https://sputnik.az/20221216/tecili-tibbi-yardimin-tekmillesdirilmesi-ucun-is-aparilir---sn-449686818.html
Təcili tibbi yardımın təkmilləşdirilməsi üçün iş aparılır - SN
Təcili tibbi yardımın təkmilləşdirilməsi üçün iş aparılır - SN
Sputnik Azərbaycan
Səhiyyə nazirinin müavini bildirib ki, bu ilin fevralından görülmüş tədbirlər çərçivəsində təlimçi və təlimə cəlb olunan komandalar müəyyən edilib. Bu müddət... 16.12.2022, Sputnik Azərbaycan
2022-12-16T10:49+0400
2022-12-16T10:49+0400
2022-12-16T10:54+0400
təcili tibbi yardım
səhiyyə
səhiyyə nazirliyi
azərbaycan
https://cdnn1.img.sputnik.az/img/42380/78/423807889_0:0:1921:1080_1920x0_80_0_0_77697fbbfbee81be1b0c9f6ca882d8c7.jpg
BAKI, 16 dekabr — Sputnik. Ölkəmizdə sağlamlığın təcili problemləri insanları ən çox narahat edən məsələdir. Bunu səhiyyə nazirinin müavini Nadir Zeynalov "Azərbaycanda təcili yardım sisteminin təkmilləşdirilməsi" üzrə simpoziumun açılış mərasimində deyib. O bildirib ki, səhiyyə sistemi bu narazılığa nə qədər çevik cavab verərsə, bir o qədər vətəndaşların məmnunluğu təmin olunar. O əlavə edib ki, ölkəmizdə son illər səhiyyə sistemində bir çox islahatlar aparılıb. İlk növbədə bu səhiyyənin maliyyələşməsinə aiddir:"Bununla yanaşı əsas məsələlərdən biri təcili tibblə bağlı olan sistemin təkmilləşdirilməsidir. Çox sevindirici haldır ki, ÜST buna kömək edəcək bir layihə təqdim edib. Bununla bağlı 3 əsas istiqamətdə iş aparılır. Birincisi, xəstəxanaya qədərki mərhələdə təcili yardımın təkmilləşdirilməsi, ikincisi, xəstəxana daxilində təcili tibbin müasir standartlara çatdırılması, üçüncüsü, təcii tibbi yardımın tədrisi məsələsidir. Bu ilin fevralından görülmüş tədbirlər çərçivəsində təlimçi və təlimə cəlb olunan komandalar müəyyən edilib. Bu müddət ərzində komanda üzvləri Türkiyədə bir aylıq kursda olub, müəyyən yenilikləri ölkəmizə gətiriblər".
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42380/78/423807889_25:0:1732:1280_1920x0_80_0_0_eca8d5290185cfb3e0b6248c9927423f.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
təcili tibbi yardım, səhiyyə nazirliyi, azərbaycan
təcili tibbi yardım, səhiyyə nazirliyi, azərbaycan
Təcili tibbi yardımın təkmilləşdirilməsi üçün iş aparılır - SN
10:49 16.12.2022 (Yenilənib: 10:54 16.12.2022) Səhiyyə nazirinin müavini bildirib ki, bu ilin fevralından görülmüş tədbirlər çərçivəsində təlimçi və təlimə cəlb olunan komandalar müəyyən edilib. Bu müddət ərzində komanda üzvləri Türkiyədə bir aylıq kursda olub, müəyyən yenilikləri ölkəmizə gətiriblər
BAKI, 16 dekabr — Sputnik. Ölkəmizdə sağlamlığın təcili problemləri insanları ən çox narahat edən məsələdir. Bunu səhiyyə nazirinin müavini Nadir Zeynalov "Azərbaycanda təcili yardım sisteminin təkmilləşdirilməsi" üzrə simpoziumun açılış mərasimində deyib.
O bildirib ki, səhiyyə sistemi bu narazılığa nə qədər çevik cavab verərsə, bir o qədər vətəndaşların məmnunluğu təmin olunar. O əlavə edib ki, ölkəmizdə son illər səhiyyə sistemində bir çox islahatlar aparılıb. İlk növbədə bu səhiyyənin maliyyələşməsinə aiddir:
"Bununla yanaşı əsas məsələlərdən biri təcili tibblə bağlı olan sistemin təkmilləşdirilməsidir. Çox sevindirici haldır ki, ÜST buna kömək edəcək bir layihə təqdim edib. Bununla bağlı 3 əsas istiqamətdə iş aparılır. Birincisi, xəstəxanaya qədərki mərhələdə təcili yardımın təkmilləşdirilməsi, ikincisi, xəstəxana daxilində təcili tibbin müasir standartlara çatdırılması, üçüncüsü, təcii tibbi yardımın tədrisi məsələsidir. Bu ilin fevralından görülmüş tədbirlər çərçivəsində təlimçi və təlimə cəlb olunan komandalar müəyyən edilib. Bu müddət ərzində komanda üzvləri Türkiyədə bir aylıq kursda olub, müəyyən yenilikləri ölkəmizə gətiriblər".