https://sputnik.az/20221215/erdogan-putine-rf-turkiye-ve-suriya-liderlerinin-ucterefli-gorusunu-kecirmeyi-teklif-edib-449676128.html
Ərdoğan Putinə RF, Türkiyə və Suriya liderlərinin üçtərəfli görüşünü keçirməyi təklif edib
Ərdoğan Putinə RF, Türkiyə və Suriya liderlərinin üçtərəfli görüşünü keçirməyi təklif edib
Sputnik Azərbaycan
Onun sözlərinə görə, bu tədbirdən əvvəl dövlətlərin nazirlərinin görüşü keçirilməlidir 15.12.2022, Sputnik Azərbaycan
2022-12-15T23:05+0400
2022-12-15T23:05+0400
2022-12-15T23:05+0400
ərdoğan putin görüşü
dünya xəbərləri
bəşər əsəd
suriya prezidenti bəşər əsəd
rəcəb tayyip ərdoğan
türkiyə prezidenti rəcəb tayyib ərdoğan
rusiya prezidenti vladimir putin
vladimir putin
https://cdnn1.img.sputnik.az/img/07e6/09/10/446156758_0:178:3008:1870_1920x0_80_0_0_5fe49fcd1461b39ed0a7f1d05174b439.jpg
BAKI, 15 dekabr — Sputnik. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya Prezidenti Vladimir Putinə Rusiya, Türkiyə və Suriya liderlərinin üçtərəfli görüşünün keçirilməsini təklif etdiyini bildirib. Bu barədə Rusiya mediası xəbər verib. Türkiyə prezidentinin sözlərinə görə, bu tədbirdən əvvəl dövlətlərin nazirlərinin görüşü keçirilməlidir. "Hazırda gündəmdə olmayan hadisələrin inkişafı ilə əlaqədar daha sonra gündəmə gətirilə biləcək bir çox mövzular var.... Biz Suriya-Türkiyə-Rusiya üçtərəfli ittifaq kimi addım atmaq istəyirik. Bunun üçün əvvəlcə kəşfiyyat xidmətlərimiz, sonra müdafiə və xarici işlər nazirlərimiz görüşməlidir. Bundan sonra liderlər kimi bir araya gələk. Mən bunu artıq Putinə təklif etmişəm", - deyə Ərdoğan jurnalistlərə deyib. Türkiyəli siyasətçi əlavə edib ki, Rusiyanın rəhbəri onun təklifinə müsbət reaksiya verib. Dekabrın 11-də Putinlə Ərdoğan arasında telefon danışığı olub. Ölkələrin liderləri ikitərəfli münasibətləri, eləcə də "Taxıl sazişi"nin icrasını müzakirə ediblər. Həmçinin söhbət zamanı Türkiyə prezidenti Ukrayna böhranının tezliklə həllinə ümid etdiyini bildirib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/09/10/446156758_140:0:2869:2047_1920x0_80_0_0_8a4430acc4199b2cee051332865c53a1.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
ərdoğan putin görüşü, bəşər əsəd, suriya prezidenti bəşər əsəd, rəcəb tayyip ərdoğan, türkiyə prezidenti rəcəb tayyib ərdoğan, rusiya prezidenti vladimir putin, vladimir putin
ərdoğan putin görüşü, bəşər əsəd, suriya prezidenti bəşər əsəd, rəcəb tayyip ərdoğan, türkiyə prezidenti rəcəb tayyib ərdoğan, rusiya prezidenti vladimir putin, vladimir putin
Ərdoğan Putinə RF, Türkiyə və Suriya liderlərinin üçtərəfli görüşünü keçirməyi təklif edib
Onun sözlərinə görə, bu tədbirdən əvvəl dövlətlərin nazirlərinin görüşü keçirilməlidir
BAKI, 15 dekabr — Sputnik. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya Prezidenti Vladimir Putinə Rusiya, Türkiyə və Suriya liderlərinin üçtərəfli görüşünün keçirilməsini təklif etdiyini bildirib.
Bu barədə Rusiya mediası xəbər verib.
Türkiyə prezidentinin sözlərinə görə, bu tədbirdən əvvəl dövlətlərin nazirlərinin görüşü keçirilməlidir.
"Hazırda gündəmdə olmayan hadisələrin inkişafı ilə əlaqədar daha sonra gündəmə gətirilə biləcək bir çox mövzular var.... Biz Suriya-Türkiyə-Rusiya üçtərəfli ittifaq kimi addım atmaq istəyirik. Bunun üçün əvvəlcə kəşfiyyat xidmətlərimiz, sonra müdafiə və xarici işlər nazirlərimiz görüşməlidir. Bundan sonra liderlər kimi bir araya gələk. Mən bunu artıq Putinə təklif etmişəm", - deyə Ərdoğan jurnalistlərə deyib.
Türkiyəli siyasətçi əlavə edib ki, Rusiyanın rəhbəri onun təklifinə müsbət reaksiya verib.
Dekabrın 11-də Putinlə Ərdoğan arasında telefon danışığı olub. Ölkələrin liderləri ikitərəfli münasibətləri, eləcə də "Taxıl sazişi"nin icrasını müzakirə ediblər. Həmçinin söhbət zamanı Türkiyə prezidenti Ukrayna böhranının tezliklə həllinə ümid etdiyini bildirib.