https://sputnik.az/20221217/ak-prezidentinden-etiraf-azerbaycan-avropanin-etibarli-enerji-terefdasidir-449738041.html
AK Prezidentindən etiraf: "Azərbaycan Avropanın etibarlı enerji tərəfdaşıdır"
AK Prezidentindən etiraf: "Azərbaycan Avropanın etibarlı enerji tərəfdaşıdır"
Sputnik Azərbaycan
Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen deyib ki, Buxarest razılaşması hər iki regionun təmiz enerjiyə çatmasına yardım edəcək. 17.12.2022, Sputnik Azərbaycan
2022-12-17T16:33+0400
2022-12-17T16:33+0400
2022-12-17T16:33+0400
ursula fon der lyayen
iqtisadiyyat
enerji
avropa ittifaqı
https://cdnn1.img.sputnik.az/img/07e6/07/12/444117672_0:155:3090:1893_1920x0_80_0_0_3f9fefdd450dec04a24e65f5d7436607.jpg
BAKI, 17 dekabr-Sputnik. Bu razılaşma Avropa İttifaqını Cənubi Qafqaz regionundakı tərəfdaşlarımıza daha da yaxınlaşdıracaq və bizim hər iki regionumuza təmiz enerjiyə çatmaqda yardım edəcək. Bunu dekabrın 17-də Buxarestdə "Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş"in imzalanması mərasimi ilə bağlı plenar iclasda Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen deyib. O, Azərbaycanın Avropanın etibarlı enerji tərəfdaşı olduğunu vurğulayıb. Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rumıniyanın Prezidenti Klaus Yohannisin dəvəti ilə Buxarestə işgüzar səfərə gedib. Dekabrın 17-də Buxarestdə "Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş" imzalanıb. Sazişi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Rumıniyanın Baş naziri Nikolae Çuke, Gürcüstanın Baş naziri İrakli Qaribaşvili, Macarıstanın Baş naziri Viktor Orban imzalayıblar. İmzalanma mərasimində Rumıniya Prezidenti Klaus Yohannis və Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayen iştirak ediblər.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/07/12/444117672_180:0:2911:2048_1920x0_80_0_0_114e523d075abdd9955571721274a8bd.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
ursula fon der lyayen, enerji, avropa ittifaqı
ursula fon der lyayen, enerji, avropa ittifaqı
AK Prezidentindən etiraf: "Azərbaycan Avropanın etibarlı enerji tərəfdaşıdır"
Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen deyib ki, Buxarest razılaşması hər iki regionun təmiz enerjiyə çatmasına yardım edəcək.
BAKI, 17 dekabr-Sputnik. Bu razılaşma Avropa İttifaqını Cənubi Qafqaz regionundakı tərəfdaşlarımıza daha da yaxınlaşdıracaq və bizim hər iki regionumuza təmiz enerjiyə çatmaqda yardım edəcək.
Bunu dekabrın 17-də Buxarestdə "Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş"in imzalanması mərasimi ilə bağlı plenar iclasda Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen deyib.
O, Azərbaycanın Avropanın etibarlı enerji tərəfdaşı olduğunu vurğulayıb.
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rumıniyanın Prezidenti Klaus Yohannisin dəvəti ilə Buxarestə işgüzar səfərə gedib.
Dekabrın 17-də Buxarestdə "Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş" imzalanıb.
Sazişi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Rumıniyanın Baş naziri Nikolae Çuke, Gürcüstanın Baş naziri İrakli Qaribaşvili, Macarıstanın Baş naziri Viktor Orban imzalayıblar.
İmzalanma mərasimində Rumıniya Prezidenti Klaus Yohannis və Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayen iştirak ediblər.