SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Azərbaycan və Rumıniya prezidentləri nədən danışıblar?

© Official website of President of Azerbaijan RepublicBuxarestdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rumıniya Prezidenti Klaus Yohannis ilə görüşü
Buxarestdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rumıniya Prezidenti Klaus Yohannis ilə görüşü - Sputnik Azərbaycan, 1920, 17.12.2022
Abunə olmaq
Görüşdə “Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”in imzalanmasının əhəmiyyəti də qeyd olunub.
BAKI, 17 dekabr - Sputnik. Dekabrın 17-də Buxarestdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rumıniya Prezidenti Klaus Yohannis ilə görüşü olub.
Görüşdə iki ölkə arasında strateji tərəfdaşlıq əlaqələrinin mövcudluğu qeyd edilib, yüksək səviyyəli qarşılıqlı səfərlərin və görüşlərin əhəmiyyəti vurğulanıb. Hər iki ölkənin müvafiq qurumları arasında sıx əməkdaşlığın həyata keçirildiyi bildirilib.
Söhbət zamanı “Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”in imzalanmasının əhəmiyyəti qeyd olunub, bu tədbirin Avropanın enerji təhlükəsizliyinə töhfə verdiyi bildirilib. Xüsusilə Avropanın enerji təminatının yaşıl enerji mənbələri hesabına həyata keçirilməsinin əhəmiyyəti vurğulandı və bu işə Azərbaycanın mühüm töhfəsi qeyd olunub.
Görüşdə ikitərəfli münasibətlərlə bağlı da fikir mübadiləsi aparılıb. Yunanıstan-Bolqarıstan İnterkonnektoru işə salındıqdan sonra Azərbaycan qazının qısa müddət ərzində Rumıniyaya nəql edilməsi barədə razılığa gəlindiyi bildirilib və gələn ilin yanvarında bu işə başlanılacağı ifadə edilib. Həmçinin SOCAR-ın Rumıniyada uzun illər uğurla fəaliyyət göstərdiyi vurğulanıb, bu fəaliyyətin genişləndirilməsi üçün yaxşı potensialın olduğu bildirilib.
Söhbət əsnasında Azərbaycan-Gürcüstan-Rumıniya marşrutu ilə nəqliyyat-kommunikasiya imkanlarının, yükdaşımaların həcminin artırılmasının mümkünlüyü barədə də fikir mübadiləsi aparılıb. Bunun, eyni zamanda, Xəzər dənizi hövzəsi ilə Qara dəniz hövzəsi ölkələri arasında iqtisadi əməkdaşlıq işinə töhfə verəcəyi qeyd edilib. Bu proseslərin öz növbəsində Mərkəzi Asiya ilə Avropa arasında tranzit əlaqələrinin gücləndirilməsi baxımından əhəmiyyəti vurğulanıb.
Eyni zamanda, Azərbaycan-Avropa İttifaqı əlaqələrinə toxunuldu, bu əməkdaşlığın inkişafından məmnunluq ifadə olunub. Azərbaycan ilə Avropa İttifaqı arasında yeni saziş üzrə danışıqların uğurla davam etdirildiyi bildirilib.
Söhbət zamanı əməkdaşlığın perspektivləri və qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, İlham Əliyevin Rumıniyaya işgüzar səfəri bu gün başa çatıb.
***
Dekabrın 17-də Buxarestdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rumıniya Prezidenti Klaus Yohannis ilə görüşü olub.
Bu barədə Azərbaycan Prezidentinin Mətbuat xidməti məlumat yayıb.
Qeyd edək ki, bu gün Buxarestdə “Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”in imzalanma mərasimində iştirak edən nümayəndə heyətləri rəhbərlərinin şərəfinə Rumıniya Prezidenti Klaus Yohannes tərəfindən nahar verilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev naharda iştirak edib.
***
“Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş” Avropanın enerji təhlükəsizliyinin möhkəmləndirilməsinə mühüm töhfə verəcək və regionda əməkdaşlığı təşviq edəcək mühüm və iddialı sənəddir”.
Bunu Rumıniya Prezidenti Klaus Yohannis dekabrın 17-də Buxarestdə bu sazişin imzalanması mərasimi ilə bağlı keçirilən plenar iclasda bildirib.
O, yaşıl enerjinin inkişafının vacibliyini vurğulayıb: “Xəzər regionunda, xüsusən də Azərbaycanda yaşıl enerji potensialı yüksəkdir”.
Rumıniya Prezidenti qeyd edib ki, növbəti addım Qara dənizin dibi ilə sualtı kabelin çəkilməsi olacaq: “Biz həmçinin Konstansadan Gürcüstana dəniz nəqliyyatı ilə bağlı əlaqələri artırmaq istəyirik. Bu səylər həm də Azərbaycan və Mərkəzi Asiya ilə əlaqələri gücləndirəcək”.
Xəbər lenti
0