https://sputnik.az/20221216/azerbaycanda-pensiyalar-ne-qeder-artacaq-449630645.html
Azərbaycanda pensiyalar nə qədər artacaq?
Azərbaycanda pensiyalar nə qədər artacaq?
Sputnik Azərbaycan
İlin sonuna yaxınlaşdıqca gələn il pensiyaların nə qədər artacağı məsələsi gündəmə gəlir. Bütün pensiyalar indeksləşdirilərək artırılacaq. Məsələnin... 16.12.2022, Sputnik Azərbaycan
2022-12-16T09:31+0400
2022-12-16T09:31+0400
2022-12-16T09:31+0400
pensiya
iqtisadiyyat
əmək və əhalinin sosial müdafiə nazirliyi
deputat
kapital
inflyasiya
https://cdnn1.img.sputnik.az/img/42279/64/422796472_0:160:3073:1888_1920x0_80_0_0_89f2153946c35b0c7ebba365c4fca585.jpg
BAKI, 16 dekabr — Sputnik. Gələn ilin əvvəlində Azərbaycanda pensiyaların indeksasiya edilməsi, yəni artırılması gözlənilir. İllik rəsmi rəqəmlər elan olunduqdan sonra əmək pensiyaları indeksasiya ediləcək, artırılacaq. Qanunvericiliyə əsasən həm əmək pensiyaları həm də pensiya kapitalı indeksasiya olunur. Bəs gələn il pensiyalar nə qədər artacaq? Məsələ ilə bağlı iqtisadçı-ekspert Xalid Kərimli Sputnik Azərbaycan-a deyib ki, əmək pensiyasının sığorta hissəsi ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun olaraq indeksləşdirilir: "Bu ilin 10 ayında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 14,5 faiz artıb. Həm orta aylıq əməkhaqqı, həm də inflyasiya göstəricisi ilə bağlı rəsmi rəqəmlər hər il yanvar ayının ikinci yarısında elan olunur və həmin rəqəmlərə uyğun olaraq da indeksasiya ilə bağlı qərar verilir. Rəsmi rəqəmlər Dövlət Statistika Komitəsi tərəfindən elan ediləcək. Məsələn, əgər 2022-ci ildə orta aylıq nominal əməkhaqqı 14,5 faiz artıbsa, məsələn, 400 manat pensiya və il ərzində 200 manat maddi yardım alan pensiyaçının pensiya məbləği yeni ildən 416,7 manat qəbul edilərək, üzərinə indeksasiya faizi qədər artım hesablanacaq. Başqa sözlə, həmin vətəndaşın pensiyasında 60,42 manat artım olacaq". Pensiya kapitalı inflyasiya göstəricisinə indeksasiya olunur İqtisadçı bildirib ki, pensiya kapitalı isə ildə bir dəfə istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun olaraq indeksləşdirilir: "Azərbaycanda 11 aylıq inflyasiya 13,8 faiz olub. İlin sonunadək bu rəqəm ya bir qədər az olacaq, ya da bir qədər çox olacaq. Əgər inflyasiya 14 faiz olacaqsa, pensiya kapitalı bu faizə uyğun artacaq". Pensiyalarda artım gələn aydan reallaşacaq Deputat Vüqar Bayramov da bildirib ki, pensiyalarda artım gələn aydan reallaşacaq: "Vahid indeksasiya sisteminə keçid bütün əmək pensiyası alan vətəndaşlarımızın pensiya məbləğlərinin hər il yanvar ayında əvvəlki il üzrə orta aylıq əməkhaqqındakı artım faizinə uyğun artırılmasını nəzərdə tutur. Bu ilin ilk 9 ayında orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 14,4 faiz artıb. Bu o deməkdir ki, mövcud tendensiya saxlanacağı halda gələn ilin yanvar ayında pensiyalar 14-15 faizə indeksasiya olunacaq. Təbii ki, daha dəqiq rəqəm 2023-cü ilin yanvar ayında elan olunacaq. Məsələn, əgər 2022-ci ildə orta aylıq əməkhaqqı 15 faiz artarsa, o zaman 500 manat pensiya alan vətəndaşın pensiyasında 75 manat artım olacaq". Deputat diqqətə çatdırıb ki, digər tərəfdən, 2022-ci ildə əmək pensiyaçılarına ödənilən maddi yardımın da (200 manat və ya qulluq əlavəsi alan şəxslərə ödənilən pensiya məbləğinin 10 faizi miqdarında) 2023-cü il yanvarın 1-dən etibarən pensiyaların tərkibinə daxil edilərək indeksasiya olunması nəzərdə tutulur: "Bu da pensiya məbləğlərindəki artıma müsbət təsir göstərəcək. Xüsusi şərtlərlə pensiya alan şəxslərin aylıq pensiyalarına ödənilən 10 faiz, həmçinin digər pensiyaçılara il ərzində ödənilən 200 manat maddi yardım onların pensiyalarına daxil edildikdən sonra yekun məbləğ orta aylıq əməkhaqqının illik artım tempinə uyğun indeksləşdiriləcək. Məsələn, 300 manat pensiya və il ərzində 200 manat maddi yardım alan vətəndaşların