəbin isə təmir etdirilməsi lazımdır:

"Son 10 il ərzində 3 min məktəbin tikilməsi və ya təmir edilməsi şagird sıxlığını kəskin şəkildə azaldıb".

Statistik rəəqmlər necə dəyişir?
Elm və Təhsil Nazirliyindən sorğumuza cavabolaraq bildirilib ki, 2022/2023-cü tədris ilində II növbədə təhsil alan şagirdlərin sayı 309560 nəfər, III növbədə təhsil alan şagirdlərin sayı isə 7020 nəfərdir.
2022/2023-cü tədris ilində ibtidai sinif şagirdlərindən II növbədə təhsil alanların sayı 145405 nəfərdir.
Xəbər lenti
0