Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini artırıb

© Sputnik / Murad OrujovMərkəzi Bank, arxiv şəkli
Mərkəzi Bank, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 16.12.2022
Abunə olmaq
İllik inflyasiya göstəricilərinin və proqnozlarının azalması halında ilk olaraq pul siyasətinin sərtləşdirilməsi üzrə pauza və sonra onun azaldılması imkanları nəzərdən keçiriləcək.
BAKI, 16 dekabr - Sputnik. Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin qərarı ilə uçot dərəcəsi 0.25% bəndi artırılaraq 8.25%-ə, faiz dəhlizinin aşağı həddi 1.25 faiz bəndi artırılaraq 6.25%-ə qaldırılıb, faiz dəhlizinin yuxarı həddi 9.25% səviyyəsində dəyişməz saxlanılıb.
Faiz dəhlizinin eninin daraldılması qərarı 2022-ci ilin avqust ayında Mərkəzi Bankın İdarə Heyəti tərəfindən pul siyasətinin yeni əməliyyat çərçivəsinin tətbiqi ilə bağlı qabaqlayıcı açıqlamalara uyğun verilib.
Bu qərar eyni zamanda faktiki göstəricilər və yenilənmiş makroiqtisadi proqnozlara əsaslanır.
Dünya ərzaq qiymətlərindəki azalma dinamikası, ticarət tərəfdaşlarında inflyasiyanın nisbətən səngiməsi ölkədə inflyasiya səviyyəsinə zaman intervalı ilə təsir edir. Son 2 ayda faktiki illik inflyasiya sabitləşsə də, hələ də ikirəqəmli olaraq qalır. Növbəti il üzrə inflyasiya mühiti ilə bağlı qeyri-müəyyənliklər yüksəkdir.
Cari ilin sonuna pul bazasının ikirəqəmli səviyyədə artımı proqnozlaşdırılır. Bu şəraitdə məcmu tələbin izafi genişlənməsini məhdudlaşdırmaq üçün pul siyasətinin sərtləşdirilməsi məqsədəuyğun sayılıb. Maliyyə sektorunda likvidliyin idarə olunması və faiz dəhlizinin parametrlərinin qısamüddətli pul bazarında faiz dərəcələrinə təsirlərinin gücləndirilməsi məqsədilə faiz dəhlizinin eninin daraldılması istiqamətində qərar qəbul olunub. Faiz dəhlizi parametrlərinin dəyişdirilməsi eyni zamanda milli valyutada yığımların cəlbediciliyini qorumağa xidmət edir.
Pul siyasətinin sərtləşdirilməsi tempi, səviyyəsi və bu səviyyədə qalma müddəti qarşıdakı dövrdə illik inflyasiya göstəricilərindəki dinamikadan və yenilənmiş proqnozlardan asılı olacaq. İllik inflyasiya göstəricilərinin və proqnozlarının azalması halında ilk olaraq pul siyasətinin sərtləşdirilməsi üzrə pauza və sonra onun azaldılması imkanları nəzərdən keçiriləcək.
Pul siyasәti qәrarlarının 2023-cü il üzrə ictimaiyyətə açıqlanması qrafiki ilin sonunda yayımlanacaq.
Xəbər lenti
0