https://sputnik.az/20221215/patriot-kompleksleri-usq-ye-komek-edecekmi-449677874.html
"Patriot" kompleksləri USQ-yə kömək edəcəkmi?
"Patriot" kompleksləri USQ-yə kömək edəcəkmi?
Sputnik Azərbaycan
Texnoloji cəhətdən mükəmməl olmayan orta mənzilli "Patriot" zenit raket kompleksləri gərginliyin yeni mərhələsi, ABŞ-ın Rusiya ilə birbaşa hərbi münaqişəyə... 15.12.2022, Sputnik Azərbaycan
2022-12-15T23:31+0400
2022-12-15T23:31+0400
2022-12-16T10:05+0400
patriot
təhlil
ukrayna
silahlı qüvvələr
https://cdnn1.img.sputnik.az/img/07e6/0c/0f/449661643_0:68:3078:1799_1920x0_80_0_0_dc08bd8467f3ebf0c33eda0c011c2371.jpg
Ağ Ev administrasiyası bu həftə Pentaqonun ehtiyatlarından olan orta mənzilli "Patriot" ZRK-lərinin (80 km-ə qədər) bir batareyasının Kiyevə təhvil verilməsi üçün lazımi rəsmiləşdirmələri tamamlayır. Standart "Patriot" batareyasına səkkiz buraxılış qurğusu (hər biri dörd raket), radar, idarəetmə stansiyası və elektrik enerjisi avadanlığı daxildir. Şərti batareyanın yaylım atəşində 32 zenit raketi var. Ukrayna ekipajları Almaniyanın Qrafenver şəhəri yaxınlığındakı ABŞ-ın hərbi bazasında "Patriot"ları idarə etmək üçün təlim keçəcək və bunun üçün bir neçə ay lazım olacaq. Qərbdə "Patriot" zenit raket kompleksləri hərbi obyektləri (bazaları) və inzibati mərkəzləri ballistik və qanadlı raketlərin, bəzi təyyarələrin və dronların hücumlarından qorunmasının ən effektiv vasitələrdən biri hesab olunur. Kiyev aylardır bu komplekslər üçün Vaşinqtona yalvarır, lakin gözləntilər açıq-aşkar çox yüksəkdir. Amerika hərbi-sənaye kompleksinin əfsanə və mifləri çox vaxt real müdafiə qabiliyyətinə deyil, satışın artırılmasına xidmət edir. Qeyd edək ki, Ağ Ev "Norveç xarakterli" texnoloji cəhətdən daha təkmil NASAMS zenit raket kompleksləri (25 km-ə qədər uçuş məsafəsi) ilə "mühafizə olunur". "Patriot" mobil zenit raket kompleksi hələ 1982-ci ildə ABŞ ordusu tərəfindən qəbul edilib və 40 illik xidmət müddətində bir dəfədən çox modernləşdirilib. Balistik hədəflərin elan edilmiş məğlubiyyət məsafəsi və hündürlüyü müvafiq olaraq 20 km və 7 km, aerodinamik obyektlər isə 80 km və 24 km təşkil edir. Kompleksin hazırlıq vəziyyətinə gətirilməsi müddəti 30 dəqiqədir, hədəfi aşkar etmək 10 saniyəyə qədər vaxt aparır. "AWACS" təyyarəsinin və ya kəşfiyyat peykinin dəstəyi ilə ZRK radar sistemi məhdud sektorda 100-ə yaxın hava hədəfini aşkar etmək (170 km-ə qədər məsafədə) və izləmək, eyni zamanda, onlara səkkizədək raket yönəldə bilir. Buraxılış arasındakı interval 3 saniyədir. Həddindən artıq bahalı zenit sursatlarından istifadə olunur. ABŞ Dövlət Departamenti avqust ayında Səudiyyə Ərəbistanına 300 "Patriot" raketininin və 3,05 milyard dollar dəyərində müvafiq avadanlıq tədarükünü təsdiqləyib. Yəni hər raket buraxılışı səudiyyəlilərə təxminən 10,2 milyon dollara başa gəlir. Ola bilsin ki, Ukraynaya endirim ediləcək. Düşmən təyyarələrinə ziyan dəyməyib. Paradoksal olaraq, "Patriot" zenit raket kompleksinin 88 buraxılış qurğusu (352 zenit raketi) Səudiyyə Ərəbistanının hava məkanını və "Saudi Aramco" neft şirkətinin obyektlərini nə 2018-ci ilin martında, nə də 2019-cu ilin sentyabrında Yəmən husi üsyançılarının qanadlı raketlərdən və dronlarından qoruya bilməyib. Yüzlərlə raketlə yüklənən ABŞ-ın ən müasir modifikasiyalı PAC-2 və PAC-3 ZRK-ləri heç bir hava hədəfini vurmadı. Və bununla bütün dünyanı şoka saldı. Ancaq bu, ilk dəfə deyil. "Patriot" zenit-raket komplekslərinin 1991-ci ildə İraqda döyüş sınağı yüngül desək "alınmadı". İraq qoşunları zərbələr üçün 90-dan çox "Skad" R-11 əməliyyat-taktiki raketindən istifadə edib. Amerikalılar bunlardan 158 "Patriot" zenit raketi hesabına yalnız 45-ni vura biliblər. Ancaq şərait atış tirində olduğu kimi idi - İraqın buraxılışları ABŞ peykləri və "AWACS" təyyarələri, həmçinin NATO-nun Türkiyədəki üfüqdən yuxarı radarları tərəfindən izlənilirdi. Müxtəlif ölkələrdə onilliklər ərzində fəaliyyət göstərən kompleks döyüş şəraitində hədəfin 0,4 atışla vurma ehtimalını göstərib. Yəni 10 raketdən dördü vurulub. Müqayisə üçün qeyd edək ki, Buk-M3 ZRK-nin Rusiya analoqu (70 km-ə qədər uçuş məsafəsi ilə) hədəfinin vurma ehtimalı 0,99-dur. Xaricə satışda müvəffəqiyyətli olan "Patriot"lar 40 illik istismar dövründə heç bir düşmən təyyarəsini vurmayıb. Düzdür, 2003-cü ildə İraqda təkmilləşdirilmiş "Patriot" ZRK-ləri üç dost təyyarəni vurmağı bacarıb. Amerika kompleksinin istismarı çətindir. Bunun üçün ixtisaslaşdırılmış mütəxəssislərdən ibarət izdihamlı ekipajlar tələb olunur və Kiyevin onları hazırlamaq üçün praktiki olaraq vaxtı yoxdur. Ukraynanın "Buk" zenit raket kompleksləri, S-300 və onlar üçün raketlərin ehtiyatları demək olar ki, sıfıra bərabərdir. Ukrayna Silahlı Qüvvələri də artilleriya silah-sursat çatışmazlığını yaşayır, yerdə və göydə "cavab zərbələri" Kiyev rejiminin ayrıca mifologiyasına çevrilir. Ukrayna qoşunlarının Donbasdakı mövqeləri sadəcə olaraq artilleriya atəşi ilə yer üzündən silinir, USQ-nin dərin arxa cəbhədəki mühüm obyektləri Rusiya Silahlı Qüvvələrinin yüksək dəqiqlikli raket zərbələri ilə məhv edilir. Ukrayna əməliyyat teatrında NATO-nun təsirli hava hücumundan müdafiə sistemlərinin yaranması qeyri-elmi fantastika sahəsidir. ABŞ-ın "Patriot" zenit raket komplekslərinin batareyası Rusiyanın XHƏ zonasında hərbi əməliyyatların gedişinə təsir göstərməyəcək. Bu yaxınlarda Kiyevə verilən "IRIS-T" və "NASAMS" zenit raket kompleksləri kimi. NATO ölkələrinin heç birində etibarlı hava hücumundan və raket əleyhinə müdafiə sistemi yoxdur. Hətta ABŞ-ın Pentaqondakı "qlobal" raket əleyhinə müdafiə sistemi də Rusiyanın müasir "X-101" qanadlı raketlərinə qarşı çox bahalı və səmərəsiz kimi hesab olunub. Ukrayna yalnız Qərbin qeyri-insani təcrübələri üçün bir sahə olaraq qalır. Vaşinqtonun birbaşa və ya proksi iştirakı ilə gərginlik spiralına aşağıdakılar daxildir: M-777 haubitsalarının, "HIMARS" sistemlərinin, "Patriot" zenit raket komplekslərinin və onlayn peyk görüntülərinin Ukrayna Silahlı Qüvvələrinə təhvil verilməsi, həmçinin "Şimal axını"nın partladılmasında və Krım körpüsündə baş verən terror aktında iştirak etmək. "The Washington Post" nəşri Ağ Evi Ukrayna Silahlı Qüvvələrinə Moskvanı, əlbəttə ki, Amerika silahları ilə bombalamasına icazə verməyə çağırır (F-16 variant kimi nəzərdən keçirilir). Güman etmək olar ki, Amerika gərginliyin müəyyən mərhələsində Rusiyanın cavabı proporsional və ya asimmetrik olacaq. ABŞ proksi müharibəsinin "evində" gizlənə bilməyəcək.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Aleksandr Xrolenko
https://cdnn1.img.sputnik.az/img/41251/68/412516881_698:0:2365:1667_100x100_80_0_0_d42f2e228c9e221ad329811bf71fb976.jpg
Aleksandr Xrolenko
https://cdnn1.img.sputnik.az/img/41251/68/412516881_698:0:2365:1667_100x100_80_0_0_d42f2e228c9e221ad329811bf71fb976.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/0c/0f/449661643_202:0:2933:2048_1920x0_80_0_0_e88c011030787f254a795bdaae6eca32.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Aleksandr Xrolenko
https://cdnn1.img.sputnik.az/img/41251/68/412516881_698:0:2365:1667_100x100_80_0_0_d42f2e228c9e221ad329811bf71fb976.jpg
patriot, ukrayna, silahlı qüvvələr
patriot, ukrayna, silahlı qüvvələr
"Patriot" kompleksləri USQ-yə kömək edəcəkmi?
