https://sputnik.az/20221216/ozbekistan-dtx-nin-sedr-muavini-azerbaycanda-olub-449690533.html
Özbəkistan DTX-nin sədr müavini Azərbaycanda olub
Özbəkistan DTX-nin sədr müavini Azərbaycanda olub
Müzakirə zamanı dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi sahəsində müasir texniki vasitələrin və texnologiyaların tətbiqi ilə həyata keçirilən... 16.12.2022, Sputnik Azərbaycan
2022-12-16T22:11+0400
2022-12-16T22:11+0400
2022-12-16T22:11+0400
özbəkistan
azərbaycan xəbərləri
azərbaycan
dövlət sərhəd xidməti
/html/head/meta[@name='og:title']/@content
/html/head/meta[@name='og:description']/@content
https://cdnn1.img.sputnik.az/img/07e6/0c/10/449690098_54:257:892:728_1920x0_80_0_0_b7e09f874eace2c7351dfc3c7331e8c2.jpg
BAKI, 16 dekabr — Sputnik. Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyevin dəvəti ilə Özbəkistan Respublikasının Dövlət Təhlükəsizlik Xidmətinin sədrinin müavini - Sərhəd Qoşunlarının Komandanı general-mayor Səlimjon Xusanovun rəhbərlik etdiyi nümayəndə heyəti cari ilin 13-15 dekabr tarixlərində ölkəmizdə rəsmi səfərdə olub. Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən verilən məlumata görə, səfər çərçivəsində Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti və Özbəkistan Respublikasının Dövlət Təhlükəsizlik Xidmətinin Sərhəd Qoşunlarının nümayəndə heyətləri arasında görüş keçirilib. Görüş zamanı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Müzəffər Ali Baş Komandanlığı altında Vətən müharibəsində qazanılmış tarixi Zəfər nəticəsində ölkəmizin ərazi bötüvlüyünün bərpa edilməsi, dövlət sərhədlərimizin bir hissəsinin Ermənistan tərəfindən işğalına son qoyulması, azad edilmiş ərazilərdə dövlət sərhədlərinin müdafiəsi və mühafizəsi üzrə fəaliyyətlərin təşkili, zəruri infrastrukturun yaradılması istiqamətində görülən işlər barəsində ətraflı məlumat verilib. Tərəflər son müddətdə Azərbaycan Respublikası və Özbəkistan Respublikası arasında bütün istiqamətlərdə, o cümlədən sərhəd təhlükəsizliyi sahəsində münasibətlərin uğurla inkişaf etməsini vurğulayıblar. Müzakirə zamanı dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi sahəsində müasir texniki vasitələrin və texnologiyaların tətbiqi ilə həyata keçirilən fəaliyyətlər, peşəkar kadrların hazırlanması sistemi barəsində məlumat mübadiləsi aparılıb. Görüşdə sərhəd təhlükəsizliyinə qarşı təhdidlər, o cümlədən beynəlxalq terrorizm, qaçaqmalçılıq, qeyri-qanuni miqrasiya, narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə, eləcə də qarşılıqlı maraq kəsb edən digər məsələlər üzrə əməkdaşlığın inkişaf etdirilməsi və təcrübə mübadiləsinin həyata keçirilməsinə hazırlıq ifadə olunub. Səfər çərçivəsində qonaqlar Dövlət Sərhəd Xidmətinin Aparatı, Sahil Mühafizəsi, Sərhəd Nəzarəti, DSX Akademiyası, Xüsusi Məktəbi və digər struktur qurumları ilə tanış ediliblər.
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rosiya Segodnya“
2022
Şahpəri Abbasova
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427234608_683:0:2048:1365_100x100_80_0_0_ce97b26143b48800b312034ce6e8059f.jpg
Şahpəri Abbasova
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427234608_683:0:2048:1365_100x100_80_0_0_ce97b26143b48800b312034ce6e8059f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rosiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/0c/10/449690098_27:0:998:728_1920x0_80_0_0_bdccb12d7e5e451541cb67f36bc3d74f.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rosiya Segodnya“
Şahpəri Abbasova
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427234608_683:0:2048:1365_100x100_80_0_0_ce97b26143b48800b312034ce6e8059f.jpg
özbəkistan, azərbaycan, dövlət sərhəd xidməti
özbəkistan, azərbaycan, dövlət sərhəd xidməti
Özbəkistan DTX-nin sədr müavini Azərbaycanda olub
Müzakirə zamanı dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi sahəsində müasir texniki vasitələrin və texnologiyaların tətbiqi ilə həyata keçirilən fəaliyyətlər, peşəkar kadrların hazırlanması sistemi barəsində məlumat mübadiləsi aparılıb.
BAKI, 16 dekabr — Sputnik. Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyevin dəvəti ilə Özbəkistan Respublikasının Dövlət Təhlükəsizlik Xidmətinin sədrinin müavini - Sərhəd Qoşunlarının Komandanı general-mayor Səlimjon Xusanovun rəhbərlik etdiyi nümayəndə heyəti cari ilin 13-15 dekabr tarixlərində ölkəmizdə rəsmi səfərdə olub.
Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən verilən məlumata görə, səfər çərçivəsində Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti və Özbəkistan Respublikasının Dövlət Təhlükəsizlik Xidmətinin Sərhəd Qoşunlarının nümayəndə heyətləri arasında görüş keçirilib.
Görüş zamanı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Müzəffər Ali Baş Komandanlığı altında Vətən müharibəsində qazanılmış tarixi Zəfər nəticəsində ölkəmizin ərazi bötüvlüyünün bərpa edilməsi, dövlət sərhədlərimizin bir hissəsinin Ermənistan tərəfindən işğalına son qoyulması, azad edilmiş ərazilərdə dövlət sərhədlərinin müdafiəsi və mühafizəsi üzrə fəaliyyətlərin təşkili, zəruri infrastrukturun yaradılması istiqamətində görülən işlər barəsində ətraflı məlumat verilib.
Tərəflər son müddətdə Azərbaycan Respublikası və Özbəkistan Respublikası arasında bütün istiqamətlərdə, o cümlədən sərhəd təhlükəsizliyi sahəsində münasibətlərin uğurla inkişaf etməsini vurğulayıblar.
Müzakirə zamanı dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi sahəsində müasir texniki vasitələrin və texnologiyaların tətbiqi ilə həyata keçirilən fəaliyyətlər, peşəkar kadrların hazırlanması sistemi barəsində məlumat mübadiləsi aparılıb.
Görüşdə sərhəd təhlükəsizliyinə qarşı təhdidlər, o cümlədən beynəlxalq terrorizm, qaçaqmalçılıq, qeyri-qanuni miqrasiya, narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə, eləcə də qarşılıqlı maraq kəsb edən digər məsələlər üzrə əməkdaşlığın inkişaf etdirilməsi və təcrübə mübadiləsinin həyata keçirilməsinə hazırlıq ifadə olunub.
Səfər çərçivəsində qonaqlar Dövlət Sərhəd Xidmətinin Aparatı, Sahil Mühafizəsi, Sərhəd Nəzarəti, DSX Akademiyası, Xüsusi Məktəbi və digər struktur qurumları ilə tanış ediliblər.