https://sputnik.az/20221215/ktmt-nin-biotehlukesizlik-uzre-koordinasiya-surasinin-ilk-iclasi-kecirilib-449676003.html
KTMT-nin Biotəhlükəsizlik üzrə Koordinasiya Şurasının ilk iclası keçirilib
KTMT-nin Biotəhlükəsizlik üzrə Koordinasiya Şurasının ilk iclası keçirilib
Sputnik Azərbaycan
İclasda həmçinin şuranın fəaliyyətinin təşkilati məsələləri, o cümlədən gündəlik fəaliyyətdə bioloji təhlükəsizlik məsələləri üzrə qarşılıqlı fəaliyyət... 15.12.2022, Sputnik Azərbaycan
2022-12-15T19:57+0400
2022-12-15T19:57+0400
2022-12-15T19:57+0400
ktmt
dünya xəbərləri
iclas
təhlükəsizlik
https://cdnn1.img.sputnik.az/img/07e5/08/17/427755204_0:0:3111:1750_1920x0_80_0_0_c51905fb38b3a765d6dea7a63de292ad.jpg
BAKI, 15 dekabr — Sputnik. Dekabrın 15-də Sankt-Peterburqda KTMT dövlətlərinin səlahiyyətli orqanlarının bioloji təhlükəsizlik məsələləri üzrə Koordinasiya Şurasının ilk iclası keçirilib. Bu barədə KTMT-nin mətbuat xidməti məlumat yayıb. "Koordinasiya Şurasının üzvləri bioloji təhlükələrə birgə cavab tədbirləri üzrə qarşılıqlı fəaliyyət planlarını və KTMT-yə üzv dövlətlərin Bioloji Silahlar Konvensiyası rejiminin gücləndirilməsi, radiasiya, kimyəvi və bioloji müdafiənin birgə formalaşdırılması üçün mövqelərinin əlaqələndirilməsi məsələlərini müzakirə ediblər. İclasda həmçinin şuranın fəaliyyətinin təşkilati məsələləri, o cümlədən gündəlik fəaliyyətdə bioloji təhlükəsizlik məsələləri üzrə qarşılıqlı fəaliyyət müzakirə olunub. İstehlakçıların Hüquqlarının Müdafiəsi və İnsan Rifahına Nəzarət üzrə Federal Xidmətin (Ropotrebnadzor) rəhbəri Anna Popova Koordinasiya Şurasının sədri seçilib. Şura KTMT Təhlükəsizlik Şurasının Katiblər Komitəsinin 15 sentyabr 2021-ci il tarixli qərarı ilə yaradılıb. Yeni strukturun məqsədi bioloji təhlükələrin qarşısının alınması və onlara qarşı mübarizə sahəsində fəaliyyət və əməkdaşlığı əlaqələndirmək, Təşkilat ölkələrinin bioloji təhlükəsizliyini təmin etmək üçün etibarlı sistem yaratmaqdır.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/08/17/427755204_0:0:2731:2048_1920x0_80_0_0_ad1c2c9185b87ba8376b69c4684c6a7b.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
ktmt, iclas, təhlükəsizlik
ktmt, iclas, təhlükəsizlik
KTMT-nin Biotəhlükəsizlik üzrə Koordinasiya Şurasının ilk iclası keçirilib
İclasda həmçinin şuranın fəaliyyətinin təşkilati məsələləri, o cümlədən gündəlik fəaliyyətdə bioloji təhlükəsizlik məsələləri üzrə qarşılıqlı fəaliyyət müzakirə olunub.
BAKI, 15 dekabr — Sputnik. Dekabrın 15-də Sankt-Peterburqda KTMT dövlətlərinin səlahiyyətli orqanlarının bioloji təhlükəsizlik məsələləri üzrə Koordinasiya Şurasının ilk iclası keçirilib. Bu barədə KTMT-nin mətbuat xidməti məlumat yayıb.
"Koordinasiya Şurasının üzvləri bioloji təhlükələrə birgə cavab tədbirləri üzrə qarşılıqlı fəaliyyət planlarını və KTMT-yə üzv dövlətlərin Bioloji Silahlar Konvensiyası rejiminin gücləndirilməsi, radiasiya, kimyəvi və bioloji müdafiənin birgə formalaşdırılması üçün mövqelərinin əlaqələndirilməsi məsələlərini müzakirə ediblər.
İclasda həmçinin şuranın fəaliyyətinin təşkilati məsələləri, o cümlədən gündəlik fəaliyyətdə bioloji təhlükəsizlik məsələləri üzrə qarşılıqlı fəaliyyət müzakirə olunub.
İstehlakçıların Hüquqlarının Müdafiəsi və İnsan Rifahına Nəzarət üzrə Federal Xidmətin (Ropotrebnadzor) rəhbəri Anna Popova Koordinasiya Şurasının sədri seçilib.
Şura KTMT Təhlükəsizlik Şurasının Katiblər Komitəsinin 15 sentyabr 2021-ci il tarixli qərarı ilə yaradılıb. Yeni strukturun məqsədi bioloji təhlükələrin qarşısının alınması və onlara qarşı mübarizə sahəsində fəaliyyət və əməkdaşlığı əlaqələndirmək, Təşkilat ölkələrinin bioloji təhlükəsizliyini təmin etmək üçün etibarlı sistem yaratmaqdır.