https://sputnik.az/20221214/sagirdlere-psixoloji-tezyiq-etdiyi-deyilen-muellime-tohmet-verilib-449614592.html
Şagirdlərə psixoloji təzyiq etdiyi deyilən müəllimə töhmət verilib
Şagirdlərə psixoloji təzyiq etdiyi deyilən müəllimə töhmət verilib
Sputnik Azərbaycan
Sinifdə təhsil alan digər şagirdlərin valideynləri məktəbə dəvət olunub və onlar övladlarına qarşı heç bir şiddət və ya kobud rəftarın olmadığını yazılı... 14.12.2022, Sputnik Azərbaycan
2022-12-14T13:04+0400
2022-12-14T13:04+0400
2022-12-14T13:04+0400
şagird
təhsil
kamran əsədov
elm və təhsil nazirliyi
https://cdnn1.img.sputnik.az/img/07e5/02/01/426106180_0:320:3073:2048_1920x0_80_0_0_f1c2ddef339c2c1faf7180d406fba81d.jpg
BAKI, 14 dekabr — Sputnik. Dünəndən sosial platformada Bakıda 25 nömrəli məktəbdə müəllimin şagirdlərə psixoloji təyziq göstərdiyi ilə bağlı məlumat yayılıb. Məlumatda bildirilir ki, Xətai rayonunda yerləşən məktəbdə çalışan müəllimə Səidə Hüseynova 1-ci sinif şagirdləri ilə amansız davranır. Onları sinifdə ayaq üstə küncdə dayanmağa məcbur edir, şəkillərini çəkib "Whatsapp" qrupunda paylaşır. Həmçinin ev tapşırığını başa düşmədiyi üçün yazmayan şagirdləri təbii ehtiyaclarını ödəmək üçün ayaqyoluna buraxmır. Valideynlər dəfələrlə bununla bağlı məktəbin direktoru Fəridə Şərifovaya məlumat verdiklərini, amma onun bir tədbir görmədiyini iddia edirlər.Sputnik Azərbaycan-a məktəbdən verilən açıqlamaya görə, sosial şəbəkələrdə 25 nömrəli tam orta məktəbin ibtidai sinif müəlliminin şagirdlərə psixoloji təzyiq göstərməsi ilə bağlı valideyn tərəfindən yayılan məlumatla əlaqədar müvafiq araşdırma aparılıb, müəllimdən izahat alınıb.Müəllim izahatında bildirib ki, uşaqlara psixoloji təzyiq göstərməyib, şagirdlərin dərsə məsuliyyət hissini artırmaq üçün onları tənbeh edib. Digər məqamlar barədə məlumatların (şagirdlərin sanitar qovşağa buraxılmaması, onlarla kobud rəftar olunması) həqiqətəuyğun olmadığını bildirib. Məktəb rəhbərliyi tərəfindən sinifdə təhsil alan şagirdlərin valideynləri məktəbə dəvət olunub və onlar övladlarına qarşı heç bir şiddət və ya kobud rəftarın olmadığını yazılı formada təsdiqləyiblər.Məktəb rəhbərliyi tərəfindən uşaqlara fərdi yanaşmadığına, onların yaş xüsusiyyətini nəzərə almadığına, pedaqoji və psixoloji amillərə həssaslıq göstərmədiyinə görə müəllimə intizam tənbeh tədbiri kimi töhmət verilib. Belə hallara təkrar yol verildiyi təqdirdə daha ciddi tədbirlərin görüləcəyi bildirilib.Təhsil üzrə eskeprt Kamran Əsədov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, şəxsiyyətin formalaşması orta məktəb dövrünə düşür. Müasir dövrün isə öz öyrətmə metodları var. Müəllim də həmin metodlardan istifadə edib şagirdlərə dərsi başa salmalıdır. Ekspertin fikrincə, kurikulum tələblərinə görə şagirdlərə ev tapşırığının verilməsi yolverilməzdir: "Şagirdlər dərsi orta məktəbdə mənimsəməlidirlər. Şagird müəyyən informasiyanı mənimsəməkdə çətinlik çəkə bilər. Bu zaman müəllim öyrətmənin digər metodlarından istifadə etməlidir. Heç bir halda zorakılığa yol verilə bilməz. Bu şagirdin sosiallaşmasına əngəl yaradacaq".Kamran Əsədov bildirib ki, xüsusilə azyaşlıların ayaqyoluna buraxılmaması işgəncə metodudur: "Uşaq təbii ehtiyacını ödəməlidir. Bu cəza metodu kimi tətbiq edilə bilməz. Bu cəzalardan keçmişdə əsir düşərgələrində almanlar istifadə ediblər. Bu cəzanı şagirdə tətbiq edən müəllimin çox güman ki, özünün psixoloji problemləri var".Ekspert Elm və Təhsil Nazirliyinin təhsilə nəzarəti təmin etməli olduğunu əlavə edib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/02/01/426106180_0:0:2731:2048_1920x0_80_0_0_11d3a78958d7765865415fe23c562113.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
şagird, kamran əsədov, elm və təhsil nazirliyi
şagird, kamran əsədov, elm və təhsil nazirliyi
Şagirdlərə psixoloji təzyiq etdiyi deyilən müəllimə töhmət verilib
Sinifdə təhsil alan digər şagirdlərin valideynləri məktəbə dəvət olunub və onlar övladlarına qarşı heç bir şiddət və ya kobud rəftarın olmadığını yazılı formada təsdiqləyiblər.
