https://sputnik.az/20221215/abs-numayendesi-kiyeve-gore-nato-da-silah-qitligi-yarandigini-aciqlayib-449617831.html
ABŞ nümayəndəsi Kiyevə görə NATO-da silah qıtlığı yarandığını açıqlayıb
ABŞ nümayəndəsi Kiyevə görə NATO-da silah qıtlığı yarandığını açıqlayıb
Sputnik Azərbaycan
Silah çatışmazlığı problemi bütün hərbi Alyans ölkələrində müşahidə olunur. 15.12.2022, Sputnik Azərbaycan
2022-12-15T08:33+0400
2022-12-15T08:33+0400
2022-12-15T08:33+0400
abş
dünya xəbərləri
nato
ukrayna
silah
https://cdnn1.img.sputnik.az/img/07e6/09/05/445710188_0:320:3072:2048_1920x0_80_0_0_83f722d9c4794a9d94a75fdacbcd0573.jpg
BAKI, 15 dekabr — Sputnik. NATO-ya üzv ölkələr Ukrayna münaqişəsi səbəbindən silah və sursat çatışmazlığı yaşayırlar."RİA Novosti" yazır ki, bu barədə ABŞ-ın təşkilatdakı daimi nümayəndəsi Culian Smit bildirib."Səylər Alyansın daxilində Ukraynaya təhlükəsizliklə bağlı nəhəng ölçüdə yardım göstərən Estoniya kimi ölkələrdə ehtiyatların azalmasına yönəlib. Onlar çox real çatışmazlıqlarla üzləşiblər və tək deyillər. Biz bunu bütün Alyansda müşahidə edirik", - deyə Smit dəqiqləşdirib.Onun sözlərinə görə, Ukraynanın özü də eyni problemlə üzləşib. Hazırda Vaşinqton və onun müttəfiqləri Qərb müdafiə şirkətlərini uzunmüddətli perspektivdə məhsullara tələbatını təmin edərək, silah istehsalını artırmağa və lazım gələrsə, bərpa etməyə inandırmağa çalışırlar", - deyə daimi nümayəndə əlavə edib.Hələ noyabrda "The New York Times" qəzeti Alyans nümayəndəsinə istinadən yazmışdı ki, hərbi blokun 30 ölkəsindən 20-sinin artıq Ukraynaya silah vermək imkanları tükənib. Məqalədə Fransa, Almaniya və İtaliya da daxil olmaqla, qalan on dövlətin bundan sonra da yardım göstərməyə hazır olduqları açıqlanıb.Dekabrın əvvəlində isə İtaliyanın müdafiə naziri Quido Krozetto bildirmişdi ki, Roma ilin sonuna qədər Kiyevə yeni yardım paketini formalaşdırmayacaq. Almaniyalı ekspert Oliver Mudi deyib ki, Berlinin zərurət yaranacağı təqdirdə cəmi iki günlük aktiv hərbi əməliyyatları qalıb.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/09/05/445710188_85:0:2816:2048_1920x0_80_0_0_c2c79f089865be42df0e4ef0e08d333f.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
abş, nato, ukrayna, silah
abş, nato, ukrayna, silah
ABŞ nümayəndəsi Kiyevə görə NATO-da silah qıtlığı yarandığını açıqlayıb
Silah çatışmazlığı problemi bütün hərbi Alyans ölkələrində müşahidə olunur.
BAKI, 15 dekabr — Sputnik. NATO-ya üzv ölkələr Ukrayna münaqişəsi səbəbindən silah və sursat çatışmazlığı yaşayırlar.
"RİA Novosti" yazır ki, bu barədə ABŞ-ın təşkilatdakı daimi nümayəndəsi Culian Smit bildirib.
"Səylər Alyansın daxilində Ukraynaya təhlükəsizliklə bağlı nəhəng ölçüdə yardım göstərən Estoniya kimi ölkələrdə ehtiyatların azalmasına yönəlib. Onlar çox real çatışmazlıqlarla üzləşiblər və tək deyillər. Biz bunu bütün Alyansda müşahidə edirik", - deyə Smit dəqiqləşdirib.
Onun sözlərinə görə, Ukraynanın özü də eyni problemlə üzləşib. Hazırda Vaşinqton və onun müttəfiqləri Qərb müdafiə şirkətlərini uzunmüddətli perspektivdə məhsullara tələbatını təmin edərək, silah istehsalını artırmağa və lazım gələrsə, bərpa etməyə inandırmağa çalışırlar", - deyə daimi nümayəndə əlavə edib.
Hələ noyabrda "The New York Times" qəzeti Alyans nümayəndəsinə istinadən yazmışdı ki, hərbi blokun 30 ölkəsindən 20-sinin artıq Ukraynaya silah vermək imkanları tükənib. Məqalədə Fransa, Almaniya və İtaliya da daxil olmaqla, qalan on dövlətin bundan sonra da yardım göstərməyə hazır olduqları açıqlanıb.
Dekabrın əvvəlində isə İtaliyanın müdafiə naziri Quido Krozetto bildirmişdi ki, Roma ilin sonuna qədər Kiyevə yeni yardım paketini formalaşdırmayacaq. Almaniyalı ekspert Oliver Mudi deyib ki, Berlinin zərurət yaranacağı təqdirdə cəmi iki günlük aktiv hərbi əməliyyatları qalıb.