https://sputnik.az/20221216/ben-bir-addim-yaxinlasacaq-azerbaycan-yasil-hidrogen-haqqinda-sazis-imzalayib-449694282.html
BEN bir addım yaxınlaşacaq: Azərbaycan "Yaşıl hidrogen" haqqında saziş imzalayıb
BEN bir addım yaxınlaşacaq: Azərbaycan "Yaşıl hidrogen" haqqında saziş imzalayıb
Sputnik Azərbaycan
Sənəd bərpa olunan enerji mənbələrindən (BEN) elektrik enerjisinin istehsalı üzrə ümumi quraşdırılmış gücü 12 QVt-a qədər olan layihələrin tədqiqi və həyata... 16.12.2022, Sputnik Azərbaycan
2022-12-16T14:36+0400
2022-12-16T14:36+0400
2022-12-16T14:36+0400
enerji
iqtisadiyyat
azərbaycan
yaşıl enerji
https://cdnn1.img.sputnik.az/img/07e6/04/0d/441075355_0:72:3072:1800_1920x0_80_0_0_6a01ce91502c391c0b3840cdcd517ab9.jpg
BAKI, 16 dekabr — Sputnik. Azərbaycanın Energetika Nazirliyi və Avstraliyanın "Fortescue Future Industries" (FFI) şirkəti arasında bərpa olunan enerji mənbələri (BEN) və "yaşıl hidrogen" potensialının inkişafı sahəsində layihələr üzrə əməkdaşlıq haqqında çərçivə sazişi imzalanıb. Sənəd bərpa olunan enerji mənbələrindən elektrik enerjisinin istehsalı və "yaşıl hidrogen" sahəsində texnologiyaların inkişafı üzrə ümumi quraşdırılmış gücü 12 QVt-dək olan layihələrin tədqiqi və həyata keçirilməsini nəzərdə tutur. Sazişin imzalanması mərasimində çıxış edən energetika naziri Pərviz Şahbazovun sözlərinə görə, bu sənədin strateji əsasını Prezident İlham Əliyev tərəfindən müəyyən edilmiş Azərbaycanın 2030-cu ilədək sosial-iqtisadi inkişafının milli prioritetləri təşkil edir. "Bu ilin iyulunda Azərbaycan Prezidenti İlham Əliyev və Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen tərəfindən imzalanmış və Azərbaycan ilə Aİ arasında "yaşıl enerji" dəhlizinin inkişafı üçün zəmin yaradan anlaşma memorandumunu xüsusilə qeyd etmək lazımdır", - deyə Şahbazov bildirib. Nazir onu da qeyd edib ki, son vaxtlar Azərbaycan beynəlxalq enerji şirkətləri ilə əməkdaşlıq edərək bərpa olunan enerji sahəsində genişmiqyaslı istehsal güclərinin yaradılması və "yaşıl enerjinin" ixracı istiqamətində mühüm addımlar atır.
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Aygül Tağıyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/02/0f/426229726_632:-1:2679:2047_100x100_80_0_0_bf9f4a66d2062eb596bb6df525ab6306.jpg
Aygül Tağıyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/02/0f/426229726_632:-1:2679:2047_100x100_80_0_0_bf9f4a66d2062eb596bb6df525ab6306.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/04/0d/441075355_341:0:3072:2048_1920x0_80_0_0_f7a84271743c4e880832de084b28166d.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Aygül Tağıyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/02/0f/426229726_632:-1:2679:2047_100x100_80_0_0_bf9f4a66d2062eb596bb6df525ab6306.jpg
enerji, azərbaycan, yaşıl enerji
enerji, azərbaycan, yaşıl enerji
BEN bir addım yaxınlaşacaq: Azərbaycan "Yaşıl hidrogen" haqqında saziş imzalayıb
Sənəd bərpa olunan enerji mənbələrindən (BEN) elektrik enerjisinin istehsalı üzrə ümumi quraşdırılmış gücü 12 QVt-a qədər olan layihələrin tədqiqi və həyata keçirilməsini nəzərdə tutur.
BAKI, 16 dekabr — Sputnik. Azərbaycanın Energetika Nazirliyi və Avstraliyanın "Fortescue Future Industries" (FFI) şirkəti arasında bərpa olunan enerji mənbələri (BEN) və "yaşıl hidrogen" potensialının inkişafı sahəsində layihələr üzrə əməkdaşlıq haqqında çərçivə sazişi imzalanıb.
Sənəd bərpa olunan enerji mənbələrindən elektrik enerjisinin istehsalı və "yaşıl hidrogen" sahəsində texnologiyaların inkişafı üzrə ümumi quraşdırılmış gücü 12 QVt-dək olan layihələrin tədqiqi və həyata keçirilməsini nəzərdə tutur.
Sazişin imzalanması mərasimində çıxış edən energetika naziri Pərviz Şahbazovun sözlərinə görə, bu sənədin strateji əsasını Prezident İlham Əliyev tərəfindən müəyyən edilmiş Azərbaycanın 2030-cu ilədək sosial-iqtisadi inkişafının milli prioritetləri təşkil edir.
"Bu ilin iyulunda Azərbaycan Prezidenti İlham Əliyev və Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen tərəfindən imzalanmış və Azərbaycan ilə Aİ arasında "yaşıl enerji" dəhlizinin inkişafı üçün zəmin yaradan anlaşma memorandumunu xüsusilə qeyd etmək lazımdır", - deyə Şahbazov bildirib.
Nazir onu da qeyd edib ki, son vaxtlar Azərbaycan beynəlxalq enerji şirkətləri ilə əməkdaşlıq edərək bərpa olunan enerji sahəsində genişmiqyaslı istehsal güclərinin yaradılması və "yaşıl enerjinin" ixracı istiqamətində mühüm addımlar atır.