https://sputnik.az/20221214/olkede-nikah-ve-bosanmalarla-bagli-son-durum-aciqlanib-449631549.html
Ölkədə nikah və boşanmalarla bağlı son durum açıqlanıb
Ölkədə nikah və boşanmalarla bağlı son durum açıqlanıb
Sputnik Azərbaycan
Dövlət Statistika Komitəsinin məlumatına görə, 2019-cu ildə nikahların sayı bundan təxminən 2 dəfə çox - 63 min 869 olub. 14.12.2022, Sputnik Azərbaycan
2022-12-14T20:19+0400
2022-12-14T20:19+0400
2022-12-14T20:19+0400
nikah
cəmiyyət
boşanma
https://cdnn1.img.sputnik.az/img/42435/83/424358310_0:320:3073:2048_1920x0_80_0_0_d673ab351fbe002a1f80e9ba27d33b74.jpg
BAKI, 14 dekabr — Sputnik. Bu ilin yanvar-oktyabr aylarında qeydiyyat şöbələri tərəfindən 51 870 nikaha daxilolma və 13 139 boşanma halları qeydə alınıb. Bu barədə Dövlət Statistika Komitəsinin hesabatında qeyd olunub. Bildirilib ki, əhalinin hər 1000 nəfərinə 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə nikahların sayı 5,5-dən 6,2-yə qədər artıb, boşanmaların sayı isə azalaraq 1,7-dən 1,6-ya düşüb. Xaıtrladaq ki, 2020-ci ildə Azərbaycanda 35 min 348 nikah qeydə alınıb. Bununla da əhalinin hər min nəfərinə düşən nikahların sayı 3.5 olub. Bu rəqəm 1935-ci ildə qeydə alınan nikahların sayına daha çox yaxın olub. Belə ki, 1935-ci ildə 31 min 262 nikah bağlanıb, lakin bununla belə bağlanan nikahların sayı əhalinin hər min nəfərinə görə 10.5 yəni - 2020-ci illə müqayisədə daha yüksək olub. Ötən il isə nikahların sayı 35 min 348 (hər min nəfərə düşən nikah sayı 3.5 ) olub. Dövlət Statistika Komitəsinin məlumatlarına əsasən daha öncəki illərə nəzər salaq: 2019-cu ildə nikahların sayı bundan təxminən 2 dəfə çox - 63 min 869 olub. Hər min nəfərə düşən nikahların sayı isə 6.4 olub. Ümumilikdə, 1935-ci ildən bu yana ən çox 2011-ci ildə nikaha daxil olanların sayında artım olub. Belə ki, qeyd olunan dövrdə 88 min 145 nəfər nikaha daxil olub, bununla da hər min nəfərə düşən nikahların sayı 9.7 olub. Lakin 2011-ci ildən sonra müxtəlif illərdə rəqəmlərdə azalmalar olub, bəzi illərdə nikahların sayı 84 min civarında olsa da, sonradan dinamikanın azaldığı müşahidə olunub.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42435/83/424358310_163:0:2894:2048_1920x0_80_0_0_5592f01bf773f886ffb064aec2c59a65.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
nikah, boşanma
Ölkədə nikah və boşanmalarla bağlı son durum açıqlanıb
Dövlət Statistika Komitəsinin məlumatına görə, 2019-cu ildə nikahların sayı bundan təxminən 2 dəfə çox - 63 min 869 olub.
BAKI, 14 dekabr — Sputnik. Bu ilin yanvar-oktyabr aylarında qeydiyyat şöbələri tərəfindən 51 870 nikaha daxilolma və 13 139 boşanma halları qeydə alınıb.
Bu barədə Dövlət Statistika Komitəsinin hesabatında qeyd olunub. Bildirilib ki, əhalinin hər 1000 nəfərinə 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə nikahların sayı 5,5-dən 6,2-yə qədər artıb, boşanmaların sayı isə azalaraq 1,7-dən 1,6-ya düşüb.
Xaıtrladaq ki, 2020-ci ildə Azərbaycanda 35 min 348 nikah qeydə alınıb. Bununla da əhalinin hər min nəfərinə düşən nikahların sayı 3.5 olub. Bu rəqəm 1935-ci ildə qeydə alınan nikahların sayına daha çox yaxın olub. Belə ki, 1935-ci ildə 31 min 262 nikah bağlanıb, lakin bununla belə bağlanan nikahların sayı əhalinin hər min nəfərinə görə 10.5 yəni - 2020-ci illə müqayisədə daha yüksək olub. Ötən il isə nikahların sayı 35 min 348 (hər min nəfərə düşən nikah sayı 3.5 ) olub.
Dövlət Statistika Komitəsinin məlumatlarına əsasən daha öncəki illərə nəzər salaq:
2019-cu ildə nikahların sayı bundan təxminən 2 dəfə çox - 63 min 869 olub. Hər min nəfərə düşən nikahların sayı isə 6.4 olub.
Ümumilikdə, 1935-ci ildən bu yana ən çox 2011-ci ildə nikaha daxil olanların sayında artım olub. Belə ki, qeyd olunan dövrdə 88 min 145 nəfər nikaha daxil olub, bununla da hər min nəfərə düşən nikahların sayı 9.7 olub. Lakin 2011-ci ildən sonra müxtəlif illərdə rəqəmlərdə azalmalar olub, bəzi illərdə nikahların sayı 84 min civarında olsa da, sonradan dinamikanın azaldığı müşahidə olunub.