https://sputnik.az/20221215/muellimler-mektebe-toplamaga-gelir-deputatdan-aciqlama-449658277.html
Müəllimlər məktəbə toplamağa gəlir? - Deputatdan açıqlama
Müəllimlər məktəbə toplamağa gəlir? - Deputatdan açıqlama
Sputnik Azərbaycan
Millət vəkili bildirib ki, dövlət regionlarda gözəl məktəblər tikib, amma təhsilin keyfiyyəti aşağı səviyyədədir. 15.12.2022, Sputnik Azərbaycan
2022-12-15T13:31+0400
2022-12-15T13:31+0400
2022-12-15T14:11+0400
məktəb
deputat
müəllim
cəmiyyət
https://cdnn1.img.sputnik.az/img/07e4/07/17/424510782_0:0:3071:1728_1920x0_80_0_0_f33dd3ea0b90009d3c8f7cbdde9ff9fe.jpg
BAKI, 15 dekabr — Sputnik. Bu gün Milli Məclisin Elm və təhsil komitəsində "Dövlət ümumi təhsil müəssisələrində işləyən təhsilverənlərin sertifikatlaşdırılması" mövzusunda keçirilən ictimai dinləmədə deputatlar müxtəlifd fikir və təkliflər səsləndirib. Deputat Hicran Hüseynova deyib ki, əslində təhsilverənlərin sertifikatlaşdırılması çox mühüm əhəmiyyətə malikdir. Müasir dövrdə məktəbdə inkişafetdirici və dəstəkləyici mühitin yaranması müəllimlərin qarşısında bir çox vəzifələr qoyur: "Bir çox ölkələrdə sovet dövründə təhsil alan müəllimlərin hamısı işdən kənarlaşdırıldı. Səbəb isə göstərildi ki, onlar yeni dönəmə uyğun deyil. Azərbaycanda isə bu edilmədi. Belə fikirləşirəm ki, təhsildə müəllim təkcə fənni tədris edən deyil, o həm psixoloq, həm pedaqoq olmalıdır. Sertifikasiyadan keçən şəxs auditoriyada dil tapa bilmir. Çox güclü mütəxəssisdir, amma psixoloq, pedaqoq deyil. Bunlar üçün də ayrıca yoxlanılmalıdır. İkincisi, rayonlarda bir çox məktəblərdə müəllimlər bir neçə fənni tədris edir. Bunu necə yoxlayacaqsınız? Sertifikasiyası hansı istiqamətdə aparılmalıdır? Bu müəllimlər bir neçə fənni məcburiyyətdən deyib. Çünki kənd yerlərinə müəllimlər getmək istəmirdilər, müəllim çatışmazlığı var idi". Hicran Hüseynova təcrübəli müəllimlərimizin olmasına da diqqət çəkib: "Onların gələcəyini düşünməliyik. Bu gün Eynşteynə də desən ki, get testdən keç, heç birindən keçə bilməz. Doğrudur, müəllim öz üzərində çalışmalıdır və düşünməlidir ki, auditoriyada oturan uşaq bir barmağı ilə kompüterdən bütün informasiyanı ala bilir. Buna görə də müəllim də öz üzərində işləməlidir. Amma bunun üçün müəllimlərə şərait yaradılmalıdır. Bu istər orta təhsil verən müəllimlər, istər ali məktəblər üçün keçərlidir". Deputat Musa Qasımlı isə deyib ki, təhsildə sağlamlaşdırma aparılmalıdır: "Təhsili sağlamlaşdırmağın yolu nədir? Bu, sertifikasiyadır". O bildirib ki, valideyn-məktəb əlaqəsi gücləndirilməlidir: "Əgər bu gün təhsilin sağlamlaşdırılması üçün vacid addımlar atılmasa, bir neçə ildən sonra vəziyyət heç də ürəkaçan olmayacaq. Dövlət regionlarda gözəl məktəblər tikib, amma təhsilin keyfiyyəti aşağı səviyyədədir. Öz peşəsini bilməyən şəxsi sinifə buraxmaq olmaz, uşaqları kor etmək olmaz". Deputat diqqətə çatdırıb ki, müstəqilliyin ilk illərində ölkədə çobanlar məktəblərə direktor təyin olunurdu: "Bunu edənlər də bu gün xalqdan, millətdən danışanlardır. Bu gün məktəb rəhbərlərinin çoxu yerində deyil. Adını yaza bilməyən biri məktəbi idarə edirsə, həmin təhsil müəssisəsində keyfiyyətli tədris gözləmək