Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

İsveçrə Azərbaycanın qeyri-neft sektoruna investisiyaları artıracaq

© AFP 2024 / FABRICE COFFRINIİsveçrə bayrağı, arxiv şəkli
İsveçrə bayrağı, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 14.12.2022
Abunə olmaq
İsveçrənin İqtisadi Məsələlər üzrə Dövlət Katibliyinin (SECO) ikitərəfli iqtisadi əlaqələr şöbəsinin rəhbəri Ervin Bollinqer bidirib ki, onlar ikitərəfli ticarət əlaqələrinin inkişaf etdirilməsini, investisiyaların artırılmasını hədəfləyirlər.
BAKI, 14 dekabr — Sputnik. İsveçrə Azərbaycan iqtisadiyyatının şaxələndirilməsinə dəstəyi davam etdirmək niyyətindədir.
Bunu Bakıda keçirilən Azərbaycan-İsveçrə biznes forumunda İsveçrənin İqtisadi Məsələlər üzrə Dövlət Katibliyinin (SECO) ikitərəfli iqtisadi əlaqələr şöbəsinin rəhbəri Ervin Bollinqer bildirib (Report).
"Son illər İsveçrə Azərbaycanın qeyri-neft sektoruna fəal şəkildə sərmayə yatırır. Biz ikitərəfli ticarət əlaqələrinin inkişaf etdirilməsini, investisiyaların artırılmasını hədəfləyirik", - deyə o qeyd edib.
Tədbirdə çıxış edən İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) rəhbərinin müşaviri Zöhrab Qədirov isə bildirib ki, Azərbaycanın İsveçrəyə qeyri-neft ixracında əsas yeri fındıq tutur.
"Biz İsveçrə ilə əməkdaşlığımızı daha da genişləndirmək niyyətindəyik. İsveçrə şirkətlərini Qarabağa sərmayə yatırmağa dəvət edirəm", - deyə o, əlavə edib.
Xəbər lenti
0