https://sputnik.az/20221215/biz-manipulasiyalar-ucun-ortaya-atilan-yalanlarin-sahidi-olduq---ceyhun-bayramov-449675063.html
"Biz manipulasiyalar üçün ortaya atılan yalanların şahidi olduq" - Ceyhun Bayramov
"Biz manipulasiyalar üçün ortaya atılan yalanların şahidi olduq" - Ceyhun Bayramov
Sputnik Azərbaycan
XİN rəhbəri bildirib ki, iki gün öncə keçirilən brifinqdə etiraz nümayişinin başlanmasına səbəb olan səbəblər açıqlanıb 15.12.2022, Sputnik Azərbaycan
2022-12-15T17:35+0400
2022-12-15T17:35+0400
2022-12-15T18:10+0400
azərbaycan xəbərləri
ceyhun bayramov
https://cdnn1.img.sputnik.az/img/07e6/0c/0d/449568928_0:160:3072:1888_1920x0_80_0_0_cbe756a7d4747561b44ac43f47aa789b.jpg
BAKI, 15 dekabr — Sputnik. "Azərbaycanlı ekofəalların Xankəndi-Laçın yolundakı nümayişlərdəki tələbləri hələ də cavablandırılmayıb". Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ölkədə akkreditə olunmuş diplomatik korpusun nümayəndələri və hərbi attaşelərlə keçirdiyi görüşdə bildirib. Onun sözlərinə görə, iki gün öncə keçirilən brifinqdə etiraz nümayişinin başlanmasına səbəb olan səbəblər açıqlanıb: "Eyni zamanda, ötən iki gün ərzində biz manipulasiyalar üçün ortaya atılan yalanların şahidi olduq". Xatırladaq ki, Qarabağda faydalı qazıntı yataqlarının qanunsuz istismarı əleyhinə Şuşa-Xankəndi yolunda keçirilən etiraz aksiyası artıq dörd gündür davam edir. Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir hissəsində etiraz aksiyası azərbaycanlı aktivistlər və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının (QHT) üzvləri tərəfindən Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə keçirilir. Xatırladaq ki, 2022-ci ilin dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və "AzerGold" Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparmalı idi. Lakin sülhməramlıların hərəkətsizliyi ucbatından monitorinq baş tutmayıb.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/0c/0d/449568928_171:0:2902:2048_1920x0_80_0_0_bb6f8484d56ffb50e9b833dd5a070103.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
ceyhun bayramov
"Biz manipulasiyalar üçün ortaya atılan yalanların şahidi olduq" - Ceyhun Bayramov
17:35 15.12.2022 (Yenilənib: 18:10 15.12.2022) XİN rəhbəri bildirib ki, iki gün öncə keçirilən brifinqdə etiraz nümayişinin başlanmasına səbəb olan səbəblər açıqlanıb
BAKI, 15 dekabr — Sputnik. "Azərbaycanlı ekofəalların Xankəndi-Laçın yolundakı nümayişlərdəki tələbləri hələ də cavablandırılmayıb".
Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ölkədə akkreditə olunmuş diplomatik korpusun nümayəndələri və hərbi attaşelərlə keçirdiyi görüşdə bildirib.
Onun sözlərinə görə, iki gün öncə keçirilən brifinqdə etiraz nümayişinin başlanmasına səbəb olan səbəblər açıqlanıb: "Eyni zamanda, ötən iki gün ərzində biz manipulasiyalar üçün ortaya atılan yalanların şahidi olduq".
Xatırladaq ki, Qarabağda faydalı qazıntı yataqlarının qanunsuz istismarı əleyhinə Şuşa-Xankəndi yolunda keçirilən etiraz aksiyası artıq dörd gündür davam edir.
Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir hissəsində etiraz aksiyası azərbaycanlı aktivistlər və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının (QHT) üzvləri tərəfindən Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə keçirilir.
Xatırladaq ki, 2022-ci ilin dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və "AzerGold" Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparmalı idi. Lakin sülhməramlıların hərəkətsizliyi ucbatından monitorinq baş tutmayıb.