olmaz". MM-in Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyev isə bildirib ki, problemlər var: "Bununla razıyam. Amma Musa müəllim, bizi heç bir fəlakət gözləmir". Deputat Məlahət İbrahimqızı da çıxışında bildirib ki, bir sıra ölkələrdə müəllimlərə iş saatı tətbiq edilir: " Bu bizdə də mümkündürmü? O bildirib ki, bu gün repetitorların əksəriyyəti məktəblərdə dərsi az götürür, sanki məktəbə müştəri toplamağa gəlirlər: "Onlar əsas gücü repetitorluğa verirlər. Amma çox təcrübəlidirlər, bunu məktəbdə şagirdlərə öyrətmirlər. Amma onlar da öz üstünə düşən vəzifəni yerinə yetirməlidir. Bir sıra məktəblərdə isə siniflərdə hədsiz dərəcədə normadan artıq şagirdlər var. 20 şagird əvəzinə 60-70 şagirdi bir sinfə yığırlar. Digər tərəfdən rayonlarda, kəndlərdə isə müəllim sayı bəzi məktəblərdə şagirddən çoxdur. Digər problem isə budur ki, DİM uşaqlara çox ağır suallar salır. Məktəblərdə keçirilən fənlərlə suallar uyğun gəlmir. Bu gün xaricdə universitetə daxil olmaq asandır, amma 1-ci semestrdən sonra 60-70% tələbə o universitetlərdən qovulur". Deputat DİM-in artıq imtahan tarixlərini açıqladığını diqqətə xatırladıb: "Amma martda imtahan verən şagird niyə məktəbə getsin? İstədiyi balı bu şagird yığıbsa, məktəbə getməyə həvəsi də olmaz. Bilirəm ki, bu gün məktəblərdə əsas problemlərdən biri də davamiyyət məsələsidir". Deputat universiteti bitirənlərin sertifikasiyasının tərəfdarı olduğunu da qeyd edib: "Müəllim gününün də qarşısı alınmalıdır. Oktyabrın 5-də müəllimi ələ salırlar, müəllimi nüfuzdan salırlar".
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e4/07/17/424510782_340:0:3071:2048_1920x0_80_0_0_38ee0af087f95267474cc6552e4c2f28.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
məktəb, deputat, müəllim
Müəllimlər məktəbə toplamağa gəlir? - Deputatdan açıqlama
13:31 15.12.2022 (Yenilənib: 14:11 15.12.2022) Millət vəkili bildirib ki, dövlət regionlarda gözəl məktəblər tikib, amma təhsilin keyfiyyəti aşağı səviyyədədir.
BAKI, 15 dekabr — Sputnik. Bu gün Milli Məclisin Elm və təhsil komitəsində "Dövlət ümumi təhsil müəssisələrində işləyən təhsilverənlərin sertifikatlaşdırılması" mövzusunda keçirilən ictimai dinləmədə deputatlar müxtəlifd fikir və təkliflər səsləndirib.
Deputat Hicran Hüseynova deyib ki, əslində təhsilverənlərin sertifikatlaşdırılması çox mühüm əhəmiyyətə malikdir. Müasir dövrdə məktəbdə inkişafetdirici və dəstəkləyici mühitin yaranması müəllimlərin qarşısında bir çox vəzifələr qoyur: "Bir çox ölkələrdə sovet dövründə təhsil alan müəllimlərin hamısı işdən kənarlaşdırıldı. Səbəb isə göstərildi ki, onlar yeni dönəmə uyğun deyil. Azərbaycanda isə bu edilmədi. Belə fikirləşirəm ki, təhsildə müəllim təkcə fənni tədris edən deyil, o həm psixoloq, həm pedaqoq olmalıdır. Sertifikasiyadan keçən şəxs auditoriyada dil tapa bilmir. Çox güclü mütəxəssisdir, amma psixoloq, pedaqoq deyil. Bunlar üçün də ayrıca yoxlanılmalıdır. İkincisi, rayonlarda bir çox məktəblərdə müəllimlər bir neçə fənni tədris edir. Bunu necə yoxlayacaqsınız? Sertifikasiyası hansı istiqamətdə aparılmalıdır? Bu müəllimlər bir neçə fənni məcburiyyətdən deyib. Çünki kənd yerlərinə müəllimlər getmək istəmirdilər, müəllim çatışmazlığı var idi".
