https://sputnik.az/20221214/kelbecerde-4-nefer-minaya-dusub-449638708.html
Şəhid olmuş hərbi qulluqçunun adı açıqlanıb
Şəhid olmuş hərbi qulluqçunun adı açıqlanıb
Sputnik Azərbaycan
Müdafiə Nazirliyi şəhidin yaxınlarına başsağlığı verib. 14.12.2022, Sputnik Azərbaycan
2022-12-14T22:17+0400
2022-12-14T22:17+0400
2022-12-14T22:17+0400
hərbi
mina
kəlbəcər
din
din mətbuat xidməti
https://cdnn1.img.sputnik.az/img/07e5/02/0b/426201503_248:59:1701:876_1920x0_80_0_0_ea113a49674c373b0cd6c9db4643d7ae.jpg
BAKI, 14 dekabr - Sputnik. Kəlbəcər rayonunun Çıraq kəndində minaya düşərək şəhid olan hərbçi gizir Hümbətov Zöhrab Məmməd oğludur.Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.Müdafiə Nazirliyi şəhidin adını açıqlayaraq onun yaxınlarına başsağlığı verib:"Müdafiə Nazirliyinin rəhbərliyi şəhid olan hərbi qulluqçumuzun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbir diləyir. Allah rəhmət eləsin!"***Kəlbəcər rayonunda 4-ü hərbçi olmaqla 8 nəfər minaya düşüb, onlardan biri şəhid olub.Bu barədə Baş Prokurorluq, Müdafiə və Daxili İşlər nazirliklərinin yaydığı birgə məlumatda bildirilib.Belə ki, dekabrın 14-də, saat 18 radələrində Kəlbəcər rayonunun Çıraq kəndi ərazisində 8 nəfər şəxsin minaya düşməsi barədə Kəlbəcər hərbi prokurorluğuna məlumat daxil olub.Aparılmış ilkin araşdırmalarla müəyyən olunub ki, təmir-tikinti işləri ilə məşğul olan şirkətin 4 nəfər əməkdaşı Kəlbəcər rayonunun Çıraq kəndi ərazisində piyada əleyhinə minaya düşüb.Həmçinin, müəyyən olunub ki, təxliyə ilə bağlı hadisə yerinə yollanan 4 nəfər hərbçi də minaya düşüb, onlardan 3-ü müxtəlif dərəcəli bədən xəsarətləri alıb, 1-i isə həlak olub.Hazırda faktla bağlı Kəlbəcər Hərbi Prokurorluğunda araşdırma aparılır.***Bu gün axşam saatlarında Kəlbəcər rayonunun Çıraqlı kəndi ərazisində infrastruktur layihələrində çalışan 4 nəfərin minaya düşərək xəsarət alması ilə bağlı rayon polis şöbəsinə məlumat daxil olub.Bu barədə Azərbaycan Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb. Qeyd olunur ki, hazırda polis əməkdaşları aidiyyəti dövlət qurumlarının nümayəndələri ilə birlikdə hadisə yerinə cəlb ediliblər.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/02/0b/426201503_306:108:1439:958_1920x0_80_0_0_a2e77e237042ec52bc9991a14a76dc89.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
mina, kəlbəcər, din, din mətbuat xidməti
mina, kəlbəcər, din, din mətbuat xidməti
Şəhid olmuş hərbi qulluqçunun adı açıqlanıb
Müdafiə Nazirliyi şəhidin yaxınlarına başsağlığı verib.
BAKI, 14 dekabr - Sputnik. Kəlbəcər rayonunun Çıraq kəndində minaya düşərək şəhid olan hərbçi gizir Hümbətov Zöhrab Məmməd oğludur.
Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Müdafiə Nazirliyi şəhidin adını açıqlayaraq onun yaxınlarına başsağlığı verib:
"Müdafiə Nazirliyinin rəhbərliyi şəhid olan hərbi qulluqçumuzun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbir diləyir. Allah rəhmət eləsin!"
Kəlbəcər rayonunda 4-ü hərbçi olmaqla 8 nəfər minaya düşüb, onlardan biri şəhid olub.
Bu barədə Baş Prokurorluq, Müdafiə və Daxili İşlər nazirliklərinin yaydığı birgə məlumatda bildirilib.
Belə ki, dekabrın 14-də, saat 18 radələrində Kəlbəcər rayonunun Çıraq kəndi ərazisində 8 nəfər şəxsin minaya düşməsi barədə Kəlbəcər hərbi prokurorluğuna məlumat daxil olub.
Aparılmış ilkin araşdırmalarla müəyyən olunub ki, təmir-tikinti işləri ilə məşğul olan şirkətin 4 nəfər əməkdaşı Kəlbəcər rayonunun Çıraq kəndi ərazisində piyada əleyhinə minaya düşüb.
Həmçinin, müəyyən olunub ki, təxliyə ilə bağlı hadisə yerinə yollanan 4 nəfər hərbçi də minaya düşüb, onlardan 3-ü müxtəlif dərəcəli bədən xəsarətləri alıb, 1-i isə həlak olub.
Hazırda faktla bağlı Kəlbəcər Hərbi Prokurorluğunda araşdırma aparılır.
Bu gün axşam saatlarında Kəlbəcər rayonunun Çıraqlı kəndi ərazisində infrastruktur layihələrində çalışan 4 nəfərin minaya düşərək xəsarət alması ilə bağlı rayon polis şöbəsinə məlumat daxil olub.
Bu barədə Azərbaycan Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.
Qeyd olunur ki, hazırda polis əməkdaşları aidiyyəti dövlət qurumlarının nümayəndələri ilə birlikdə hadisə yerinə cəlb ediliblər.