Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Ötən ilin eyni dövrü ilə müqayisədə elektrik enerjisinin həcmi artıb

© Sputnik / Rahim MuradovElektrik yarımstansiyası, arxiv şəkli
Elektrik yarımstansiyası, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 16.12.2022
Abunə olmaq
On bir ay ərzində külək elektrik stansiyalarında 79,1 mln kVt·st elektrik enerjisi istehsal edilib.
BAKI, 16 dekabr — Sputnik. 2022-ci ilin yanvar-noyabr aylarında respublika üzrə elektrik enerjisinin istehsalı ötən ilin eyni dövrü ilə müqayisədə 978,2 mln. kVt·st, yəni 3,9 % artaraq 26 260,3 mln. kVt·st olub.
Bu barədə Energetika Nazirliyindən Sputnik Azərbaycan-a verilən məlumatda bildirilib. Qeyd olunub ki, hesabat dövründə ötən ilin 11 ayına nisbətən elektrik enerjisinin istehsalı İES-lərdə 623,3 mln. kVt·st artaraq 24 404,9 mln. kVt·st, SES-lərdə 339,4 mln. kVt·st artaraq 1 532,8 mln. kVt·st, digər mənbələr (KES, GES və BMTYZ) üzrə isə 15,5 mln. kVt·st artaraq 322,6 mln. kVt·st olub.
© Depositphotos.com / VV VoennyyElektirk sayğacı, arxiv şəkli
Счетчик электроэнергии - Sputnik Azərbaycan, 1920, 16.12.2022
Elektirk sayğacı, arxiv şəkli
11 ay ərzində külək elektrik stansiyalarında 79,1 mln. kVt·st, günəş elektrik stansiyalarında 59,0 mln. kVt·st, Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda (BMTYZ) isə 184,5 mln. kVt·st elektrik enerjisi istehsal edilib.
2022-ci ilin yanvar-noyabr ayları üzrə elektrik enerjisinin istehsalı “Azərenerji” ASC üzrə 23 696,7 mln. kVts (İES-lərdə 22 277,2 mln. kVt·st, SES-lərdə 1 419,5 mln. kVt·st), Naxçıvan MR Dövlət Energetika Xidməti üzrə 439,8 mln. kVt·st (İES-lərdə 285,8 mln. kVt·st, SES-lərdə 99,4 mln. kVt·st, GES-də 54,6 mln. kVt·st), “Azərişıq” ASC üzrə külək elektrik stansiyalarında 59,3 mln. kVt·st, müstəqil elektrik stansiyaları üzrə isə 2 064,5 mln. kVt·st təşkil edib.
Qeyd edək ki, hesabat dövründə elektrik enerjisinin idxalı 126,3 mln. kVt·st, ixracı isə 2 546,8 mln. kVt·st olub.
Xəbər lenti
0