https://sputnik.az/20221216/azerbaycanli-telebeler-latviya-universitetlerine-teqaud-ucun-hara-muraciet-etmelidirler-449693990.html
Azərbaycanlı tələbələr Latviya universitetlərinə təqaüd üçün hara müraciət etməlidirlər?
Azərbaycanlı tələbələr Latviya universitetlərinə təqaüd üçün hara müraciət etməlidirlər?
Sputnik Azərbaycan
VIAA Latviya Yay Məktəbi Təqaüdü bütün dövr üçün adambaşına 1,000 avro təşkil edir. Amma yay məktəbinin iştirakçıları öz ölkələrindən Latviyadakı məkana qədər... 16.12.2022, Sputnik Azərbaycan
2022-12-16T14:01+0400
2022-12-16T14:01+0400
2022-12-16T14:01+0400
latviya
təhsil
təhsil
təqaüd
tələbə
https://cdnn1.img.sputnik.az/img/07e4/0c/04/425642350_0:161:3071:1888_1920x0_80_0_0_059ed6731d34fb4b533c6153fc670d36.jpg
BAKI, 16 dekabr — Sputnik. Azərbaycan vətəndaşları 2023-cü il fevralın 1-dən bu ölkənin ali təhsil müəssisələrində təhsil almaq, həmçinin yay məktəblərində iştirak etmək üçün Latviya Dövlət Təqaüdü proqramına müraciət edə bilərlər. Bu barədə Latviyanın Təhsil və Elm Nazirliyi məlumat yayıb. Azərbaycan və ya Latviya universitetlərində azı 1 illik təhsilini uğurla başa vurmuş tələbələr müraciət edə bilərlər. Bakalavr və magistratura pilləsi üzrə təqaüdlər bir tədris ili (10 ay, doktorantlar - 11 aya qədər) üçün nəzərdə tutulub, təqaüdün məbləği bakalavr və magistratura pillələrində ayda 500 avro, PhD pilləsində isə ayda 700 avro təşkil edir. Növbəti il üçün təkrar müraciət tələb olunur və təqaüd bir şəxsə ardıcıl iki müddətdən çox olmayaraq verilə bilər. Müraciət prosesi adətən "Dream Apply" platforması və ya digər platformalar vasitəsilə onlayn təşkil edilir. Bundan başqa, nazirlik bildirib ki, xarici universitetlərin tələbələri, akademik və elmi işçiləri yay məktəblərində iştirak etmək məqsədilə təqaüd almaq hüququna malikdirlər. VIAA Latviya Yay Məktəbi Təqaüdü bütün dövr üçün adambaşına 1,000 avro təşkil edir. Amma yay məktəbinin iştirakçıları öz ölkələrindən Latviyadakı məkana qədər səyahət xərclərini özləri ödəməlidirlər. Gələn il üçün yay məktəblərinin siyahısı fevralın 1-də məlum olacaq və VIAA və "StudyinLatvia" saytlarında dərc olunacaq. Müraciətlər birbaşa yay məktəblərinin təşkilatçılarına təqdim edilməlidir. Xatırladaq ki, bu il Azərbaycan vətəndaşlarından təqaüd almaq üçün 60 müraciət daxil olub. Onlardan 13-nə ali məktəblərdə təhsil üçün təqaüd verilib. Azərbaycanın 2 vətəndaşı isə yay məktəblərinin iştirakçısı olub.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e4/0c/04/425642350_171:0:2900:2047_1920x0_80_0_0_cdbd9735b9427923e7154a28a8ddebd4.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
latviya, təhsil, təqaüd, tələbə
latviya, təhsil, təqaüd, tələbə
Azərbaycanlı tələbələr Latviya universitetlərinə təqaüd üçün hara müraciət etməlidirlər?
VIAA Latviya Yay Məktəbi Təqaüdü bütün dövr üçün adambaşına 1,000 avro təşkil edir. Amma yay məktəbinin iştirakçıları öz ölkələrindən Latviyadakı məkana qədər səyahət xərclərini özləri ödəməlidirlər.
BAKI, 16 dekabr — Sputnik. Azərbaycan vətəndaşları 2023-cü il fevralın 1-dən bu ölkənin ali təhsil müəssisələrində təhsil almaq, həmçinin yay məktəblərində iştirak etmək üçün Latviya Dövlət Təqaüdü proqramına müraciət edə bilərlər. Bu barədə Latviyanın Təhsil və Elm Nazirliyi məlumat yayıb.
Azərbaycan və ya Latviya universitetlərində azı 1 illik təhsilini uğurla başa vurmuş tələbələr müraciət edə bilərlər. Bakalavr və magistratura pilləsi üzrə təqaüdlər bir tədris ili (10 ay, doktorantlar - 11 aya qədər) üçün nəzərdə tutulub, təqaüdün məbləği bakalavr və magistratura pillələrində ayda 500 avro, PhD pilləsində isə ayda 700 avro təşkil edir.
Növbəti il üçün təkrar müraciət tələb olunur və təqaüd bir şəxsə ardıcıl iki müddətdən çox olmayaraq verilə bilər. Müraciət prosesi adətən "Dream Apply" platforması və ya digər platformalar vasitəsilə onlayn təşkil edilir.
Bundan başqa, nazirlik bildirib ki, xarici universitetlərin tələbələri, akademik və elmi işçiləri yay məktəblərində iştirak etmək məqsədilə təqaüd almaq hüququna malikdirlər.
VIAA Latviya Yay Məktəbi Təqaüdü bütün dövr üçün adambaşına 1,000 avro təşkil edir. Amma yay məktəbinin iştirakçıları öz ölkələrindən Latviyadakı məkana qədər səyahət xərclərini özləri ödəməlidirlər.
Gələn il üçün yay məktəblərinin siyahısı fevralın 1-də məlum olacaq və VIAA və "StudyinLatvia" saytlarında dərc olunacaq. Müraciətlər birbaşa yay məktəblərinin təşkilatçılarına təqdim edilməlidir.
Xatırladaq ki, bu il Azərbaycan vətəndaşlarından təqaüd almaq üçün 60 müraciət daxil olub. Onlardan 13-nə ali məktəblərdə təhsil üçün təqaüd verilib. Azərbaycanın 2 vətəndaşı isə yay məktəblərinin iştirakçısı olub.