CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Xəzər dənizinin səviyyəsi 4 metrə qədər aşağı enə bilər

© Sputnik / Rahim MuradovXəzər dənizi
Xəzər dənizi - Sputnik Azərbaycan, 1920, 14.12.2022
Abunə olmaq
Xəzər dənizinin getdikcə dayazlaşması, sahildən uzaqlaşması birmənalı qarşılanmır.
BAKI, 14 dekabr — Sputnik. Xəzər dənizinin səviyyəsi ildən-ilə azalır.
Bunu Elm və Təhsil Nazirliyinin akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun baş direktoru Zakir Eminov illik hesabat tədbirində deyib.
O bildirib ki, proqnozlara görə, Xəzər dənizinin səviyyəsi 4 metrə qədər aşağı enə bilər (apa).
Prezident də narahatdır
Xəzər dənizinin getdikcə dayazlaşması, sahildən uzaqlaşması birmənalı qarşılanmır. Bu məsələ cari ilin iyun ayının 29-da Aşqabadda keçirilən Xəzəryanı Dövlətlərin Dövlət Başçılarının VI Zirvə Toplantısında da müzakirə edilib. Azərbaycan Prezidenti İlham Əliyev çıxışı zamanı bildirib ki, Xəzərin bundan sonrakı dayazlaşmasının qarşısını almağa yönəlmiş tədbirlərin müəyyənləşdirilməsi üçün xüsusi ekspert qrupları yaradılacaq.
"Biz bunu uzun illər boyu müşahidə edirik və təəssüf ki, dayazlaşma dinamikası narahatlıq doğurur. Buna görə biz fikir mübadiləsi apardıq və yəqin ki, nümayəndə heyətlərimiz belə ekoloji fəlakətin səbəblərinin aşkar edilməsi və Xəzərin bundan sonrakı dayazlaşmasının qarşısını almağa yönəlmiş tədbirlərin müəyyənləşdirilməsi üçün xüsusi ekspert qruplarının yaradılması işini davam etdirəcəklər. Əminəm ki, bu Sammit Xəzəryanı dövlətlərin qarşısında duran mühüm ümumi məsələlərin həllinə yönəlmiş səylərin birləşdirilməsinə şərait yaradacaq", - deyə Prezident bildirib.
2005-ci ildən etibarən, hər il səviyyə 10 sm enir
Bu toplantıdan sonra Bakıda "İqlim dəyişmələri şəraitində Xəzər dənizinin səviyyə tərəddüdləri, proqnoz və uyğunlaşma tədbirləri" mövzusunda beynəlxalq konfrans keçirildi. Konfransda çıxış edən AMEA-nın akademiki Fəxrəddin Qədirov bildirdi ki, 100 il əvvəl Xəzərin səviyyəsi indikinə nisbətən 2 m yüksək olub. Akademik qeyd edib ki, 2005-ci ildən etibarən, hər il səviyyə 10 sm enir:
"XX əsrin 30-cu illərində səviyyə 1.5 m aşağı enib, 1978-1995-ci illər arasında 2.7 m yüksəlmə baş verib. 2005-ci ildən başlayaraq isə ildə səviyyə 10 sm enməkdədir. Bu dəyişmə 25-30 il davam edərsə, Xəzərin Şimal-Şərq hissəsi Aral dənizinin aqibəti ilə rastlaşa bilər. Xəzər dənizinin səviyyə dəyişmələrində müəyyən zaman intervallarında trendlər müşahidə olunsa da, bunların üzərində fluktuasiya dəyişmələri də müşahidə edilir".
Xəbər lenti
0