NEFT-QAZ
Neft, qaz, bütövlükdə energetika sahəsinə aid xəbərlər və məqalələr

Mərkəzi bankların faizləri artırması neftin ucuzlaşmasına səbəb olub

© AP Photo / Matthew BrownNeft quyusu, arxiv şəkli
Neft quyusu, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 16.12.2022
Abunə olmaq
ABŞ-ın Federal Ehtiyatlar Sistemi faizləri növbəti dəfə illik 4,25-4,5% səviyyəsinədək artırıb. Bu da neft bazarına təsir göstərir.
BAKI, 16 dekabr - Sputnik. Dünya birjalarında neft qiymətləri ucuzlaşıb. London birjasında “Brent” markalı neftin qiyməti 0,19 dollar azalaraq 81,02 dollar, Nyu-York birjasında “Light” markalı neftin qiyməti 0,18 dollar ucuzlaşaraq 75,93 dollar olub.
Azərbaycan neftinin bir barelinin qiyməti isə 1,17 dollar azalaraq 84,77 dollar olub.
Müxtəlif ölkələrin mərkəzi banklarının baza dərəcələrini artırmasından sonra neftin qiyməti düşüb.
Dekabr iclasında ABŞ-ın Federal Ehtiyatlar Sistemi (FED) faiz dərəcəsini gözlənildiyi kimi illik 4,25-4,5% səviyyəsinədək artırıb.
Bundan başqa, Avropa Mərkəzi Bankı və Böyük Britaniya Mərkəzi Bankı faiz dərəcələrini 50 faiz bəndi artıraraq müvafiq olaraq 2,5% və 3,5%-ə çatdırıb.
Xatırladaq ki, Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 85 ABŞ dollarından götürülüb.
"Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.
Xəbər lenti
0