https://sputnik.az/20221216/parlamentde-qaz-limitlerinin-vaxtinda-sifirlanmasi-meselesi-qaldirilib-449702267.html
Parlamentdə qaz limitlərinin vaxtında sıfırlanması məsələsi qaldırılıb
Parlamentdə qaz limitlərinin vaxtında sıfırlanması məsələsi qaldırılıb
Sputnik Azərbaycan
Deputat 2022-ci ildə qaz limitlərinin sıfırlanmasının 10 gün yubandığını xatırladıb, limitlərin sıfırlanmasının vaxtında həyata keçirilməsinin daha... 16.12.2022, Sputnik Azərbaycan
2022-12-16T16:19+0400
2022-12-16T16:19+0400
2022-12-16T16:19+0400
qaz
cəmiyyət
limit
"azəriqaz"
https://cdnn1.img.sputnik.az/img/42221/67/422216795_0:222:3072:1950_1920x0_80_0_0_750210e21701eb35b545b9f79abd524c.jpg
BAKI, 16 dekabr - Sputnik. Parlamentdə qaz limitlərinin vaxtında sıfırlanması məsələsi qaldırılıb. Milli Məclisin bu gün keçirilən iclasında deputat Vüqar Bayramov deyib ki, 2022-ci il sona çatır və 2023-cü ilin əvvəlində qaz limitləri yenidən sıfırlanacaq. Deputat xatırladıb ki, 2022-ci ildə qaz limitlərinin sıfırlanması 10 gün yubanıb:“Daha məqsədəuyğun olardı ki, “Azəriqaz” İstehsalat Birliyi tərəfindən limitlərin sıfırlanması vaxtında həyata keçirilsin, problem olmasın. Çünki bütün hallarda ilin sonuna doğru insanlar qaza görə daha yüksək limitlərlə ödəniş edir. Limitlərin sıfırlanması yubandığı halda onlar yeni ildə də mavi qazdan istifadəyə daha yüksək ödəniş etməli olurlar”. Deputat Qənirə Paşayeva da qazla bağlı problemləri diqqətə çatdırıb:“Ölkə ərazisində qazlaşma prosesi yekunlaşmalıdır. Seçicilərlə görüşə biz gedirik, qurumlar seçicilərə cavab vermir. Tovuz rayonunda elə kəndlər var ki, qonşuda qaz yanır, amma qarşı evə qaz verilmir. Tovuzda 2781 evə ümumiyyətlə hələ qaz verilmir. Cavabdeh qurum deyir ki, vətəndaş özü qazı çəksin. Niyə vətəndaş qaz çəkməlidir?! İcra hakimiyyəti də, deputat da Baş nazirə, aidiyyəti qurumlara məktub yazıb, amma məsələyə baxılmır. Təklif edirəm ki, bu sahəyə cavabdeh qurumlar gəlib Milli Məclisdə cavab versinlər”. Xatırladaq ki, "Azəriqaz" İstehsalat Birliyi ötən ilin sonunda məlumat yaymışdı ki, mexaniki-elektron qaz sayğaclarında güzəştli limit həddinə dair hesabat hər il yanvar ayının ilk ongünlüyündə aparılır. Belə ki, bu qaz sayğaclarında göstəricilərin fiziki olaraq oxunuşu yanvar ayının ilk 4 günü bayram gününə düşdüyündən həmin ayın 10-dək davam edə bilər. Bildirilib ki, göstəricilərin oxunduğu gün abonent üçün hesabat dövrüdür və həmin gündən etibarən o, yeni il üzrə güzəştli limit həddindən istifadəyə başlayır. Yekunda illik oxunuş 365 günü tam əhatə edəcək. Əvvəlcədən ödənişli sayğaclarda isə dekabr ayının 31-i gecə saat 00:00-dan etibarən yeni il üzrə güzəştli limit həddindən istifadəyə başlanılır.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42221/67/422216795_341:0:3072:2048_1920x0_80_0_0_0b1c3ac474bf078ff2e633d8cf3e80a7.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
qaz, limit, "azəriqaz"
Parlamentdə qaz limitlərinin vaxtında sıfırlanması məsələsi qaldırılıb
Deputat 2022-ci ildə qaz limitlərinin sıfırlanmasının 10 gün yubandığını xatırladıb, limitlərin sıfırlanmasının vaxtında həyata keçirilməsinin daha məqsədəuyğun olduğunu diqqətə çatdırıb.
BAKI, 16 dekabr - Sputnik. Parlamentdə qaz limitlərinin vaxtında sıfırlanması məsələsi qaldırılıb. Milli Məclisin bu gün keçirilən iclasında deputat Vüqar Bayramov deyib ki, 2022-ci il sona çatır və 2023-cü ilin əvvəlində qaz limitləri yenidən sıfırlanacaq.
Deputat xatırladıb ki, 2022-ci ildə qaz limitlərinin sıfırlanması 10 gün yubanıb:
“Daha məqsədəuyğun olardı ki, “Azəriqaz” İstehsalat Birliyi tərəfindən limitlərin sıfırlanması vaxtında həyata keçirilsin, problem olmasın. Çünki bütün hallarda ilin sonuna doğru insanlar qaza görə daha yüksək limitlərlə ödəniş edir. Limitlərin sıfırlanması yubandığı halda onlar yeni ildə də mavi qazdan istifadəyə daha yüksək ödəniş etməli olurlar”.
Deputat Qənirə Paşayeva da qazla bağlı problemləri diqqətə çatdırıb:
“Ölkə ərazisində qazlaşma prosesi yekunlaşmalıdır. Seçicilərlə görüşə biz gedirik, qurumlar seçicilərə cavab vermir. Tovuz rayonunda elə kəndlər var ki, qonşuda qaz yanır, amma qarşı evə qaz verilmir. Tovuzda 2781 evə ümumiyyətlə hələ qaz verilmir. Cavabdeh qurum deyir ki, vətəndaş özü qazı çəksin. Niyə vətəndaş qaz çəkməlidir?! İcra hakimiyyəti də, deputat da Baş nazirə, aidiyyəti qurumlara məktub yazıb, amma məsələyə baxılmır. Təklif edirəm ki, bu sahəyə cavabdeh qurumlar gəlib Milli Məclisdə cavab versinlər”.
Xatırladaq ki, "Azəriqaz" İstehsalat Birliyi ötən ilin sonunda məlumat yaymışdı ki, mexaniki-elektron qaz sayğaclarında güzəştli limit həddinə dair hesabat hər il yanvar ayının ilk ongünlüyündə aparılır. Belə ki, bu qaz sayğaclarında göstəricilərin fiziki olaraq oxunuşu yanvar ayının ilk 4 günü bayram gününə düşdüyündən həmin ayın 10-dək davam edə bilər.
Bildirilib ki, göstəricilərin oxunduğu gün abonent üçün hesabat dövrüdür və həmin gündən etibarən o, yeni il üzrə güzəştli limit həddindən istifadəyə başlayır. Yekunda illik oxunuş 365 günü tam əhatə edəcək. Əvvəlcədən ödənişli sayğaclarda isə dekabr ayının 31-i gecə saat 00:00-dan etibarən yeni il üzrə güzəştli limit həddindən istifadəyə başlanılır.