https://sputnik.az/20221215/dmx-bakida-ecnebi-dilencilerin-sayinin-artmasina-munasibet-bildirib-449678305.html
DMX Bakıda əcnəbi dilənçilərin sayının artmasına münasibət bildirib
DMX Bakıda əcnəbi dilənçilərin sayının artmasına münasibət bildirib
Sputnik Azərbaycan
Qurumdan bildirilib ki, turist və ya digər növ vizalarla ölkəyə daxil olan əcnəbilərin əmək fəaliyyəti ilə məşğul olmaq hüququ yoxdur. 15.12.2022, Sputnik Azərbaycan
2022-12-15T20:20+0400
2022-12-15T20:20+0400
2022-12-15T20:20+0400
bakı
cəmiyyət
dövlət miqrasiya xidməti
https://cdnn1.img.sputnik.az/img/42265/43/422654368_0:0:3031:1705_1920x0_80_0_0_29bb41f230a50da15ef7e343aa7bd455.jpg
BAKI, 15 dekabr — Sputnik. Dövlət Miqrasiya Xidməti Bakıda dilənçiliklə məşğul olan pakistanlı və hindistanlıların sayının artmasına münasibət bildirib. Xidmətdən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, Pakistan, Hindistan və digər Cənubi Asiya ölkələrindən ölkəmizə gələn əcnəbilərin böyük əksəriyyəti turist vizası ilə ölkəyə daxil olurlar. "Turist və ya digər növ vizalarla ölkəyə daxil olan əcnəbilərin əmək fəaliyyəti ilə məşğul olmaq hüququ yoxdur. Əcnəbilərin Azərbaycanda haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul ola bilməsi üçün işəgötürənlər tərəfindən qanunvericilikdə müəyyən edilmiş qaydada iş icazəsi alınmalıdır. Azərbaycan Respublikasında olan və yaşayan əcnəbi və vətəndaşlığı olmayan şəxslər barəsində Dövlət Miqrasiya Xidməti tərəfindən mütəmadi təhlillər və monitorinqlər aparılır. Ölkə ərazisində gəlişinin bəyan edilmiş məqsədlərini pozmuş əcnəbi və vətəndaşlığı olmayan şəxslər aşkarlandıqda onlar barəsində qanunvericiliyin tələbləri çərçivəsində müvafiq tədbirlər görülür", - deyə məlumatda qeyd olunub. Qeyd edilib ki, 2022-ci ilin son 3 ayı (sentyabr, oktyabr, noyabr) ərzində miqrasiya qanunvericiliyinin tələblərinin pozulmasına görə 5891 inzibati qərar qəbul edilib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42265/43/422654368_202:0:2933:2048_1920x0_80_0_0_e1b0128b731a9c19fdee84327d4a78dd.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
bakı, dövlət miqrasiya xidməti
bakı, dövlət miqrasiya xidməti
DMX Bakıda əcnəbi dilənçilərin sayının artmasına münasibət bildirib
Qurumdan bildirilib ki, turist və ya digər növ vizalarla ölkəyə daxil olan əcnəbilərin əmək fəaliyyəti ilə məşğul olmaq hüququ yoxdur.
BAKI, 15 dekabr — Sputnik. Dövlət Miqrasiya Xidməti Bakıda dilənçiliklə məşğul olan pakistanlı və hindistanlıların sayının artmasına münasibət bildirib.
Xidmətdən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, Pakistan, Hindistan və digər Cənubi Asiya ölkələrindən ölkəmizə gələn əcnəbilərin böyük əksəriyyəti turist vizası ilə ölkəyə daxil olurlar.
"Turist və ya digər növ vizalarla ölkəyə daxil olan əcnəbilərin əmək fəaliyyəti ilə məşğul olmaq hüququ yoxdur. Əcnəbilərin Azərbaycanda haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul ola bilməsi üçün işəgötürənlər tərəfindən qanunvericilikdə müəyyən edilmiş qaydada iş icazəsi alınmalıdır. Azərbaycan Respublikasında olan və yaşayan əcnəbi və vətəndaşlığı olmayan şəxslər barəsində Dövlət Miqrasiya Xidməti tərəfindən mütəmadi təhlillər və monitorinqlər aparılır. Ölkə ərazisində gəlişinin bəyan edilmiş məqsədlərini pozmuş əcnəbi və vətəndaşlığı olmayan şəxslər aşkarlandıqda onlar barəsində qanunvericiliyin tələbləri çərçivəsində müvafiq tədbirlər görülür", - deyə məlumatda qeyd olunub.
Qeyd edilib ki, 2022-ci ilin son 3 ayı (sentyabr, oktyabr, noyabr) ərzində miqrasiya qanunvericiliyinin tələblərinin pozulmasına görə 5891 inzibati qərar qəbul edilib.