pensiya məbləği yeni ildən 316,7 manat qəbul edilərək üzərinə indeksasiya faizi qədər artım hesablanacaq". "2023-cü ildə dövlət büdcəsindən 15,2 milyard manat sosial sferaya yönəldiləcək. Bu, ümumi büdcə xərclərinin 45,6 faizi deməkdir", - deyə millət vəkili əlavə edib. Gələn il orta aylıq pensiyaların bu ilkindən 14 faiz çox olacaq Qeyd edək ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatına görə, 2022-ci ilin yanvar-oktyabr aylarında pensiyaların orta aylıq məbləği ötən ilin müvafiq dövrünə nisbətən 12 faiz artaraq 371 manata çatıb. O cümlədən, yaşa görə pensiyaların orta aylıq məbləği 11 faiz artaraq 399 manat təşkil edib. 2022-ci ilin 10 ayında pensiyaların ödənişinə yönəldilən vəsaitin həcmi 7 faiz və ya 270 mln. manat artaraq 4 mlrd. 114 mln. manat olub. Gələn il üzrə pensiyaların ödənişi üçün ayrılan vəsaitin bu ilkinə nisbətən 650 milyon manat və ya 12 faiz çox olacağı gözlənilir. Gələn il pensiyaların orta aylıq məbləğinin bu ilkindən 14 faiz çox olmaqla 423 manat, yaşa görə pensiyaların orta aylıq məbləğinin isə bu ilkindən 14,5 faiz çox olmaqla 456 manat olacağı proqnozlaşdırılır. Maddi yardımlar gələn ilin əvvəlindən pensiyaların tərkibinə daxil ediləcək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatına görə, pensiya islahatlarında yeni mərhələ kimi, bu ilin əvvəlindən minimum aylıq pensiya artırılıb, həmçinin pensiyalarda indeksləşdirmə əsasında artımlar edilib. Əlavə dəstək olaraq bütün pensiyaçılara maddi yardımlar verilməsinə başlanıb. Həmin artımlar üçün illik 440 mln. manat əlavə vəsait ayrılıb. Pensiyaların artırılması istiqamətində növbəti addımlar kimi, qeyd olunan maddi yardımlar gələn ilin əvvəlindən pensiyaların tərkibinə daxil ediləcək və bundan sonra bütün pensiyalar indeksləşdirilərək artırılacaq. Bu ilin 11 ayı ərzində 22 min, elektron pensiya təyinatına başlandığı 2019-cu ilin əvvəlindən isə 70 min pensiya təyinatı e-sistem üzərindən proaktiv qaydada həyata keçirilib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42279/64/422796472_170:0:2901:2048_1920x0_80_0_0_0c61766cfb511f85ae4b923c05381c3f.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
pensiya, əmək və əhalinin sosial müdafiə nazirliyi, deputat, kapital, inflyasiya
pensiya, əmək və əhalinin sosial müdafiə nazirliyi, deputat, kapital, inflyasiya
Azərbaycanda pensiyalar nə qədər artacaq?
İlin sonuna yaxınlaşdıqca gələn il pensiyaların nə qədər artacağı məsələsi gündəmə gəlir. Bütün pensiyalar indeksləşdirilərək artırılacaq. Məsələnin detallarını iqtisadçılar Sputnik Azərbaycana-a danışıblar.
BAKI, 16 dekabr — Sputnik. Gələn ilin əvvəlində Azərbaycanda pensiyaların indeksasiya edilməsi, yəni artırılması gözlənilir. İllik rəsmi rəqəmlər elan olunduqdan sonra əmək pensiyaları indeksasiya ediləcək, artırılacaq. Qanunvericiliyə əsasən həm əmək pensiyaları həm də pensiya kapitalı indeksasiya olunur.
Bəs gələn il pensiyalar nə qədər artacaq?
Məsələ ilə bağlı iqtisadçı-ekspert Xalid Kərimli Sputnik Azərbaycan-a deyib ki, əmək pensiyasının sığorta hissəsi ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun olaraq indeksləşdirilir: "Bu ilin 10 ayında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 14,5 faiz artıb. Həm orta aylıq əməkhaqqı, həm də inflyasiya göstəricisi ilə bağlı rəsmi rəqəmlər hər il yanvar ayının ikinci yarısında elan olunur və həmin rəqəmlərə uyğun olaraq da indeksasiya ilə bağlı qərar verilir. Rəsmi rəqəmlər Dövlət Statistika Komitəsi tərəfindən elan ediləcək. Məsələn, əgər 2022-ci ildə orta aylıq nominal əməkhaqqı 14,5 faiz artıbsa, məsələn, 400 manat pensiya və il ərzində 200 manat maddi yardım alan pensiyaçının pensiya məbləği yeni ildən 416,7 manat qəbul edilərək, üzərinə indeksasiya faizi qədər artım hesablanacaq. Başqa sözlə, həmin vətəndaşın pensiyasında 60,42 manat artım olacaq".
