Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan, 1920
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Təcili yardım sistemi səhiyyə böhranları ilə mübarizədə böyük əhəmiyyətə malikdir - ÜST

© Sputnik / Murad OrujovHande Harmancı
Hande Harmancı - Sputnik Azərbaycan, 1920, 16.12.2022
Abunə olmaq
ÜST rəsmisi qeyd edir ki, son 4 gün ərzində 70-dən çox səhiyyə və qeyri-səhiyyə işçisi Yeni Klinika, Kliniki Tibbi Mərkəz və Sumqayıt Təlim, Simulyasiya və Qiymətləndirmə Mərkəzindəki təlimlərə qatılıb
BAKI, 16 dekabr — Sputnik. Təcili yardım sistemləri ictimai səhiyyə böhranlarına qarşı mübarizədə böyük əhəmiyyətə malikdir. Bunu ÜST-ün Azərbaycandakı nümayəndəsi Hande Harmancı "Azərbaycanda təcili yardım sisteminin təkmilləşdirilməsi" üzrə simpoziumda deyib.
O bildirib ki, hesablamalara görə, aşağı və orta gəlirli ölkələrdə ölümlərin təxminən yarısı və əlilliyin üçdə bir hissəsi effektiv təcili yardımın tətbiqi ilə aradan qaldırıla bilər:
"Təcili yardım sistemləri səhiyyənin vacib hissəsidir və bütün dünyada bir çox insan üçün səhiyyə ilə ilk əlaqə nöqtəsi kimi xidmət göstərir. COVID-19 pandemiyası zamanı təcili tibbi yardım xidmətlərinə olan tələbatın kəskin artması bir daha göstərdi ki, təcili yardım sistemləri ictimai səhiyyə böhranlarına qarşı mübarizədə də böyük əhəmiyyətə malikdir. ÜST "Azərbaycanda pandemiyaya cavab tədbirləri" layihəsi vasitəsilə təcili yardım sistemi və xidmətlərinin, bu sahədəki təlimlər və standartların təkmilləşdirməsini dəstəkləməyi nəzərdə tutur. Bu məqsədlə 12 dekabrdan etibarən "Azərbaycanda təcili yardım sistemlərinin təkmilləşdirilməsi həftəsi tədbirləri" başlatdıq. Həftənin məqsədi təcili yardım sistemləri sahəsində Azərbaycanın gələcəyə baxışını müzakirə etmək, bu sahədə təlimlər keçmək, eləcə də, insanların həyatını xilas etmək üçün kardiopulmonar resusitasiya vərdişlərinin öyrənilməsinin vacibliyi haqqında ictimaiyyəti məlumatlandırmaqdır".
"Son 4 gün ərzində 70-dən çox səhiyyə və qeyri-səhiyyə işçisi Yeni Klinika, Kliniki Tibbi Mərkəz və Sumqayıt Təlim, Simulyasiya və Qiymətləndirmə Mərkəzindəki təlimlərimizə qatılıb. İnanırıq ki, həftə, o cümlədən bu günkü simpozium və sabaha nəzərdə tutulan işçi qrupu görüşləri layihənin məqsədlərinə çatmaq üçün ilkin addım olacaq və təcili tibbi yardım işçilərinin, səhiyyə orqanlarının, qərar qəbuledici şəxslərin və ictimaiyyətin bu səhədə birgə çalışmasını təşviq edəcək", - H.Harmancı vurğulayıb (Report).
Xəbər lenti
0