https://sputnik.az/20221216/-baki-quba-yolunda-dehsetli-qezani-toreden-tir-surucusu-saxlanildi-449706868.html
Bakı-Quba yolunda dəhşətli qəzanı törədən "TIR" sürücüsü saxlanıldı
Bakı-Quba yolunda dəhşətli qəzanı törədən "TIR" sürücüsü saxlanıldı
Sputnik Azərbaycan
Faktla bağlı Cinayət Məcəlləsinin 263.3-cü (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, iki və daha artıq şəxsin ölümünə səbəb... 16.12.2022, Sputnik Azərbaycan
2022-12-16T19:36+0400
2022-12-16T19:36+0400
2022-12-17T11:51+0400
yol
cəmiyyət
yük avtomobili
sürücü
https://cdnn1.img.sputnik.az/img/42395/16/423951662_0:0:3105:1748_1920x0_80_0_0_1e1ac7b6ca4c5f81fa09587eec6dedfe.jpg
BAKI, 16 dekabr — Sputnik. Bakı-Quba yolunda qəza törədən "TIR" sürücüsü, 1992-ci il təvəllüdlü Atayev Elçin Arif oğlu saxlanılıb. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev məlumat verib. O bildirib ki, hadisəni törətməkdə şübhəli bilinən E.Atayev saxlanılaraq istintaqa cəlb edilib. Faktla bağlı Cinayət Məcəlləsinin 263.3-cü (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, iki və daha artıq şəxsin ölümünə səbəb olduqda) maddəsilə cinayət işi başlanıb. E.Atayev saxlanılaraq cinayət məsuliyyətinə cəlb olunub. Faktla bağlı istintaq hərəkətləri davam etdirilir. Xatırladaq ki, hadisə dekabrın 15-i səhər saat 10 radələrində Bakı-Quba- Dağıstan sərhədi avtomobil yolunun 98-ci kilometrliyində, Siyəzən rayonu ərazisində qeydə alınıb. Belə ki, Yardımlı rayon sakini, 1977-ci il təvəllüdlü Qubadbəyli Nəsimi Əlimuxtar oğlunun idarə etdiyi "Mercedes-Benz Viano" markalı, 10-VE-933 dövlət qeydiyyat nişanlı avtomobillə əks istiqamətdə hərəkətdə olan Quba rayon sakini, 1992-ci il təvəllüdlü Atayev Elçin Arif oğlunun idarə etdiyi "DAF" markalı, 99-BG-262 dövlət qeydiyyat nişanlı yük avtomobili toqquşub. Nəticədə "Mercedes-Benz Viano"nun sürücüsü və onun 5 sərnişini hadisə yerində ölüb.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42395/16/423951662_30:0:2761:2048_1920x0_80_0_0_073578caa402557e89969a15a80e5694.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
yol, yük avtomobili, sürücü
yol, yük avtomobili, sürücü
Bakı-Quba yolunda dəhşətli qəzanı törədən "TIR" sürücüsü saxlanıldı
19:36 16.12.2022 (Yenilənib: 11:51 17.12.2022) Faktla bağlı Cinayət Məcəlləsinin 263.3-cü (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, iki və daha artıq şəxsin ölümünə səbəb olduqda) maddəsilə cinayət işi başlanıb.
BAKI, 16 dekabr — Sputnik. Bakı-Quba yolunda qəza törədən "TIR" sürücüsü, 1992-ci il təvəllüdlü Atayev Elçin Arif oğlu saxlanılıb. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev məlumat verib.
O bildirib ki, hadisəni törətməkdə şübhəli bilinən E.Atayev saxlanılaraq istintaqa cəlb edilib. Faktla bağlı Cinayət Məcəlləsinin 263.3-cü (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, iki və daha artıq şəxsin ölümünə səbəb olduqda) maddəsilə cinayət işi başlanıb. E.Atayev saxlanılaraq cinayət məsuliyyətinə cəlb olunub. Faktla bağlı istintaq hərəkətləri davam etdirilir.
Xatırladaq ki, hadisə dekabrın 15-i səhər saat 10 radələrində Bakı-Quba- Dağıstan sərhədi avtomobil yolunun 98-ci kilometrliyində, Siyəzən rayonu ərazisində qeydə alınıb.
Belə ki, Yardımlı rayon sakini, 1977-ci il təvəllüdlü Qubadbəyli Nəsimi Əlimuxtar oğlunun idarə etdiyi "Mercedes-Benz Viano" markalı, 10-VE-933 dövlət qeydiyyat nişanlı avtomobillə əks istiqamətdə hərəkətdə olan Quba rayon sakini, 1992-ci il təvəllüdlü Atayev Elçin Arif oğlunun idarə etdiyi "DAF" markalı, 99-BG-262 dövlət qeydiyyat nişanlı yük avtomobili toqquşub.
Nəticədə "Mercedes-Benz Viano"nun sürücüsü və onun 5 sərnişini hadisə yerində ölüb.