https://sputnik.az/20221214/ntim-videolari-yayilan-fhn-zabitinin-mehkemesi-baslayib-449621607.html
İntim videoları yayılan FHN zabitinin məhkəməsi başlayıb
İntim videoları yayılan FHN zabitinin məhkəməsi başlayıb
Sputnik Azərbaycan
Hakim Məhəmməd Əkbərovun sədrliyi ilə qapalı keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. 14.12.2022, Sputnik Azərbaycan
2022-12-14T14:47+0400
2022-12-14T14:47+0400
2022-12-14T14:47+0400
məhkəmə prosesi
cəmiyyət
fövqəladə hallar nazirliyi
https://cdnn1.img.sputnik.az/img/07e5/09/03/427843448_0:162:3073:1890_1920x0_80_0_0_f405e019cb8645020078c986e6fc845f.jpg
BAKI, 14 dekabr — Sputnik. Bakı Ağır Cinayətlər Məhkəməsində Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin rəisinin sabiq köməkçisi, həbsdə olan polkovnik Zaur Mirzəyevin cinayət işi üzrə məhkəmə iclası başlayıb.Hakim Məhəmməd Əkbərovun sədrliyi ilə qapalı keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.Məhkəmənin baxış iclası dekabrın 21-nə təyin edilib.Qeyd edək ki, Z.Mirzəyev bu ilin avqustun 17-də saxlanılıb və məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.O, Cinayət Məcəlləsinin 156.2.1 (şəxsi həyatın toxunulmazlığını pozma), 242 (pornoqrafik materialları və ya əşyaları qanunsuz yayma) və 309.2-ci (vəzifə səlahiyyətlərini aşma) maddələri ilə ittiham olunur.İttihama görə, Z.Mirzəyev xidməti kompüterinə xüsusi proqram vasitəsilə gizli kamera quraşdıraraq, qadınlarla 2013-cü ildən başlamaqla 2019-cu ilin sonlarınadək iş otağında intim münasibətdə olarkən video və foto çəkilişlər aparıb, hazırlanmış qanunsuz pornoqrafik materialların 2022-ci ilin avqust ayında internet şəbəkələrində yayılmasına səbəb olub. (Report)
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/09/03/427843448_110:0:2841:2048_1920x0_80_0_0_73e565ece9724d32b615f5a9263d3c8f.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
məhkəmə prosesi, fövqəladə hallar nazirliyi
məhkəmə prosesi, fövqəladə hallar nazirliyi
İntim videoları yayılan FHN zabitinin məhkəməsi başlayıb
Hakim Məhəmməd Əkbərovun sədrliyi ilə qapalı keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
BAKI, 14 dekabr — Sputnik. Bakı Ağır Cinayətlər Məhkəməsində Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin rəisinin sabiq köməkçisi, həbsdə olan polkovnik Zaur Mirzəyevin cinayət işi üzrə məhkəmə iclası başlayıb.
Hakim Məhəmməd Əkbərovun sədrliyi ilə qapalı keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Məhkəmənin baxış iclası dekabrın 21-nə təyin edilib.
Qeyd edək ki, Z.Mirzəyev bu ilin avqustun 17-də saxlanılıb və məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.
O, Cinayət Məcəlləsinin 156.2.1 (şəxsi həyatın toxunulmazlığını pozma), 242 (pornoqrafik materialları və ya əşyaları qanunsuz yayma) və 309.2-ci (vəzifə səlahiyyətlərini aşma) maddələri ilə ittiham olunur.
İttihama görə, Z.Mirzəyev xidməti kompüterinə xüsusi proqram vasitəsilə gizli kamera quraşdıraraq, qadınlarla 2013-cü ildən başlamaqla 2019-cu ilin sonlarınadək iş otağında intim münasibətdə olarkən video və foto çəkilişlər aparıb, hazırlanmış qanunsuz pornoqrafik materialların 2022-ci ilin avqust ayında internet şəbəkələrində yayılmasına səbəb olub. (Report)