NEFT-QAZ
Neft, qaz, bütövlükdə energetika sahəsinə aid xəbərlər və məqalələr

"Şahdəniz" qazının ixracı görün nə qədər artıb?

© Photo : BP Press ServiceŞahdəniz platforması, arxiv şəkli
Şahdəniz platforması, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 15.12.2022
Abunə olmaq
Hesabat dövründə bu kəmərlə 18 897,3 mln. kubmetr qaz ötürülüb.
BAKI, 15 dekabr — Sputnik. Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda magistral qaz kəmərləri ilə 35 147,6 mln. kubmetr qaz nəql edilib ki, bu da illik müqayisədə 11,1% çoxdur.
Dövlət Statistika Komitəsindən verilən məlumata görə, qaz nəqlinin 53,8%-i Bakı-Tbilisi-Ərzurum Cənubi Qafqaz boru kəməri vasitəsilə həyata keçirilib. Bu boru kəməri vasitəsilə "Şahdəniz" qaz-kondensat yatağında hasil edilən qaz ixrac edilir.
Belə ki, hesabat dövründə bu kəmərlə 18 897,3 mln. kubmetr qaz ötürülüb (2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 18,7%-lik artım).
Xatırladaq ki, ötən il Azərbaycanda magistral qaz kəmərləri ilə 35 108,8 mln. kubmetr qaz nəql edilib ki, bu da illik müqayisədə 18,6% çoxdur.
Hesabat dövründə, bu kəmərlə 17 618 mln. kubmetr qaz ötürülüb (2020-ci illə müqayisədə 43,6%-lik artım).
Qeyd edək ki, Azərbaycan 2020-ci ilin dekabrın 31-dən Trans-Adriatik boru kəməri (TAP) vasitəsi ilə Avropaya qazın nəqlinə başlayıb. Cənub Qaz Dəhlizinin 878 kilometrlik hissəsində qaz xətti ilə "mavi yanacağ"ın kommersiya məqsədli nəqlinə 2020-ci ilin dekabrın 31-də başlanılıb. Cənub Qaz Dəhlizi layihəsinin bir hissəsi olan TAP kəməri ilə "Şahdəniz-2" layihəsi çərçivəsində hasil olunan qazın ilkin olaraq ildə 10 mlrd. kubmetrinin Avropaya nəqli nəzərdə tutulur. Bu boru kəməri Yunanıstan, Albaniya və Adriatik dənizindən keçməklə İtaliyanın cənubuna qədər uzanır. Kəmərin potensialı onun ötürücülük gücünü iki dəfə artıraraq, ildə 20 mlrd. kubmetrə çatdırmağa imkan verir (APA).
BTC ilə neftin nəqli 12%-dən çox artıb
Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda magistral neft kəmərləri ilə 34 418,9 min ton neft nəql edilib ki, bu da 2021-ci ilin müvafiq göstəricisi ilə müqayisədə 7,4% çoxdur.
Dövlət Statistika Komitəsindən verilən məlumata görə, nəqletmənin 78,8%-i Bakı-Tbilisi-Ceyhan (BTC) neft ixrac kəməri ilə həyata keçirilib, hesabat dövründə kəmər vasitəsilə 27 121 min ton neft ötürülüb (2021-ci ilin müvafiq göstəricisi ilə müqayisədə 12,5% çox).
Məlumata görə, hesabat dövrü ərzində BTC kəməri ilə 4 668,9 min ton tranzit nefti də (illik müqayisədə 45,36% çoxdur) nəql edilib.
Xatırladaq ki, ötən il Azərbaycanda magistral neft kəmərləri ilə 35 018 min ton neft nəql edilib ki, bu da 2020-ci ilin göstəricisi ilə müqayisədə 0,86% çoxdur. Nəqletmənin 75,5%-i Bakı-Tbilisi-Ceyhan (BTC) neft ixrac kəməri ilə həyata keçirilib, ötən il kəmər vasitəsilə 26 421,5 min ton neft ötürülüb (2020-ci ilin göstəricisi ilə müqayisədə 3,85% az). Hesabat dövrü ərzində BTC kəməri ilə 3 598,4 min ton tranzit nefti də (7,4% az) nəql edilib.
Qeyd edək ki, BTC-nin neftlə doldurulmasına 2005-ci il mayın 6-da başlanılıb, bu kəmərlə nəql edilmiş ixrac xam nefti yüklənmiş ilk tanker 2006-cı il iyunun 4-də yola salınıb.
Azərbaycan bu il əmtəəlik qazın istehsalını 8% artırıb
Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda mədənçıxarma sənayesində istehsalın ümumi dəyəri 60,9 mlrd. manat olmaqla, əvvəlki ilin yanvar-noyabr aylarına nisbətən 2% azalıb.
Sahənin əsas məhsulu olan əmtəəlik xam neft hasilatı 29 827,9 min ton, əmtəəlik təbii qaz hasilatı isə 31 790,9 mln. kubmetr təşkil edib.
"Əmtəəlik neft hasilatı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 5,5% azalıb, əmtəəlik qaz hasilatı isə 8% artıb", - deyə DSK-nın məlumatında qeyd olunur.
Qeyd olunub ki, ümumiyyətlə hesabat dövründə 29 911,9 min ton neft və 42 498 mln. kubmetr qaz hasil edilib, bu da müvafiq olaraq 5,4% azalma və 7,1% artım deməkdir.
Xəbər lenti
0