CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycan məhsulları "Trendyol" üzərindən satışa çıxarıla bilər

© pixabay / rupixenOnlayn alış-veriş, arxiv şəkli
Onlayn alış-veriş, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 16.12.2022
Abunə olmaq
Bu platformanın İcra Komitəsinin üzvü Ozan Acar bu gün Bakıda keçirilən "Azərbaycanın 1-ci E-ticarət günü" elektron ticarət konfransında bildirib ki, Türkiyənin məşhur elektron ticarət platforması Azərbaycan şirkətlərinin məhsullarının satışa çıxarılmasında maraqlıdır .
BAKI, 16 dekabr — Sputnik. Türkiyənin məşhur elektron ticarət platforması Azərbaycan şirkətlərinin məhsullarının "Trendyol" üzərindən satışa çıxarılmasında maraqlıdır. Bunu "Trendyol"un İcra Komitəsinin üzvü Ozan Acar bu gün Bakıda keçirilən "Azərbaycanın 1-ci E-ticarət günü" elektron ticarət konfransında bildirib.
O, Azərbaycan şirkətlərini öz məhsullarını platforma üzərindən satmağa dəvət edib:
"Əslində bu gün bizə Türkiyə və Azərbaycanın "Trendyol"u demək daha doğru olardı. O, Azərbaycan əhalisi üçün ən çox üstünlük verilən onlayn alış-veriş platformasıdır. Biz Azərbaycandan olan satıcıları da platforma üzərindən Türkiyədəki müştərilərə öz məhsullarını satmaq yönündə birlikdə çalışmağa dəvət edirik. Gördüyüm qədərilə son illər Azərbaycanda, xüsusilə əl işləri sektorunda kifayət qədər keyfiyyətli məhsullar var. Eyni zamanda tekstil, hazır məhsul istiqamətində ciddi inkişaf var. Lakin nəzərə almaq lazımdır ki, biz xarici şirkətləri birbaşa olaraq öz paltformamıza qəbul edə bilmirik. Buna görə, onlar Türkiyədə şirkət yaratmalıdırlar".
Qeyd edək ki, bu gün "Trendyol", "Segmentify", "A101 Kapıda" şirkətləri kimi Türkiyənin elektron ticarət nəhəngləri Azərbaycanın ən böyük elektron ticarət konfransında bir araya gəlib.
Xəbər lenti
0