Hicran Hüseynova təcrübəli müəllimlərimizin olmasına da diqqət çəkib: "Onların gələcəyini düşünməliyik. Bu gün Eynşteynə də desən ki, get testdən keç, heç birindən keçə bilməz. Doğrudur, müəllim öz üzərində çalışmalıdır və düşünməlidir ki, auditoriyada oturan uşaq bir barmağı ilə kompüterdən bütün informasiyanı ala bilir. Buna görə də müəllim də öz üzərində işləməlidir. Amma bunun üçün müəllimlərə şərait yaradılmalıdır. Bu istər orta təhsil verən müəllimlər, istər ali məktəblər üçün keçərlidir".
Deputat Musa Qasımlı isə deyib ki, təhsildə sağlamlaşdırma aparılmalıdır: "Təhsili sağlamlaşdırmağın yolu nədir? Bu, sertifikasiyadır".
O bildirib ki, valideyn-məktəb əlaqəsi gücləndirilməlidir: "Əgər bu gün təhsilin sağlamlaşdırılması üçün vacid addımlar atılmasa, bir neçə ildən sonra vəziyyət heç də ürəkaçan olmayacaq. Dövlət regionlarda gözəl məktəblər tikib, amma təhsilin keyfiyyəti aşağı səviyyədədir. Öz peşəsini bilməyən şəxsi sinifə buraxmaq olmaz, uşaqları kor etmək olmaz".
Deputat diqqətə çatdırıb ki, müstəqilliyin ilk illərində ölkədə çobanlar məktəblərə direktor təyin olunurdu:
"Bunu edənlər də bu gün xalqdan, millətdən danışanlardır. Bu gün məktəb rəhbərlərinin çoxu yerində deyil. Adını yaza bilməyən biri məktəbi idarə edirsə, həmin təhsil müəssisəsində keyfiyyətli tədris gözləmək olmaz".
MM-in Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyev isə bildirib ki, problemlər var: "Bununla razıyam. Amma Musa müəllim, bizi heç bir fəlakət gözləmir".
Deputat Məlahət İbrahimqızı da çıxışında bildirib ki, bir sıra ölkələrdə müəllimlərə iş saatı tətbiq edilir: " Bu bizdə də mümkündürmü? O bildirib ki, bu gün repetitorların əksəriyyəti məktəblərdə dərsi az götürür, sanki məktəbə müştəri toplamağa gəlirlər: "Onlar əsas gücü repetitorluğa verirlər. Amma çox təcrübəlidirlər, bunu məktəbdə şagirdlərə öyrətmirlər. Amma onlar da öz üstünə düşən vəzifəni yerinə yetirməlidir. Bir sıra məktəblərdə isə siniflərdə hədsiz dərəcədə normadan artıq şagirdlər var. 20 şagird əvəzinə 60-70 şagirdi bir sinfə yığırlar. Digər tərəfdən rayonlarda, kəndlərdə isə müəllim sayı bəzi məktəblərdə şagirddən çoxdur. Digər problem isə budur ki, DİM uşaqlara çox ağır suallar salır. Məktəblərdə keçirilən fənlərlə suallar uyğun gəlmir. Bu gün xaricdə universitetə daxil olmaq asandır, amma 1-ci semestrdən sonra 60-70% tələbə o universitetlərdən qovulur".
Deputat DİM-in artıq imtahan tarixlərini açıqladığını diqqətə xatırladıb: "Amma martda imtahan verən şagird niyə məktəbə getsin? İstədiyi balı bu şagird yığıbsa, məktəbə getməyə həvəsi də olmaz. Bilirəm ki, bu gün məktəblərdə əsas problemlərdən biri də davamiyyət məsələsidir".
Deputat universiteti bitirənlərin sertifikasiyasının tərəfdarı olduğunu da qeyd edib: "Müəllim gününün də qarşısı alınmalıdır. Oktyabrın 5-də müəllimi ələ salırlar, müəllimi nüfuzdan salırlar".