BAKI, 14 dekabr — Sputnik. Dünəndən sosial platformada Bakıda 25 nömrəli məktəbdə müəllimin şagirdlərə psixoloji təyziq göstərdiyi ilə bağlı məlumat yayılıb.
Məlumatda bildirilir ki, Xətai rayonunda yerləşən məktəbdə çalışan müəllimə Səidə Hüseynova 1-ci sinif şagirdləri ilə amansız davranır. Onları sinifdə ayaq üstə küncdə dayanmağa məcbur edir, şəkillərini çəkib "Whatsapp" qrupunda paylaşır. Həmçinin ev tapşırığını başa düşmədiyi üçün yazmayan şagirdləri təbii ehtiyaclarını ödəmək üçün ayaqyoluna buraxmır. Valideynlər dəfələrlə bununla bağlı məktəbin direktoru Fəridə Şərifovaya məlumat verdiklərini, amma onun bir tədbir görmədiyini iddia edirlər.
Sputnik Azərbaycan-a məktəbdən verilən açıqlamaya görə, sosial şəbəkələrdə 25 nömrəli tam orta məktəbin ibtidai sinif müəlliminin şagirdlərə psixoloji təzyiq göstərməsi ilə bağlı valideyn tərəfindən yayılan məlumatla əlaqədar müvafiq araşdırma aparılıb, müəllimdən izahat alınıb.
Müəllim izahatında bildirib ki, uşaqlara psixoloji təzyiq göstərməyib, şagirdlərin dərsə məsuliyyət hissini artırmaq üçün onları tənbeh edib. Digər məqamlar barədə məlumatların (şagirdlərin sanitar qovşağa buraxılmaması, onlarla kobud rəftar olunması) həqiqətəuyğun olmadığını bildirib. Məktəb rəhbərliyi tərəfindən sinifdə təhsil alan şagirdlərin valideynləri məktəbə dəvət olunub və onlar övladlarına qarşı heç bir şiddət və ya kobud rəftarın olmadığını yazılı formada təsdiqləyiblər.
Məktəb rəhbərliyi tərəfindən uşaqlara fərdi yanaşmadığına, onların yaş xüsusiyyətini nəzərə almadığına, pedaqoji və psixoloji amillərə həssaslıq göstərmədiyinə görə müəllimə intizam tənbeh tədbiri kimi töhmət verilib. Belə hallara təkrar yol verildiyi təqdirdə daha ciddi tədbirlərin görüləcəyi bildirilib.
Təhsil üzrə eskeprt Kamran Əsədov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, şəxsiyyətin formalaşması orta məktəb dövrünə düşür. Müasir dövrün isə öz öyrətmə metodları var. Müəllim də həmin metodlardan istifadə edib şagirdlərə dərsi başa salmalıdır.
Ekspertin fikrincə, kurikulum tələblərinə görə şagirdlərə ev tapşırığının verilməsi yolverilməzdir: "Şagirdlər dərsi orta məktəbdə mənimsəməlidirlər. Şagird müəyyən informasiyanı mənimsəməkdə çətinlik çəkə bilər. Bu zaman müəllim öyrətmənin digər metodlarından istifadə etməlidir. Heç bir halda zorakılığa yol verilə bilməz. Bu şagirdin sosiallaşmasına əngəl yaradacaq".
Kamran Əsədov bildirib ki, xüsusilə azyaşlıların ayaqyoluna buraxılmaması işgəncə metodudur: "Uşaq təbii ehtiyacını ödəməlidir. Bu cəza metodu kimi tətbiq edilə bilməz. Bu cəzalardan keçmişdə əsir düşərgələrində almanlar istifadə ediblər. Bu cəzanı şagirdə tətbiq edən müəllimin çox güman ki, özünün psixoloji problemləri var".
Ekspert Elm və Təhsil Nazirliyinin təhsilə nəzarəti təmin etməli olduğunu əlavə edib.