https://sputnik.az/20221216/siyasi-partiya-uzvlerinin-reyestrinde-ferdi-identifikasiya-nomresi-teleb-olunmayacaq-449693674.html
Siyasi partiya üzvlərinin reyestrində fərdi identifikasiya nömrəsi tələb olunmayacaq
Siyasi partiya üzvlərinin reyestrində fərdi identifikasiya nömrəsi tələb olunmayacaq
Sputnik Azərbaycan
Milli Məclis sədrinin birinci müavini Əli Hüseynli “Siyasi partiyalar haqqında” qanun layihəsində 5.3 və 20.10 maddələrdən identifikasiya tələbinin... 16.12.2022, Sputnik Azərbaycan
2022-12-16T13:06+0400
2022-12-16T13:06+0400
2022-12-16T13:06+0400
siyasi partiya
siyasət
fərdi identifikasiya kartı
nömrə
milli məclis
https://cdnn1.img.sputnik.az/img/07e5/01/1c/426078674_0:0:3071:1728_1920x0_80_0_0_7304bbf65ac445748cb78605e06255dd.jpg
BAKI, 16 dekabr - Sputnik. “Siyasi partiyalar haqqında” qanun layihəsindən fərdi identifikasiya tələbi çıxarılır”. Bunu Milli Məclisin bu gün keçirilən iclasında “Siyasi partiyalar haqqında” qanun layihəsinin üçüncü oxunuşda müzakirəsi zamanı Milli Məclis sədrinin birinci müavini Əli Hüseynli deyib. Əli Hüseynli bildirib ki, 5.3 və 20.10 maddələrdən identifikasiya tələbi çıxarılır: “Deputatlar bunun qanunazidd olduğunu bildirirdilər. Artıq bu tələb layihədən çıxarılır”. Qeyd edək ki, 5.3-cü maddəyə əsasən, partiyanın təsis yığıncağının protokolunda təsisçilərin və səlahiyyətli şəxsin adı, soyadı, atasının adı, həmçinin fərdi identifikasiya nömrəsi, doğulduğu tarix, qeydiyyat ünvanı və əlaqə telefon nömrəsi göstərilməli idi. 20.10-cu maddəyə görə isə siyasi partiya üzvlərinin reyestrini (adı, soyadı, atasının adı, həmçinin fərdi identifikasiya nömrəsi, doğulduğu tarix, qeydiyyat ünvanı, qeydiyyatda olduğu partiyanın yerli təşkilatı (olduğu halda) və əlaqə telefon nömrəsi göstərilməklə) aparmalı idi. Beləliklə, artıq partiyanın təsis yığıncağının protokolunda təsisçilərin və səlahiyyətli şəxsin fərdi identifikasiya nömrəsi, o cümlədən siyasi partiya üzvlərinin reyestrində fərdi identifikasiya nömrəsi tələb olunmayacaq. Xatırladaq ki, Milli Məclisdə parlamentdə təmsil olunan bütün siyasi partiya nümayəndələrinin müraciəti əsasında "Siyasi partiyalar haqqında" yeni qanun layihəsi hazırlanıb. Sənədin ictimai əhəmiyyətini nəzərə alaraq, qanun layihəsi ilə bağlı siyasi partiyaların, Qeyri-Hökumət Təşkilatlarının, politoloqların və sosial media nümayəndələrinin iştirakı ilə ictimai dinləmələr keçirilib. Bu Qanun siyasi partiyanın təsis edilməsi, dövlət qeydiyyatı, fəaliyyətinin yoxlanılması, dayandırılması və bərpası, ləğvi qaydasını, həmçinin siyasi partiyanın fəaliyyətinin təşkili, üzvlük və maddi təminat məsələlərini müəyyən edir.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/01/1c/426078674_169:0:2900:2048_1920x0_80_0_0_db50f5bdc65d50919a2723de53ef9bf3.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
siyasi partiya, fərdi identifikasiya kartı, nömrə, milli məclis
siyasi partiya, fərdi identifikasiya kartı, nömrə, milli məclis
Siyasi partiya üzvlərinin reyestrində fərdi identifikasiya nömrəsi tələb olunmayacaq
Milli Məclis sədrinin birinci müavini Əli Hüseynli “Siyasi partiyalar haqqında” qanun layihəsində 5.3 və 20.10 maddələrdən identifikasiya tələbinin çıxarıldığını söyləyib.
BAKI, 16 dekabr - Sputnik. “Siyasi partiyalar haqqında” qanun layihəsindən fərdi identifikasiya tələbi çıxarılır”. Bunu Milli Məclisin bu gün keçirilən iclasında “Siyasi partiyalar haqqında” qanun layihəsinin üçüncü oxunuşda müzakirəsi zamanı Milli Məclis sədrinin birinci müavini Əli Hüseynli deyib.
Əli Hüseynli bildirib ki, 5.3 və 20.10 maddələrdən identifikasiya tələbi çıxarılır: “Deputatlar bunun qanunazidd olduğunu bildirirdilər. Artıq bu tələb layihədən çıxarılır”.
Qeyd edək ki, 5.3-cü maddəyə əsasən, partiyanın təsis yığıncağının protokolunda təsisçilərin və səlahiyyətli şəxsin adı, soyadı, atasının adı, həmçinin fərdi identifikasiya nömrəsi, doğulduğu tarix, qeydiyyat ünvanı və əlaqə telefon nömrəsi göstərilməli idi. 20.10-cu maddəyə görə isə siyasi partiya üzvlərinin reyestrini (adı, soyadı, atasının adı, həmçinin fərdi identifikasiya nömrəsi, doğulduğu tarix, qeydiyyat ünvanı, qeydiyyatda olduğu partiyanın yerli təşkilatı (olduğu halda) və əlaqə telefon nömrəsi göstərilməklə) aparmalı idi.
Beləliklə, artıq partiyanın təsis yığıncağının protokolunda təsisçilərin və səlahiyyətli şəxsin fərdi identifikasiya nömrəsi, o cümlədən siyasi partiya üzvlərinin reyestrində fərdi identifikasiya nömrəsi tələb olunmayacaq.
Xatırladaq ki, Milli Məclisdə parlamentdə təmsil olunan bütün siyasi partiya nümayəndələrinin müraciəti əsasında "Siyasi partiyalar haqqında" yeni qanun layihəsi hazırlanıb.
Sənədin ictimai əhəmiyyətini nəzərə alaraq, qanun layihəsi ilə bağlı siyasi partiyaların, Qeyri-Hökumət Təşkilatlarının, politoloqların və sosial media nümayəndələrinin iştirakı ilə ictimai dinləmələr keçirilib.
Bu Qanun siyasi partiyanın təsis edilməsi, dövlət qeydiyyatı, fəaliyyətinin yoxlanılması, dayandırılması və bərpası, ləğvi qaydasını, həmçinin siyasi partiyanın fəaliyyətinin təşkili, üzvlük və maddi təminat məsələlərini müəyyən edir.