Dünya şöhrətli pianoçunun konserti Bakıda uğurla keçirilib
© Photo : The Russian House in BakuBeynəlxalq Muğam Mərkəzində Riad Məmmədovun solo konserti
© Photo : The Russian House in Baku
Abunə olmaq
Konsert "Rusiya xalqlarının mədəni irsi ili" çərçivəsində baş tutub və Beynəlxalq Muğam Mərkəzinin və Vaqif Mustafazadə adına Mədəniyyət və Xeyriyyə Fondunun dəstəyi ilə Bakıdakı Rus Evi tərəfindən təşkil olunub.
BAKI, 16 dekabr — Sputnik. Dünən Beynəlxalq Muğam Mərkəzində klassik, caz və müəllif repertuarı ilə konsert proqramları və albomları ilə ictimaiyyətə tanış olan pianoçu Riad Məmmədovun solo konserti keçirilib.
Beynəlxalq Muğam Mərkəzinin və Vaqif Mustafazadə adına Mədəniyyət və Xeyriyyə Fondunun dəstəyi ilə Bakıdakı Rus Evi tərəfindən təşkil olunan konsert "Rusiya xalqlarının mədəni irsi ili" çərçivəsində baş tutub.
© Photo : The Russian House in BakuBeynəlxalq Muğam Mərkəzində Riad Məmmədovun solo konserti
Beynəlxalq Muğam Mərkəzində Riad Məmmədovun solo konserti
© Photo : The Russian House in Baku
Tamaşaçılar Pyotr Çaykovskinin, Frederik Şopenin, İohan Sebastyan Baxın klassik əsərlərindən, həmçinin Məmmədovun özünün fortepiano pyeslərindən zövq ala biliblər.
Konsertin sonunda Riad və rusiyalı musiqiçilər Sergey Korçaqin və Dmitri Yeroşin caz kompozisiyalarını, həmçinin Vaqif Mustafazadənin "Əzizəni gözləyirəm" pyesinin müəllif transkripsiyasını ifa ediblər və bununla da əfsanəvi bəstəkar, pianoçu, caz-muğam sintezinin banisinin xatirəsini ehtiramla yad ediblər.
Riad Məmmədov 1989-cu ildə Bakıda anadan olub. O, Rusiya, Azərbaycan və Kanadada keçirilən musiqi festivallarının iştirakçısıdır. Pianoçu dünyada azsaylı peşəkar caz-muğam musiqiçilərdən biridir.
© Photo : The Russian House in BakuBeynəlxalq Muğam Mərkəzində Riad Məmmədovun solo konserti
Beynəlxalq Muğam Mərkəzində Riad Məmmədovun solo konserti
© Photo : The Russian House in Baku
Riad Məmmədov yaradıcılığında müxtəlif janrları və musiqi istiqamətlərini birləşdirir. Moskva Konservatoriyasını və fortepiano sinfi üzrə aspiranturanı, habelə nəzəri aspiranturanı musiqişünas kimi bitirdikdən sonra klassik akademik repertuardan əsərlər ifa edir. Eyni zamanda Rusiyada və dünyada muğam və caz-muğamı inkişaf etdirir.
Musiqiçi bütün layihələrində Şərq mədəniyyətinin Qərblə, ötən əsrlərin isə bu günümüzlə necə bağlı olduğunu nümayiş etdirir.