Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

Xankəndinin qazını kim kəsib? "Azəriqaz" məsələyə aydınlıq gətirdi

© Sputnik / Ilya Pitalev / Mediabanka keçidXankəndi, arxiv şəkli
Xankəndi, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 14.12.2022
Abunə olmaq
Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazilərdə qaz təchizatı Ermənistan tərəfindən həyata keçirilir və sözügedən ərazilər ölkəmizin qaz təchizatı sisteminə inteqrasiya olunmayıb.
BAKI, 14 dekabr — Sputnik. Ermənistan Kütləvi İnformasiya Vasitələrində (KİV) növbəti dəfə təxribat xarakterli məlumatlar yayılmaqdadır. Bu dəfə yayılan dezinformasiyaya görə güya Azərbaycan tərəfi Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazilərdə mavi yanacağın təchizatını dayandırıb. Şübhəsiz ki, bu, beynəlxalq ictimaiyyətin çaşdırılmasına və beynəlxalq ictimai rəyin səhv istiqamətə yönləndirilməsinə xidmət edir.
Bunu "Azəriqaz" İB-nin mətbuat katibi Eldəniz Vəliyev Sputnik Azərbaycan-ın sorğusuna cavab olaraq bildirib.
O, "Azəriqaz" İB-nin adından bəyan edir ki, Azərbaycanın sözügedən məsələ ilə heç bir əlaqəsi yoxdur:
"Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazilərdə qaz təchizatı Ermənistan tərəfindən həyata keçirilir və sözügedən ərazilər ölkəmizin qaz təchizatı sisteminə inteqrasiya olunmayıb".
E.Vəliyev əlavə edib ki, yaxın günlərdə qaz xəttinin Azərbaycanın nəzarətində olan ərazilərdən keçən hissəsində müvafiq texniki diaqnostika işləri aparılacaq.
"Məlum olduğu kimi, hazırda soyuq hava şəraiti ilə əlaqədar Azərbaycanın digər dağlıq və dağətəyi rayonlarında da qaz xətlərində nasazlıqlar baş verir. Ümumilikdə texniki diaqnostikaların həyata keçirilməsi davamlı və təhlükəsiz qazın təchizatına hesablanan addımlardan biri kimi qiymətləndirilir", - deyə E.Vəliyev əavə edib.
Xəbər lenti
0