CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Yol polisi avtobus zolaqları ilə bağlı sürücülərə xəbərdarlıq edib

© Sputnik / Irade JELILYol polisi avtomobili, arxiv şəkli
Yol polisi avtomobili, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 14.12.2022
Abunə olmaq
Paytaxt ərazisində ictimai nəqliyyatın fasiləsiz və təhlükəsiz hərəkətini təmin etmək məqsədilə sürücülərdən avtobus zolaqlarının tələblərinə ciddi şəkildə riayət etmək xahiş olunur.
BAKI, 14 dekabr — Sputnik. Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi avtobus zolaqları ilə bağlı sürücülərə müraciət edib.
Bu barədə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru Araz Əsgərli deyib.
Müraciətdə deyilir:
“Paytaxt ərazisində ictimai nəqliyyatın fasiləsiz və təhlükəsiz hərəkətini təmin etmək məqsədilə sürücülərdən avtobus zolaqlarının tələblərinə ciddi şəkildə riayət etmək xahiş olunur. Əks təqdirdə, hər bir sürücü bilməlidir ki, təyinatı üzrə öz zolağı ilə hərəkət etməyib, avtobus zolağına daxil olduqda bu əməl İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə uyğun olaraq, yəni nişanın tələbinin pozulması kimi qiymətləndirilərək 40 manat məbləğində cərimə nəzərdə tutur. Qayda pozuntularının aşkarlanması paytaxtın küçə və prospektlərində əsasən xüsusi texniki vasitələrlə avtomatik rejimdə tətbiq olunur".
"Lakin paytaxtın Qara Qarayev, Məhəmməd Hadi, Atatürk və Ziya Bünyadov kimi nəqliyyatın daha da intensiv olduğu ərazilərdə əlavə naryadlar cəlb olunmaqla ərazi üzrə nəzarət edilir. Avtobusdan istifadə edən şəxslərin hüquqlarına hörmətlə yanaşmaq, inzibati məsuliyyət yaradan hallardan çəkinmək və nəticədə paytaxt yollarında nəqliyyat axının səmərəli formada hərəkətini təşkil etməklə nəqliyyat ehtiyaclarının ödənilməsi və yollarda əlavə yüklənmənin olmaması üçün hər bir sürücüdən anlayışlı münasibət tələb olunur”, - deyə müraciətdə bildirilib.
Xəbər lenti
0