https://sputnik.az/20221214/turk-dovletleri-teskilati-ucterefli-zirve-gorusu-ile-bagli-beyanat-yayib-449645358.html
Türk Dövlətləri Təşkilatı Üçtərəfli Zirvə Görüşü ilə bağlı bəyanat yayıb
Türk Dövlətləri Təşkilatı Üçtərəfli Zirvə Görüşü ilə bağlı bəyanat yayıb
Sputnik Azərbaycan
Ömüraliyev qeyd edib ki, Azərbaycan, Türkiyə və Türkmənistan arasında əlaqələrin genişləndirilməsi qardaş dövlətlər arasında onsuz da mövcud olan güclü... 14.12.2022, Sputnik Azərbaycan
2022-12-14T21:47+0400
2022-12-14T21:47+0400
2022-12-14T21:48+0400
siyasət
zirvə görüşü
bəyanat
https://cdnn1.img.sputnik.az/img/07e6/0c/0e/449618572_0:30:1001:593_1920x0_80_0_0_9b9a8d0e91bd39487522c7b42cd815af.jpg
BAKI, 14 dekabr - Sputnik. “Azərbaycan, Türkiyə və Türkmənistan prezidentlərinin Birinci Üçtərəfli Zirvə Görüşünün nəticələrindən böyük məmnunluğumuzu bildirmək istərdim. Bu Zirvə görüşü üç qardaş xalqın bir araya gəlməsi, əlaqələrin möhkəmləndirilməsi və Türk Dünyasının daha parlaq gələcəyə sahib olması üçün səylərə dəstək vermək üçün çox mühüm fürsətdir”.“Report” xəbər verir ki, bunu Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömüraliyev Azərbaycan, Türkiyə və Türkmənistan dövlət başçılarının Üçtərəfli Zirvə Görüşünün yekunlarına dair bəyanatında bildirib.“Azərbaycan, Türkiyə və Türkmənistan liderləri arasında əldə olunan razılaşmalar və ticarət, mədəniyyət, enerji, nəqliyyat kimi sahələrdə imzalanmış müxtəlif sənədlər, şübhəsiz ki, TDT çərçivəsində hərtərəfli əməkdaşlığımızın möhkəmlənməsinə və qarşılıqlı fəaliyyətin artırılmasına öz töhfəsini verəcəkdir”.O qeyd edib ki, Azərbaycan, Türkiyə və Türkmənistan arasında əlaqələrin genişləndirilməsi qardaş dövlətlər arasında onsuz da mövcud olan güclü həmrəyliyin möhkəmlənməsinə xidmət edəcək və bütün Türk Dünyasının birləşməsi və inteqrasiyası prosesində irəliyə doğru çox mühüm addım olacaq.
https://sputnik.az/20221214/azerbaycan-turkiye-ve-turkmenistan-prezidentlerinin-zirve-gorusu-baslayib-449615023.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/0c/0e/449618572_0:0:791:593_1920x0_80_0_0_d43824910177365ddc9c82cf92095545.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
zirvə görüşü, bəyanat
Türk Dövlətləri Təşkilatı Üçtərəfli Zirvə Görüşü ilə bağlı bəyanat yayıb
21:47 14.12.2022 (Yenilənib: 21:48 14.12.2022) Ömüraliyev qeyd edib ki, Azərbaycan, Türkiyə və Türkmənistan arasında əlaqələrin genişləndirilməsi qardaş dövlətlər arasında onsuz da mövcud olan güclü həmrəyliyin möhkəmlənməsinə xidmət edəcək
BAKI, 14 dekabr - Sputnik. “Azərbaycan, Türkiyə və Türkmənistan prezidentlərinin Birinci Üçtərəfli Zirvə Görüşünün nəticələrindən böyük məmnunluğumuzu bildirmək istərdim. Bu Zirvə görüşü üç qardaş xalqın bir araya gəlməsi, əlaqələrin möhkəmləndirilməsi və Türk Dünyasının daha parlaq gələcəyə sahib olması üçün səylərə dəstək vermək üçün çox mühüm fürsətdir”.
“Report” xəbər verir ki, bunu Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömüraliyev Azərbaycan, Türkiyə və Türkmənistan dövlət başçılarının Üçtərəfli Zirvə Görüşünün yekunlarına dair bəyanatında bildirib.
“Azərbaycan, Türkiyə və Türkmənistan liderləri arasında əldə olunan razılaşmalar və ticarət, mədəniyyət, enerji, nəqliyyat kimi sahələrdə imzalanmış müxtəlif sənədlər, şübhəsiz ki, TDT çərçivəsində hərtərəfli əməkdaşlığımızın möhkəmlənməsinə və qarşılıqlı fəaliyyətin artırılmasına öz töhfəsini verəcəkdir”.
O qeyd edib ki, Azərbaycan, Türkiyə və Türkmənistan arasında əlaqələrin genişləndirilməsi qardaş dövlətlər arasında onsuz da mövcud olan güclü həmrəyliyin möhkəmlənməsinə xidmət edəcək və bütün Türk Dünyasının birləşməsi və inteqrasiyası prosesində irəliyə doğru çox mühüm addım olacaq.