Azərbaycan Silahlı Qüvvələrinə məxsus zirehli texnika. Arxiv şəkli - Sputnik Azərbaycan, 1920
HƏRBİ
Hərbi quruculuğa, döyüş əməliyyatlarına, silahlı münaqişələrə, silah-sursata dair xəbər və məqalələr

Seyfəli poliqonunda döyüş sursatlarının utilizasiyası keçirilir - MN

© Sputnik / Maksim Blinov / Mediabanka keçidPartlayış, arxiv şəkli
Partlayış, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 16.12.2022
Abunə olmaq
Azərbaycan Ordusunun bölmələri tərəfindən istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının təhlükəsizlik tədbirlərinə əməl olunmaqla planlı şəkildə utilizasiyası davam etdirilir.
BAKI, 16 dekabr — Sputnik. Seyfəli poliqonunda döyüş sursatlarının utilizasiyası keçirilir. Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin (MN) Mətbuat Xidmətindən bildirilib.
Azərbaycan Ordusunun bölmələri tərəfindən istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının təhlükəsizlik tədbirlərinə əməl olunmaqla planlı şəkildə utilizasiyası davam etdirilir.
"Məlumat üçün bildiririk ki, döyüş sursatlarının utilizasiya prosesi dekabrın 16-dan 18-dək Seyfəli poliqonunda həyata keçiriləcək.
Aparılan partlayış işləri ilə əlaqədar ictimaiyyətə mütəmadi məlumat veriləcək", - MN-dən bildirilib.
Xəbər lenti
0