Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Malların gömrükdən sürətli keçidi təmin ediləcək

© Sputnik / Evgeny KarasevTIR sürücüsü
TIR sürücüsü - Sputnik Azərbaycan, 1920, 16.12.2022
Abunə olmaq
Qanun layihəsində malların buraxılışının həyata keçirilməsi ilə bağlı gömrük orqanına daxil olan müraciətə bir gün müddətində baxılması və bunun əsasında malların buraxılışının təmin olunması təklif olunub.
BAKI, 16 dekabr — Sputnik. Milli Məclisdə Gömrük Məcəlləsində və "Gömrük tarifi haqqında" qanuna dəyişikliklər müzakirə edilib.
Plenar iclasda Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili təklif olunan dəyişikliklərin gömrük prosedurlarının sadələşdirilməsi, sahibkarların maraqlarının qorunması baxımından əhəmiyyətini yüksək qiymətləndirib.
Tahir Mirkişili deyib ki, Gömrük Məcəlləsinə təklif olunan dəyişikliklər malların gömrükdən daha sürətli keçidinin təmin edilməsi məqsədilə hazırlanıb. Layihədə malların buraxılışının həyata keçirilməsi ilə bağlı gömrük orqanına daxil olan müraciətə (bəyannaməyə) bir gün müddətində baxılması və bunun əsasında malların buraxılışının təmin olunması təklif olunub. Əgər malın buraxılışı üçün gömrük dəyərinə müvafiq düzəlişlər edilməsinə zərurət yaranırsa, gömrük orqanı bu barədə bildirişi bəyannamənin gömrük orqanına təqdim olunduğu andan 24 saat ərzində bəyannaməçiyə təqdim etməlidir.
Qeyd edilib ki, "Gömrük tarifi haqqında" qanunda dəyişiklik isə malların gömrük dəyərinin müəyyən edilməsinin sadə və ədalətli meyarlara əsaslanmasını təsbit etməklə, gömrük dəyərinin müəyyən edilməsi sahəsində vahid təcrübənin formalaşmasına, bu sahədə sui-istifadə və neqativ halların qarşısının alınmasına, beynəlxalq qaydaların implementasiyasına və şəffaflığın artırılmasına xidmət edir.
Millət vəkilləri layihələri gömrük xidmətlərindən istifadənin asanlaşdırılması və elektronlaşdırılması baxımından müsbət qiymətləndiriblər, son vaxtlar gömrük sistemində görülən işləri təqdirlə qarşılayıblar.
Qanun layihələri səsə qoyularaq birinci oxunuşda qəbul edilib.
Xatırladaq ki, Milli Məclisin komitə iclasında iştirak edən Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini, sədr vəzifəsini icra edən Şahin Bağırov deyib ki, qanun layihələri daha çox biznes mühitinin inkişafına yönəlib. Malların gömrük dəyərinin düzgün müəyyən edilməsinin əhəmiyyətini vurğulayan Şahin Bağırov dəyişikliklərlə bağlı gömrük orqanlarının üzərlərinə düşən məsuliyyətə ciddi riayət edəcəyini bildirib.
Xəbər lenti
0