CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Qırğız yakları Azərbaycanda: Onlar Laçın və Kəlbəcərdə məskunlaşacaqlar

© Photo : Ministry of Agriculture (Azerbaijan)Qırğızıstandan Azərbaycana gətirilən yaklar
Qırğızıstandan Azərbaycana gətirilən yaklar - Sputnik Azərbaycan, 1920, 14.12.2022
Abunə olmaq
Kənd Təsərrüfatı Nazirliyi bildirib ki, proses pilot layihə çərçivəsində həyata keçirilib və sınaq məqsədi daşıyır.
BAKI, 14 dekabr — Sputnik. Azərbaycanda ətlik istiqamət üzrə ixtisaslaşmış təsərrüfatın yaradılması üçün Qırğızıstandan 100 baş yak növlü iribuynuzlu heyvan gətirilib.
Kənd Təsərrüfatı Nazirliyinin məlumatına görə, proses pilot layihə çərçivəsində həyata keçirilib və sınaq məqsədi daşıyır.
Yaklar gətirilməzdən əvvəl qırğız ekspertlərin iştirakı ilə Kəlbəcər və Laçın rayonlarında monitorinqlər keçirilərək müvafiq ərazilər seçilib.
Damazlıq heyvanlar seçildikdən sonra onların təhlükəsiz daşınması üçün hava nəqliyyatının tələblərinə uyğun xüsusi qəfəslər hazırlanıb. Yaklar bu qəfəslərdə təyyarə ilə Azərbaycana gətirilib, Bakıdan irihəcmli yük maşınları ilə dislokasiya nöqtəsinə aparılıb.
© Photo : Ministry of Agriculture (Azerbaijan)Qırğızıstandan Azərbaycana gətirilən yaklar
Яки - Sputnik Azərbaycan, 1920, 14.12.2022
Qırğızıstandan Azərbaycana gətirilən yaklar
Dağlıq ərazilərdə soyuq iqlim şəraitində yaşamağa uyğunlaşmış heyvanlar Laçın rayonunda öncədən müəyyən edilmiş ərazidə yerləşdirilib. Hazırda heyvanların yerli şəraitə adaptasiyası prosesi davam edir. Açıq ərazilərdə bəslənəcək yaklar mütəxəssis nəzarətində saxlanır.
Ərazidə heyvanların ovlanmasını qadağan edən xüsusi xəbərdarlıqedici lövhələr quraşdırılıb. Heyvanların təbii şəraitə uyğunlaşma prosesini izləmək üçün Kənd Təsərrüfatı Nazirliyi davamlı monitorinqlər keçirir.
© Photo : Ministry of Agriculture (Azerbaijan)Qırğızıstandan Azərbaycana gətirilən yaklar
Яки - Sputnik Azərbaycan, 1920, 14.12.2022
Qırğızıstandan Azərbaycana gətirilən yaklar
Yak heyvan növünun əsas xüsusiyyətlərindən biri xüsusi yem rasionu olmadan təbii otlaq sahəsində yetişdirilməsidir. Örüş-otlaq sahəsində olan bitkilərlə qidalanan yaklar yemə az tələbkardır.
Yakların qoxu bilmə hissləri digər heyvanlardan fərqli olaraq daha yaxşı inkişaf edib. Bu səbəbdən yaklar qar altında olan (10-20 sm) bitkiləri hiss etməklə onları çox asanlıqla mənimsəyir.
Bu heyvanlar dəniz səviyyəsindən 2500-4000 m yüksəklikdə yerli şəraitə daha yaxşı adaptasiya olunurlar. 25 ilə qədər yaşaya bilən yakların südünün yağlılığı 9 faizdir. Ət çıxımına və keyfiyyətinə görə bu heyvanların yetişdirilməsi iqtisadi cəhətdən səmərəlidir.
Xəbər lenti
0