DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Türkiyədə partlayış törətməkdə şübhəli bilinən şəxs saxlanılıb

© AFP 2023 / OZAN KOSETürkiyə polisi, arxiv şəkli
Türkiyə polisi, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 16.12.2022
Abunə olmaq
Türkiyənin daxili işlər naziri jurnalistlərə açıqlamasında bildirib ki, partlayış nəticəsində yaralanan şəxslər evə buraxılıblar.
BAKI, 16 dekabr — Sputnik. Dekabrın 16-da səhər saatlarında Türkiyənin cənub-şərqində yerləşən Diyarbakır-Mardin avtomobil yolunda bomba yüklü avtomobildə partlayış törədən şəxs tutulub. Bu barədə "TRTHaber" məlumat yayıb.
Türkiyənin daxili işlər naziri Süleyman Soylu jurnalistlərə açıqlamasında bildirib ki, partlayış nəticəsində yaralanan şəxslər evə buraxılıblar.
O bildirib ki, hadisədən bir saat sonra partlayışı törədən şəxs tutulub:

"O əməlini etiraf edib. Məlum olub ki, həmin şəxsin qardaşı terror təşkilatının üzvü olub. O, 2014-cü ildə zərərsizləşdirilib".

S.Soylunun sözlərinə görə, terror qruplaşmalarının Türkiyədə həyata keçirməyi planlaşdırdıqları partlayışların çoxunun qarşısı alınır:
"Sabitliyimizi pozmaq istəyənlərə imkan verilməyəcək. Mübarizəmiz davam edəcək".
Nazir terror aktı ilə bağlı istintaqın davam etdiyini vurğulayıb.
Xatırladaq ki, hadisə yerli vaxtla saat 04:30 (Bakı vaxtı ilə saat 05:30) radələrində polisin xüsusi təyinatlı dəstəsini daşıyan xidməti avtobus hərəkət etdiyi Diyarbəkirin girişində baş verib. Yaralılar yerli xəstəxanalara çatdırılıb.
Partlayış ərazisi bloklanıb, antiterror əməliyyatı aparılır. Partlayış nəticəsində yaralananların sayı 9-a çatıb. Onlardan biri mülki şəxsdir.
Xəbər lenti
0