https://sputnik.az/20221215/muellim-sayi-azaldilacaq---sertifikasiyadan-kecmeyenlerin-taleyi-nece-olacaq-449656934.html
Müəllim sayı azaldılacaq - Sertifikasiyadan keçməyənlərin taleyi necə olacaq?
Müəllim sayı azaldılacaq - Sertifikasiyadan keçməyənlərin taleyi necə olacaq?
Sputnik Azərbaycan
Emin Əmrullayev bildirib ki, müəllim saylarında da 4 ildən sonra tənzimləmə aparmaq mümkün olacaq. 15.12.2022, Sputnik Azərbaycan
2022-12-15T14:53+0400
2022-12-15T14:53+0400
2022-12-15T14:53+0400
müəllim
təhsil
emin əmrullayev
nazir
https://cdnn1.img.sputnik.az/img/40970/98/409709810_0:35:2000:1160_1920x0_80_0_0_ec353f3fce09f785f32c35ca8320bd40.jpg
BAKI, 15 dekabr — Sputnik. 40-44 yaşlı müəllimlərdən 9 nəfəri sertifikasiya imtahanında 0-10 bal yığıb. Bunu Milli Məclisin Elm və təhsil komitəsində "Dövlət ümumi təhsil müəssisələrində işləyən təhsilverənlərin sertifikatlaşdırılması" mövzusunda keçirilən ictimai dinləmədə elm və təhsil naziri Emin Əmrullayev deyib. Nazir bildirib ki, 45-49 yaşlı müəllimlərdə vəziyyət ondan da pisdir: "Həm də bu, bütün ölkənin nəticəsi deyil. 9 il sonra məktəbi bitirən uşaq aşağı nəticə göstərəndə nəticənin heç bir əhəmiyyəti yoxdur. Çıxıb Elm və Təhsil Nazirliyini tənqid etməyin heç bir mənası yoxdur. Burada nəticənin pis olmasının səbəbi fundamentin səhv olması ilə bağlıdır. Biz təxmini proqnozlar veririk ki, nə qədər adam sertifikasiyadan keçməyəndə uşaqların təhsilinə necə təsir edir. Mənim onların şəxsiyyəti, yaxşı və ya pis insan olması ilə heç bir problemim yoxdur. Mənim problemim onların uşaqlara dərs deməsi ilə bağlıdır. Amma biz həmin müəllimləri də küçəyə ata bilmərik. Düşünürəm ki, bu, müəllimi işə götürəndən başlayan məsuliyyətdir. Sosial tərəflə təhsil tərəfi arasında balans qurmalıyıq. Sertifikasiya 4 ildən sonra bitəcək və bizim müəllimlərimizin hər biri sertifikasiyadan keçmiş olacaq. Müəllim saylarında da biz 4 ildən sonra tənzimləməyə gedə biləcəyik. Məsələn, Şəkinin hansısa məktəbində 2 ibtidai sinfə 16 müəllimin düşməsi problemi sertifikasiyadan sonra olmayacaq".
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/40970/98/409709810_453:0:2000:1160_1920x0_80_0_0_92fc88a9662382ce8de3390bb4e3c9f0.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
müəllim, emin əmrullayev, nazir
müəllim, emin əmrullayev, nazir
Müəllim sayı azaldılacaq - Sertifikasiyadan keçməyənlərin taleyi necə olacaq?
Emin Əmrullayev bildirib ki, müəllim saylarında da 4 ildən sonra tənzimləmə aparmaq mümkün olacaq.
BAKI, 15 dekabr — Sputnik. 40-44 yaşlı müəllimlərdən 9 nəfəri sertifikasiya imtahanında 0-10 bal yığıb. Bunu Milli Məclisin Elm və təhsil komitəsində "Dövlət ümumi təhsil müəssisələrində işləyən təhsilverənlərin sertifikatlaşdırılması" mövzusunda keçirilən ictimai dinləmədə elm və təhsil naziri Emin Əmrullayev deyib. Nazir bildirib ki, 45-49 yaşlı müəllimlərdə vəziyyət ondan da pisdir:
"Həm də bu, bütün ölkənin nəticəsi deyil. 9 il sonra məktəbi bitirən uşaq aşağı nəticə göstərəndə nəticənin heç bir əhəmiyyəti yoxdur. Çıxıb Elm və Təhsil Nazirliyini tənqid etməyin heç bir mənası yoxdur. Burada nəticənin pis olmasının səbəbi fundamentin səhv olması ilə bağlıdır. Biz təxmini proqnozlar veririk ki, nə qədər adam sertifikasiyadan keçməyəndə uşaqların təhsilinə necə təsir edir. Mənim onların şəxsiyyəti, yaxşı və ya pis insan olması ilə heç bir problemim yoxdur. Mənim problemim onların uşaqlara dərs deməsi ilə bağlıdır. Amma biz həmin müəllimləri də küçəyə ata bilmərik. Düşünürəm ki, bu, müəllimi işə götürəndən başlayan məsuliyyətdir. Sosial tərəflə təhsil tərəfi arasında balans qurmalıyıq.
Sertifikasiya 4 ildən sonra bitəcək və bizim müəllimlərimizin hər biri sertifikasiyadan keçmiş olacaq. Müəllim saylarında da biz 4 ildən sonra tənzimləməyə gedə biləcəyik. Məsələn, Şəkinin hansısa məktəbində 2 ibtidai sinfə 16 müəllimin düşməsi problemi sertifikasiyadan sonra olmayacaq".