https://sputnik.az/20221215/gomrukle-bagli-daha-bir-yenilik-vaxt-itkisi-olmayacaq---vdeo-449617677.html
Gömrüklə bağlı daha bir yenilik, vaxt itkisi olmayacaq - VİDEO
Gömrüklə bağlı daha bir yenilik, vaxt itkisi olmayacaq - VİDEO
Sputnik Azərbaycan
Artıq biznes subyektləri Komitənin rəsmi internet səhifəsinin "Sahibkarlar üçün" bölməsinə daxil olmaqla "Məcburi Qərarlar" altbölməsindən müraciətlərini... 15.12.2022, Sputnik Azərbaycan
2022-12-15T10:05+0400
2022-12-15T10:05+0400
2022-12-15T10:05+0400
gömrük
azərbaycan xəbərləri
gömrük komitəsi
dövlət gömrük komitəsi
https://cdnn1.img.sputnik.az/img/42327/11/423271131_0:117:1280:837_1920x0_80_0_0_52b6ad0b0695b07a9e2774c321b48244.jpg
BAKI, 15 dekabr — Sputnik. Xarici ticarətlə məşğul olan sahibkarlar malların təsnifatının və mənşə ölkəsinin müəyyən edilməsi üçün artıq günlərlə ekspertiza nəticələrini gözləməklə əlavə vaxt itirməyəcək.Bu barədə Dövlət Gömrük Komitəsindən məlumat verilib.Bildirilib ki, Komitənin reallaşdırdığı yeni "Məcburi Qərarlar" layihəsinə əsasən, idxal və ya ixrac olunan mallara dair məlumatlar əvvəlcədən gömrük xidmətinə elektron qaydada göndərilməklə Mərkəzi Gömrük Ekspertizası İdarəsi tərəfindən malların təsnifatı, mənşə ölkəsi müəyyənləşdiriləcək və qəbul edilən qərarlar öncədən sahibkarlara təqdim olunacaq.Artıq biznes subyektləri Komitənin rəsmi internet səhifəsinin "Sahibkarlar üçün" bölməsinə daxil olmaqla "Məcburi Qərarlar" altbölməsindən müraciətlərini ünvanlaya bilərlər.Gömrük bəyannaməsinin 44-cü qrafasında əldə olunan məcburi qərar təsnifat ilə bağlıdırsa 5013, mənşə ölkəsi ilə bağlıdırsa 7001 kodu, qərarın nömrəsi və tarixi qeyd edilməlidir.Qeyd edək ki, öncədən əldə olunmuş məcburi qərarın mövcudluğu malların gömrük rəsmiləşdirilməsi zamanı təsnifat kodunun və ya mənşə ölkəsinin müəyyənləşdirilməsi üçün təkrar ekspertizası aparılması zərurətini aradan qaldırır.Yeni layihə vaxt və vəsait itkisinin qarşısının alınmasına, ticarətin asan və sürətli şəkildə həyata keçirilməsinə, sərhədkeçmə proseslərinin, gömrük rəsmiləşdirilməsinin sürətləndirilməsinə, şəffaflığın təmin olunmasına, məmur-vətəndaş təmasının aradan qaldırılmasına, resurslardan səmərəli istifadə edilməsinə xidmət edəcək.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42327/11/423271131_0:0:1280:960_1920x0_80_0_0_09b3086713d82791ce04373b0a1ae0d1.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
gömrük, gömrük komitəsi, dövlət gömrük komitəsi
gömrük, gömrük komitəsi, dövlət gömrük komitəsi
Gömrüklə bağlı daha bir yenilik, vaxt itkisi olmayacaq - VİDEO
Artıq biznes subyektləri Komitənin rəsmi internet səhifəsinin "Sahibkarlar üçün" bölməsinə daxil olmaqla "Məcburi Qərarlar" altbölməsindən müraciətlərini ünvanlaya bilərlər.
BAKI, 15 dekabr — Sputnik. Xarici ticarətlə məşğul olan sahibkarlar malların təsnifatının və mənşə ölkəsinin müəyyən edilməsi üçün artıq günlərlə ekspertiza nəticələrini gözləməklə əlavə vaxt itirməyəcək.
Bu barədə Dövlət Gömrük Komitəsindən məlumat verilib.
Bildirilib ki, Komitənin reallaşdırdığı yeni "Məcburi Qərarlar" layihəsinə əsasən, idxal və ya ixrac olunan mallara dair məlumatlar əvvəlcədən gömrük xidmətinə elektron qaydada göndərilməklə Mərkəzi Gömrük Ekspertizası İdarəsi tərəfindən malların təsnifatı, mənşə ölkəsi müəyyənləşdiriləcək və qəbul edilən qərarlar öncədən sahibkarlara təqdim olunacaq.
Artıq biznes subyektləri Komitənin rəsmi internet səhifəsinin "Sahibkarlar üçün" bölməsinə daxil olmaqla "Məcburi Qərarlar" altbölməsindən müraciətlərini ünvanlaya bilərlər.
Gömrük bəyannaməsinin 44-cü qrafasında əldə olunan məcburi qərar təsnifat ilə bağlıdırsa 5013, mənşə ölkəsi ilə bağlıdırsa 7001 kodu, qərarın nömrəsi və tarixi qeyd edilməlidir.
Qeyd edək ki, öncədən əldə olunmuş məcburi qərarın mövcudluğu malların gömrük rəsmiləşdirilməsi zamanı təsnifat kodunun və ya mənşə ölkəsinin müəyyənləşdirilməsi üçün təkrar ekspertizası aparılması zərurətini aradan qaldırır.
Yeni layihə vaxt və vəsait itkisinin qarşısının alınmasına, ticarətin asan və sürətli şəkildə həyata keçirilməsinə, sərhədkeçmə proseslərinin, gömrük rəsmiləşdirilməsinin sürətləndirilməsinə, şəffaflığın təmin olunmasına, məmur-vətəndaş təmasının aradan qaldırılmasına, resurslardan səmərəli istifadə edilməsinə xidmət edəcək.