Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan, 1920
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Bakıda bərbərxanada 28 yaşlı gənc qətlə yetirilib, cinayət işi başlanılıb

© AFP 2023 / PATRICIA DE MELO MOREIRABərbərxana, arxiv şəkli
Bərbərxana, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 16.12.2022
Abunə olmaq
Aparılan araşdırmalarla zərərçəkmişin tanışı, 1994-cü il təvəllüdlü İsmət Qədirovun şəxsi münasibətlər zəminində aralarında yaranan münaqişə zamanı bıçaqla çoxsaylı xəsarətlər yetirərək İlkin Qurbanlını qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
BAKI, 16 dekabr — Sputnik. Bakıda bərbərxanada 28 yaşlı gənc qətlə yetirilib, cinayət işi başlanılıb. Bu barədə Nəsimi Rayon Prokurorluğundan məlumat verilib.
Bildirilib ki, dekabrın 16-da saat 14 radələrində paytaxtın Nəsimi rayonu ərazisində 1994-cü il təvəllüdlü İlkin Qurbanlının öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Aparılan araşdırmalarla zərərçəkmişin tanışı, 1994-cü il təvəllüdlü İsmət Qədirovun şəxsi münasibətlər zəminində aralarında yaranan münaqişə zamanı bıçaqla çoxsaylı xəsarətlər yetirərək İlkin Qurbanlını qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Nəsimi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.
İsmət Qədirov şübhəli şəxs qismində tutulub.
Hazırda iş üzrə istintaq davam edir.
Xəbər lenti
0