23:31 15.12.2022 (Yenilənib: 10:05 16.12.2022) Texnoloji cəhətdən mükəmməl olmayan orta mənzilli "Patriot" zenit raket kompleksləri gərginliyin yeni mərhələsi, ABŞ-ın Rusiya ilə birbaşa hərbi münaqişəyə doğru hərəkətidir.
Ağ Ev administrasiyası bu həftə Pentaqonun ehtiyatlarından olan orta mənzilli "Patriot" ZRK-lərinin (80 km-ə qədər) bir batareyasının Kiyevə təhvil verilməsi üçün lazımi rəsmiləşdirmələri tamamlayır.
Standart "Patriot" batareyasına səkkiz buraxılış qurğusu (hər biri dörd raket), radar, idarəetmə stansiyası və elektrik enerjisi avadanlığı daxildir. Şərti batareyanın yaylım atəşində 32 zenit raketi var.
Ukrayna ekipajları Almaniyanın Qrafenver şəhəri yaxınlığındakı ABŞ-ın hərbi bazasında "Patriot"ları idarə etmək üçün təlim keçəcək və bunun üçün bir neçə ay lazım olacaq.
Qərbdə "Patriot" zenit raket kompleksləri hərbi obyektləri (bazaları) və inzibati mərkəzləri ballistik və qanadlı raketlərin, bəzi təyyarələrin və dronların hücumlarından qorunmasının ən effektiv vasitələrdən biri hesab olunur.
Kiyev aylardır bu komplekslər üçün Vaşinqtona yalvarır, lakin gözləntilər açıq-aşkar çox yüksəkdir. Amerika hərbi-sənaye kompleksinin əfsanə və mifləri çox vaxt real müdafiə qabiliyyətinə deyil, satışın artırılmasına xidmət edir.
Qeyd edək ki, Ağ Ev "Norveç xarakterli" texnoloji cəhətdən daha təkmil NASAMS zenit raket kompleksləri (25 km-ə qədər uçuş məsafəsi) ilə "mühafizə olunur".
"Patriot" mobil zenit raket kompleksi hələ 1982-ci ildə ABŞ ordusu tərəfindən qəbul edilib və 40 illik xidmət müddətində bir dəfədən çox modernləşdirilib. Balistik hədəflərin elan edilmiş məğlubiyyət məsafəsi və hündürlüyü müvafiq olaraq 20 km və 7 km, aerodinamik obyektlər isə 80 km və 24 km təşkil edir. Kompleksin hazırlıq vəziyyətinə gətirilməsi müddəti 30 dəqiqədir, hədəfi aşkar etmək 10 saniyəyə qədər vaxt aparır.
"AWACS" təyyarəsinin və ya kəşfiyyat peykinin dəstəyi ilə ZRK radar sistemi məhdud sektorda 100-ə yaxın hava hədəfini aşkar etmək (170 km-ə qədər məsafədə) və izləmək, eyni zamanda, onlara səkkizədək raket yönəldə bilir. Buraxılış arasındakı interval 3 saniyədir. Həddindən artıq bahalı zenit sursatlarından istifadə olunur.
ABŞ Dövlət Departamenti avqust ayında Səudiyyə Ərəbistanına 300 "Patriot" raketininin və 3,05 milyard dollar dəyərində müvafiq avadanlıq tədarükünü təsdiqləyib.
Yəni hər raket buraxılışı səudiyyəlilərə təxminən 10,2 milyon dollara başa gəlir. Ola bilsin ki, Ukraynaya endirim ediləcək.
Düşmən təyyarələrinə ziyan dəyməyib.
Paradoksal olaraq, "Patriot" zenit raket kompleksinin 88 buraxılış qurğusu (352 zenit raketi) Səudiyyə Ərəbistanının hava məkanını və "Saudi Aramco" neft şirkətinin obyektlərini nə 2018-ci ilin martında, nə də 2019-cu ilin sentyabrında Yəmən husi üsyançılarının qanadlı raketlərdən və dronlarından qoruya bilməyib.