Pensiya kapitalı inflyasiya göstəricisinə indeksasiya olunur
İqtisadçı bildirib ki, pensiya kapitalı isə ildə bir dəfə istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun olaraq indeksləşdirilir: "Azərbaycanda 11 aylıq inflyasiya 13,8 faiz olub. İlin sonunadək bu rəqəm ya bir qədər az olacaq, ya da bir qədər çox olacaq. Əgər inflyasiya 14 faiz olacaqsa, pensiya kapitalı bu faizə uyğun artacaq".
Pensiyalarda artım gələn aydan reallaşacaq
Deputat Vüqar Bayramov da bildirib ki, pensiyalarda artım gələn aydan reallaşacaq: "Vahid indeksasiya sisteminə keçid bütün əmək pensiyası alan vətəndaşlarımızın pensiya məbləğlərinin hər il yanvar ayında əvvəlki il üzrə orta aylıq əməkhaqqındakı artım faizinə uyğun artırılmasını nəzərdə tutur. Bu ilin ilk 9 ayında orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 14,4 faiz artıb. Bu o deməkdir ki, mövcud tendensiya saxlanacağı halda gələn ilin yanvar ayında pensiyalar 14-15 faizə indeksasiya olunacaq. Təbii ki, daha dəqiq rəqəm 2023-cü ilin yanvar ayında elan olunacaq. Məsələn, əgər 2022-ci ildə orta aylıq əməkhaqqı 15 faiz artarsa, o zaman 500 manat pensiya alan vətəndaşın pensiyasında 75 manat artım olacaq".
Deputat diqqətə çatdırıb ki, digər tərəfdən, 2022-ci ildə əmək pensiyaçılarına ödənilən maddi yardımın da (200 manat və ya qulluq əlavəsi alan şəxslərə ödənilən pensiya məbləğinin 10 faizi miqdarında) 2023-cü il yanvarın 1-dən etibarən pensiyaların tərkibinə daxil edilərək indeksasiya olunması nəzərdə tutulur: "Bu da pensiya məbləğlərindəki artıma müsbət təsir göstərəcək. Xüsusi şərtlərlə pensiya alan şəxslərin aylıq pensiyalarına ödənilən 10 faiz, həmçinin digər pensiyaçılara il ərzində ödənilən 200 manat maddi yardım onların pensiyalarına daxil edildikdən sonra yekun məbləğ orta aylıq əməkhaqqının illik artım tempinə uyğun indeksləşdiriləcək. Məsələn, 300 manat pensiya və il ərzində 200 manat maddi yardım alan vətəndaşların pensiya məbləği yeni ildən 316,7 manat qəbul edilərək üzərinə indeksasiya faizi qədər artım hesablanacaq".
"2023-cü ildə dövlət büdcəsindən 15,2 milyard manat sosial sferaya yönəldiləcək. Bu, ümumi büdcə xərclərinin 45,6 faizi deməkdir", - deyə millət vəkili əlavə edib.
Gələn il orta aylıq pensiyaların bu ilkindən 14 faiz çox olacaq
Qeyd edək ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatına görə, 2022-ci ilin yanvar-oktyabr aylarında pensiyaların orta aylıq məbləği ötən ilin müvafiq dövrünə nisbətən 12 faiz artaraq 371 manata çatıb. O cümlədən, yaşa görə pensiyaların orta aylıq məbləği 11 faiz artaraq 399 manat təşkil edib. 2022-ci ilin 10 ayında pensiyaların ödənişinə yönəldilən vəsaitin həcmi 7 faiz və ya 270 mln. manat artaraq 4 mlrd. 114 mln. manat olub. Gələn il üzrə pensiyaların ödənişi üçün ayrılan vəsaitin bu ilkinə nisbətən 650 milyon manat və ya 12 faiz çox olacağı gözlənilir. Gələn il pensiyaların orta aylıq məbləğinin bu ilkindən 14 faiz çox olmaqla 423 manat, yaşa görə pensiyaların orta aylıq məbləğinin isə bu ilkindən 14,5 faiz çox olmaqla 456 manat olacağı proqnozlaşdırılır.
Maddi yardımlar gələn ilin əvvəlindən pensiyaların tərkibinə daxil ediləcək
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatına görə, pensiya islahatlarında yeni mərhələ kimi, bu ilin əvvəlindən minimum aylıq pensiya artırılıb, həmçinin pensiyalarda indeksləşdirmə əsasında artımlar edilib. Əlavə dəstək olaraq bütün pensiyaçılara maddi yardımlar verilməsinə başlanıb. Həmin artımlar üçün illik 440 mln. manat əlavə vəsait ayrılıb. Pensiyaların artırılması istiqamətində növbəti addımlar kimi, qeyd olunan maddi yardımlar gələn ilin əvvəlindən pensiyaların tərkibinə daxil ediləcək və bundan sonra bütün pensiyalar indeksləşdirilərək artırılacaq. Bu ilin 11 ayı ərzində 22 min, elektron pensiya təyinatına başlandığı 2019-cu ilin əvvəlindən isə 70 min pensiya təyinatı e-sistem üzərindən proaktiv qaydada həyata keçirilib.