Yüzlərlə raketlə yüklənən ABŞ-ın ən müasir modifikasiyalı PAC-2 və PAC-3 ZRK-ləri heç bir hava hədəfini vurmadı. Və bununla bütün dünyanı şoka saldı. Ancaq bu, ilk dəfə deyil.
"Patriot" zenit-raket komplekslərinin 1991-ci ildə İraqda döyüş sınağı yüngül desək "alınmadı".
İraq qoşunları zərbələr üçün 90-dan çox "Skad" R-11 əməliyyat-taktiki raketindən istifadə edib. Amerikalılar bunlardan 158 "Patriot" zenit raketi hesabına yalnız 45-ni vura biliblər.
Ancaq şərait atış tirində olduğu kimi idi - İraqın buraxılışları ABŞ peykləri və "AWACS" təyyarələri, həmçinin NATO-nun Türkiyədəki üfüqdən yuxarı radarları tərəfindən izlənilirdi.
Müxtəlif ölkələrdə onilliklər ərzində fəaliyyət göstərən kompleks döyüş şəraitində hədəfin 0,4 atışla vurma ehtimalını göstərib. Yəni 10 raketdən dördü vurulub.
Müqayisə üçün qeyd edək ki, Buk-M3 ZRK-nin Rusiya analoqu (70 km-ə qədər uçuş məsafəsi ilə) hədəfinin vurma ehtimalı 0,99-dur.
Xaricə satışda müvəffəqiyyətli olan "Patriot"lar 40 illik istismar dövründə heç bir düşmən təyyarəsini vurmayıb. Düzdür, 2003-cü ildə İraqda təkmilləşdirilmiş "Patriot" ZRK-ləri üç dost təyyarəni vurmağı bacarıb.
Amerika kompleksinin istismarı çətindir. Bunun üçün ixtisaslaşdırılmış mütəxəssislərdən ibarət izdihamlı ekipajlar tələb olunur və Kiyevin onları hazırlamaq üçün praktiki olaraq vaxtı yoxdur.
Ukraynanın "Buk" zenit raket kompleksləri, S-300 və onlar üçün raketlərin ehtiyatları demək olar ki, sıfıra bərabərdir.
Ukrayna Silahlı Qüvvələri də artilleriya silah-sursat çatışmazlığını yaşayır, yerdə və göydə "cavab zərbələri" Kiyev rejiminin ayrıca mifologiyasına çevrilir. Ukrayna qoşunlarının Donbasdakı mövqeləri sadəcə olaraq artilleriya atəşi ilə yer üzündən silinir, USQ-nin dərin arxa cəbhədəki mühüm obyektləri Rusiya Silahlı Qüvvələrinin yüksək dəqiqlikli raket zərbələri ilə məhv edilir.
Ukrayna əməliyyat teatrında NATO-nun təsirli hava hücumundan müdafiə sistemlərinin yaranması qeyri-elmi fantastika sahəsidir.
ABŞ-ın "Patriot" zenit raket komplekslərinin batareyası Rusiyanın XHƏ zonasında hərbi əməliyyatların gedişinə təsir göstərməyəcək. Bu yaxınlarda Kiyevə verilən "IRIS-T" və "NASAMS" zenit raket kompleksləri kimi.
NATO ölkələrinin heç birində etibarlı hava hücumundan və raket əleyhinə müdafiə sistemi yoxdur. Hətta ABŞ-ın Pentaqondakı "qlobal" raket əleyhinə müdafiə sistemi də Rusiyanın müasir "X-101" qanadlı raketlərinə qarşı çox bahalı və səmərəsiz kimi hesab olunub.
Ukrayna yalnız Qərbin qeyri-insani təcrübələri üçün bir sahə olaraq qalır. Vaşinqtonun birbaşa və ya proksi iştirakı ilə gərginlik spiralına aşağıdakılar daxildir: M-777 haubitsalarının, "HIMARS" sistemlərinin, "Patriot" zenit raket komplekslərinin və onlayn peyk görüntülərinin Ukrayna Silahlı Qüvvələrinə təhvil verilməsi, həmçinin "Şimal axını"nın partladılmasında və Krım körpüsündə baş verən terror aktında iştirak etmək.
"The Washington Post" nəşri Ağ Evi Ukrayna Silahlı Qüvvələrinə Moskvanı, əlbəttə ki, Amerika silahları ilə bombalamasına icazə verməyə çağırır (F-16 variant kimi nəzərdən keçirilir).
Güman etmək olar ki, Amerika gərginliyin müəyyən mərhələsində Rusiyanın cavabı proporsional və ya asimmetrik olacaq. ABŞ proksi müharibəsinin "evində" gizlənə bilməyəcək.